BAKU Azərbaycan
23.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8205
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1193
8763

10 mart, 17:53

“Bizim şirkət tikinti işləri ilə məşğul olmur”. Bu sözləri Valyuta.az-a özünü “TFM-Smart Project” MMC-nin faktiki sahibi kimi təqdim edən Hafiz Muxtarov bildirib.

Məlumat üçün deyək ki, “Bakı Şəhər ƏsaslıTikinti və Təmir” MMC “TFM-Smart Porject” MMC ilə maliyyə dəyəri 520 min 88 AZN təşkil edən iki müqavilə imzalayıb.  Müqavilələrdə Bakı şəhəri ərazisində paytaxt üzrə dövlət mənzil fonduna aid binaların təmiri və səki, həyət, park və bağların yenidən qurulması, təmiri və yaşıllaşdırılması işlərinin layihə-smeta sənədlərini hazırlanması nəzərdə tutulur.

Valyuta.az-ın bununla bağlı araşdırma materialında mediada gedən xəbərlərə, habelə "Xəzər TV"-də yayımlanan sujetə istinadən “TFM-Smart Project” MMC-nin Nəsimi rayonunda yaşıllığı məhv etdiyi bildirilib. Həmin ərazidə yaşayan sakinlər müxtəlif media orqanlarına bildirib ki, ağacları kəsən və tikinti işləri aparan məhz bu şirkətdir. 

Xaltırladaq ki, Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında MMC-nin qanuni təmsilçisi kimi Mikayılov Fərid Tahir oğlunun adı qeyd edilib. Lakin Hafiz Muxtarov deyib ki, şirkətin faktiki sahibi özüdür. O, Nəsimi rayonunda yaşıllığın məhv edilməsi barədə iddiaya da toxunub. “Biz tikinti aparmırıq. Yalnız layihə çəkirik. Bu halda necə ağac kəsə bilərik?”, - deyə özünü şirkətin sahibi kimi təqdim edən sahibkar vurğulayıb.

***

Eldar Əzizov "quzu"nu "qurd"a tapşırdı - Meriyadan yarım milyonluq tender

09 mart, 17:30

Bakı Şəhər İcra Hakimiyyəti yanında “Bakı Şəhər ƏsaslıTikinti və Təmir” MMC  maliyyə dəyəri 520 min 88 AZN təşkil edən iki müqavilə imzalayıb. 

Valyuta.az xəbər verir ki, “TFM-Smart Project” MMC ilə bağlanan müqavilələrdə Bakı şəhəri ərazisində paytaxt üzrə dövlət mənzil fonduna aid binaların təmiri və səki, həyət, park və bağların yenidən qurulması, təmiri və yaşıllaşdırılması işlərinin layihə-smeta sənədlərini hazırlanması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında qeyd edilir ki, “TFM-Smart Project”  MMC 15 fevral 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Göyçay rayonunun Qarabaqqal kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Mikayılov Fərid Tahir oğludur. 

Fərid Mikayov haqqında açıq mənbələrdə hər hansı məlumat yoxdur. Lakin onun qanuni təmsilçisi olduğu şirkətin adı ağacların kəsilməsində hallandırılır. Söhbət Nəsimi rayonu, 5-ci mikrorayon 20 Yanvar küçəsi, 22, 24 nömrəli binaların arasındakı yaşıllığın məhv edilməsindən gedir. 

2018-ci ildə baş verən bu qalmaqal barədə mediada da çoxsaylı materiallar tirajlanıb. Sakinlər bildiriblər ki, həmin ərazidə 13 mərtəbəli bina inşa edən şirkət yaşıllığı məhv edib. 

Bu arada qeyd edək ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ötən ilin iyulunda da  “TFM-Smart Project” MMC ilə müqavilə imzalayıb.

Maliyyə dəyəri 87 min AZN olan müqavilədə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 75 və 75A (Cəfər Cabbarlı adına kinostudiyanın arxası) ünvanında 4 ha sahədə yeni parkın salınması üzrə layihə-semeta sənədlərinin hazırlanması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Səyahət edərək necə pul qazanmaq olar?

2027-ci ildə yeni nəsil smartfonlar olacaq

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edəcək

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaq

Jurnalistə vəzifə verildi (FOTO)

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur (VİDEO)

Növbəti köç karvanı Füzuliyə yola düşdü (FOTO)

Növbəti köç karvanı Füzuliyə yola düşdü (FOTO)

Monqolustan və Britaniya nadir torpaq metalları sahəsində əməkdaşlıq edəcək

Nazirlərin may ayında vətəndaş qəbulu cədvəli

Paytaxtda növbəti “Kənddən şəhərə” həftəsonu yarmarkası keçiriləcək

Kiloqramı 20-25 manat olan çay xaricdən 8 manata alınır – Alış ilə satış arasında niyə bu qədər fərq var?

Avro və rubl bahalaşdı – Məzənnə

Bitcoin və Etherium nə qədər ucuzlaşıb? - Kriptovalyutaların qiymətləri

Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu

Azərbaycan neftinin qiyməti cüzi ucuzlaşıb

Ağdamda iki hotel tikilir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı

ABŞ Ukraynaya silah tədarükü üçün 6 milyard dollarlıq müqavilələr bağlamağa hazırlaşır

100 ildir itdiyi düşünülən əsər 30 milyona satıldı

Bu il neft 100 dollara çata bilər – Dünya Bankı

Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB

Dünyada plastik tullantıların böyük hissəsinin səbəbkarı olan 5 şirkət (SİYAHI)

İnnovasiya və Təchizat Mərkəzi 369 576 manatlı hellium alır

ABŞ alimləri təbiilərindən üstün olan süni bədən hüceyrələri yaratdıblar

“Bakı Tikiş Evi” məhkəmə qarşısında

Mühafizə şirkəti məhkəməyə verildi

Rusiyada yük maşını sürücülərinin çatışmazlığı 25%-ə çatdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin