BAKU Azərbaycan
12.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8205
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1193
17901

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı, Memarlar İttifaqı, eləcə də Memarlıq və İnşaat Universitetinin dəstəyi ilə, “MDB ölkələri üzrə gənc memarların iştirakı ilə memarlıq və şəhərsalma müsabiqəsi” elan edilib.

Bu barədə Valyuta.az-a Komitədən bildirilib.

Məlumata görə, müsabiqənin məqsədi "2021-ci ildə Müstəqil Dövlətlər Birliyində Memarlıq və Şəhərsalma ilinə həsr olunmuş tədbirlər planı" çərçivəsində kənd yaşayış məntəqələrində həyat səviyyəsinin və xidmətlərin əlçatanlığını yaxşılaşdırmaq, şəhər və kənd yaşayış məntəqələri arasında olan fərqi azaltmaq, habelə şəhərsalma və memarlığın əhəmiyyət və imkanlarına ictimai diqqəti cəlb etməkdir.

Müsabiqə 1 mərhələ və 2 nominasiyadan ibarət olmaqla açıq keçirilir:

Şəhərsalma üzrə nominasiya: “500 ailə üçün nümunəvi kənd yaşayıq məntəqəsinin planlaşdırma layihəsi”

Memarlıq nominasiyası: “Çoxfunksiyalı təyinata malik müasir təhsil və sosial mərkəzin layihəsi”.

Müsabiqənin obyekti şərti olaraq boş (tikilməmiş), inkişaf üçün potensialı olan 200 hektarlıq dağətəyi, düzənlik ərazidir. Müraciət edilən zaman yaşı 35-ə qədər olan (35 yaş da daxil olmaqla) MDB ölkələrinin gənc memarları və ixtisaslaşmış universitetlərinin tələbələri iştirak hüququna malikdir.

Müsabiqədə həm fərdi, həm də qrup şəklində (5 nəfərə qədər) iştirak mümkündür. Komanda heyətinin fənlərarası tərkibinin olması, onların daxilində sosioloqların, iqtisadçıların, nəqliyyat mütəxəssislərinin və s. iştirakı müsbət qarşılanır, lakin zəruri şərt deyil.

Müsabiqədə iştirak ödənişsizdir.

Müsabiqənin mükafat fondu:

İki nominasiya üzrə yarışmanın ümumi mükafat fondu 40.000 ABŞ dolları təşkil edir. Qaliblər hər bir nominasiya üzrə aşağıdakı qaydada pul mükafatları alacaqlar:

1-ci yer: 8 000 ABŞ dolları;

2-ci yer: 6 000 ABŞ dolları;

3-cü yer: 4 000 ABŞ dolları;

Həvəsləndirici mükafat: 2 000 ABŞ dolları.

Müsabiqədə iştirak üçün müraciətlər bu ayın sonuna qədər qəbul olunur. Layihələr isə oktyabrın 2-nə qədər təqdim olunmalıdır. Müsabiqə layihələrinin ekspertizası, müzakirəsi və rəylərin hazırlanması son tarix isə 25 oktyabr 2021-ci ildir.

Müsabiqədə iştirak etmək üçün qeydiyyat forması 01 oktyabr 2021-ci il tarixindən gec olmayaraq [email protected] e-poçt ünvanına göndərilməlidir.

İştirakçıların müsabiqə layihələri təşkilatçının ünvanına poçtla (Bakı şəhəri, AZ 1014, Füzuli küçəsi, 65) və ya şəxsən çatdırıla, eləcə də [email protected] e-poçt ünvanına göndərilməklə bu barədə təşkilatçıya teleqram və ya digər mövcud əlaqə vasitələri ilə məlumat verilə bilər. Məlumat məktubunda iştirakçının qeydiyyat nömrəsi və qeydiyyat tarixi göstərilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB

Dünyada plastik tullantıların böyük hissəsinin səbəbkarı olan 5 şirkət (SİYAHI)

İnnovasiya və Təchizat Mərkəzi 369 576 manatlı hellium alır

ABŞ alimləri təbiilərindən üstün olan süni bədən hüceyrələri yaratdıblar

“Bakı Tikiş Evi” məhkəmə qarşısında

Mühafizə şirkəti məhkəməyə verildi

Rusiyada yük maşını sürücülərinin çatışmazlığı 25%-ə çatdı

"Hom-Paş Prestij" məhkəməyə niyə verilib?

"A-Group Sığorta Şirkəti" cərimələnir

Ukrayna mayda Dnepr SES-in bərpasına başlamağı planlaşdırır

Dövlət xidmətindən “Azpetrol”a 60 min manatlıq sifariş

NASA BKS-də mutant canlılar aşkarlandığını açıqladı

Rusiya aktivləri Ukraynaya keçəndən sonra dollar ucuzlaşacaq - İqtisadçı

İki məşhur şirkət arasında alqı-satqı qalmaqalı

"Meta"nın gəlirləri artıb

Bloomberg: Rusiyanın aktivlərinin müsadirəsi kütləvi de-dollarizasiyaya səbəb ola bilər

Gömrük Komitəsi “Coca-Cola” şirkətini nədə ittiham edir?

Britaniya vasitəçilərdən rekord həcmdə Rusiya nefti alır

Xarici ölkələrə tomatın kiloqramını neçəyə satırıq? - 3 ayda ölkəyə 45 milyon dollar gəlir gətirib

Dünyanın ən böyük daşıyıcılarından biri nəhayət ki, Rusiya və Çinlə işə son qoydu

Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti yeni brend kimliyini təqdim edir ®

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi ®

Naxçıvan DSMF-nin sədri işdən çıxarıldı

Türkiyədə lirə ilə bağlı qərar verildi

Prezidentlər Füzuli və Ağdama səfər edib (YENİLƏNİB)

ABŞ-da məşhur konsaltinq şirkətinə qarşı opioid epidemiyasına görə cinayət işi açıldı

“TikTok” Türkiyədə də qadağan olunur? - Rəsmilər Türkiyə Böyük Millət Məclisinə dəvət olunub

Bağışlanma müqaviləsi hansı halda ləğv edilə bilər?

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin