BAKU Azərbaycan
25.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
44886

Çin, ABŞ Konqresinin “TikTok”un qadağan olunması ilə nəticələnə biləcək hüquqi tənzimləməsinə reaksiya verib və bunun ədalətli olmadığını vurğulayıb. 

Çin şirkətinə məxsus TikTok tətbiqinin nə qədər təhlükəsiz olduğu illərdir müzakirə olunan məsələlərdən biridir. Son illərdə bir çox Qərb ölkəsi siyasətçilərə, təhlükəsizlik və dövlət işçilərinə bu proqramı quraşdırmağı qadağan edib. 

Bəs, TikTok ilə bağlı Qərbi bu qədər narahat edən əsas məsələlər nələrdir və şirkət onlara necə cavab verir?

1. TikTok istifadəçilər haqqında "həddindən artıq” məlumat toplayır

Tənqidçilər tətbiqi istifadəçilər haqqında “həddindən artıq çox” məlumat toplamaqda ittiham edirlər. Onlar Avstraliyanın “İnternet 2.0” şirkətinin 2022-ci ilin iyulunda dərc olunmuş, onlayn təhlükəsizlik məsələlərinə dair hesabatına istinad edirlər. Şirkətin mütəxəssisləri tətbiqin baza kodunu araşdırandan sonra belə qənaətə gəliblər ki, TikTok öz istifadəçilərinin dəqiq yeri, şəbəkəyə hansı cihazdan daxil olmaları və bu cihaza başqa hansı proqramların quraşdırılması barədə məlumatlar toplamaqla məşğuldur.

Citizen Lab şirkəti isə analoji araşdırmadan sonra bildirib ki, digər məşhur sosial media platformaları kimi, TikTok da istifadəçilərinin davranışlarını izləməyə imkan verən məlumatlar toplayır. TikTok-un sözçüsü də açıqlamasında qeyd edib ki, istifadəçi məlumatlarının toplanması "bu sahədəki praktikaya uyğun" şəkildə həyata keçirilir.

2. TikTok Çin rəsmilərinə istifadəçiləri izləmək imkanı verir
TikTok-un sözçüsü bildirib ki, şirkət tamamilə müstəqildir və "məlumatları Çin hökumətinə təqdim etməyib və hətta xahiş etsəydilər belə, bunu etməzdi".

Çin Milli Kəşfiyyat Qanununun 7-ci maddəsinə görə, bütün vətəndaşlar və Çində fəaliyyət göstərən bütün təşkilatlar ölkə kəşfiyyatının onlara müraciət edən nümayəndəsinə “yardım göstərməyə, dəstək verməyə və əməkdaşlıq etməyə” borcludurlar.

Amma Georgia Texnologiya İnstitutunun tədqiqatçıları deyirlər ki, bu cümlə kontekstdən çıxarılıb, qanunda istifadəçilərin və özəl şirkətlərin hüquqlarını qoruyan bəndlər də var.

2020-ci ildən bəri TikTok rəhbərliyi dəfələrlə öz auditoriyasını inandırmağa çalışıblar ki, Çindən kənarda yaşayan istifadəçilərin məlumatları onlar üçün əlçatmazdır və istəsələr belə, onları əldə edə bilməzlər. Amma 2022-ci ilin dekabrında ByteDance-ın Mətbuat Xidməti etiraf etdi ki, şirkətin Pekindəki bir neçə əməkdaşı ən azı iki amerikalı jurnalistin, eləcə də “az sayda” digər şəxslərin məlumatlarına çıxış əldə edib. Bu məlumatlar vasitəsilə həmin şəxslərin hərəkət trayektoriyası izlənib, mediaya məlumat sızdırmaqda şübhəli bilinən TikTok-un əməkdaşlarıyla görüşüb-görüşmədikləri araşdırılıb. Şirkətin sözçüsü əmin edir ki, həmin məlumatları əldə edən əməkdaşlar işdən qovulublar.

TikTok rəhbərliyi isə bildirir ki, istifadəçi məlumatlarının toplandığı serverlər fiziki olaraq ABŞ və Sinqapur ərazisində yerləşir və bu serverlər heç vaxt Çində olmayıb.

3. TikTok vasitəsilə beyinləri “yumaq” olur
TikTok təmsilçiləri deyirlər ki, "İcma prinsiplərimizin əks olunduğu sənəd icmanın özünə və ya daha geniş ictimaiyyətə zərər verə biləcək dezinformasiyanı birmənalı şəkildə qadağan edir. Eyni zamanda, razılaşdırılmış qeyri-səmimi davranışlar da qadağandır” (Sosial şəbəkələrdə bu ifadəni pullu trolların fəaliyyətinə aid edirlər).

"Çin hakimiyyəti… təsir əməliyyatları aparmaq üçün tövsiyələrin alqoritmini idarə edə bilər" (Yəni proqram hər hansı mövzuda auditoriyanın fikrinə təsir etmək imkanına malikdir) - 2022-ci ilin noyabr ayında FTB direktoru Christopher Wray ABŞ qanunvericilərinə belə deyib. Belə qorxuları artıran faktlardan biri də budur ki, TikTok-un ana şirkətinin telefonlara yalnız Çində yüklənən Douyin adlı digər tətbiqi ciddi senzuraya məruz qalır. Çindəki bütün sosial şəbəkələr böyük bir senzura ordusu tərəfindən izlənir; hakimiyyəti tənqid edən və ya siyasi narazılığı artırmaq təhlükəsi yaradan istənilən status silinir.

Qlobal bazara daxil olandan sonra TikTok dəfələrlə senzura faktlarının üzə çıxdığı qalmaqalların mərkəzində olub. Ən çox bilinən nümunələrdən biri Pekinin Sincandakı müsəlmanlara münasibətini müzakirə edən amerikalı istifadəçinin hesabının bloklanmasıdır. Onda cəmiyyətin bununla bağlı kəskin etirazı fonunda TikTok rəhbərliyi istifadəçilərdən üzr istəmiş və amerikalının bloklanmış hesabına girişi bərpa etmişdi. TikTok və Douyin platformalarını müqayisə edən Citizen Lab şirkəti Douyin-dəki geniş siyasi senzuraya TikTok-da qətiyyən rast gəlinmədiyini açıqlayıb.

Georgia Texnologiya İnstitutunun analitikləri isə bu tətbiqdə "Tayvanın müstəqilliyi" və ya Çin Prezidenti Si Tsinpin haqqında ironik ideolar axtarıblar və belə nəticəyə gəliblər ki, "bu kateqoriyadan olan videoları “TikTokda asanlıqla tapmaq mümkündür, belə paylaşımların çoxu məşhurdur və geniş yayılıb".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Dünyanın damı"nın radioaktiv çirklənməsinin mənbəyi tapıldı

Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)

Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)

ABŞ Ukraynaya ən böyük hərbi yardım paketi ayırıb

BTC ilə daşınan neftin həcmi açıqlanıb

Formula-1 tarixinin ən böyük müqaviləsi

“Qərb Ulduzu” hansı təhrifə yol verib?

Rəhbərlik “TikTok”un satılıb satılmayacağı haqda açıqlama verdi

ABŞ Rusiya aktivləri ilə bağlı: "Tam müsadirə doğrudur, lakin başqa variantlar da var"

Rabitəbank rəhbərliyi bank sistemində yeni texnologiyaların tətbiqi sahəsi ilə tanış olub ®

Turistlər artıq Finlandiyaya səyahət etməyi sevmirlər

"Gazprom" daxili bazara rekord qaz tədarük edib

Rabitəbank rəhbərliyi ABŞ-də işgüzar səfərdə olub ®

İcbari Tibbi Sığorta Agentliyi nəyi öyrənmək istəyir? - Sorğu

Doqquz il qarajda “yatdıqdan” sonra hərraca çıxarılan “Porsche”nin hekayəsi

ABŞ-da tibb bacıları süni intellektin səhiyyədə istifadəsinə etiraz edirlər

“As İnşaat” müqaviləsiz işçi işlədib?

Rusiya şirkətlərinin 60%-dən çoxu hələ də Microsoft-dan istifadə etməyə davam edir

"Nokia" 4G və USB-C dəstəyi ilə yeni funksiyalı telefon buraxdı

Mərakeşdə “Şuşa günləri” keçiriləcək

"Xalq-City" MTK-ya protokol yazıldı

MAQATE: Zaporojye AES-də vəziyyət gözlənilməz olaraq qalır

Ailəsi ilə birgə öldürülən direktorun yerinə - Təyinat

“Azərterminalkompleks”in işdən çıxarılan əməkdaşı məhkəməyə üz tutdu

Bakının bu rayonunda qaz kəsiləcək

Trampın müşavirləri dollardan imtina etmək istəyən ölkələrə qarşı...

Fermerlərə pulsuz hüquqi yardım göstəriləcək

Kirayə mənzil bazarında qiymət artımı, bazardan çıxan evlər – Problemin həlli nədir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin