BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
18811

Dünən axşam saatlarında sosial şəbəkələrdə yaranmış qlobal problem bütün istifadəçilərin narahatlığına səbəb oldu. “Facebook”, “Instagram” və “WhatsApp” istifadəçiləri bu platformalara daxil ola bilmədilər və bütün dünyada sosial aktivlik minimum düşdü.

Sosial media böhranı sadə istifadəçilərlə bərabər, siyasətçilərin, tanınmış şəxslərin də böyük narahatlığına səbəb oldu.

Valyuta.az xəbər verir ki, Modern.az sosial şəbəkələrdən aktiv istifadə edən deputatlar arasında sorğu keçirib və sosial şəbəkələrin işinin dayanmasının onların fəaliyyətinə necə təsir etdiyi ilə maraqlanıb.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili də sosial şəbəkələrdəki aktiv deputatlardandır. Lakin o, dünənki problemə görə ciddi narahatlıq yaşamayıb:

“Nasazlıq axşam saatlarında başladığından fəaliyyətimizdə böyük itkilərə gətirib çıxarmadı. Sadəcə, həmin vaxtda sosial şəbəkələrdən istifadə etmədim və qlobal xarakter daşıdığından, problemin həllini gözlədim. Ona görə, mənim üçün elə bir ciddi təsiri olmadı. Amma qeyd etdiyim kimi, qlobal miqyasda baş verən bu nasazlıq təbii ki, dünyada narahatlıq yaratdı. Çünkü bu həm də ciddi iqtisadi itkilərə səbəb oldu”.

Deputat Vüqar Bayramov deyir ki, mütəmadi olaraq həm “WhatsApp”, həm “Messenger”, həm də digər sosial şəbəkələr vasitəsilə seçicilərlə əlaqə saxlayır:

“Seçicilər də bizimlə əlaqələr yaradır, onları maraqlandıran məsələlərlə bağlı müraciət edirlər. Sosial şəbəkələrin çökməsi əlaqələrə təsir göstərdi. Amma bu qısa müddətli olduğundan və işdən sonrakı saatları əhatə etdiyindən seçicilərlə kontakta ciddi təsirləri olmadı. Amma sözsüz ki, həyat və kommunikasiya virtuallaşdığına görə, gələcəkdə belə problemlər təkraralanacağı halda intensiv kommunikasiyaya təsir edəcək. Təbii ki, alternativ olaraq, biz köməkçilərimiz vasitəsilə və birbaşa özümüz seçicilərlə telefon əlaqəsi yarada bilirik. Etiraf etməliyik ki, sosial şəbəkələr əsas kommunikasiya vasitələrindən birinə çevrilib”.

Deputat Fəzail Ağamalı sosial şəbəkələrdə yaranan problemə görə, çətinlik yaşadığını vurğulayıb:

“Təəssüf ki, bu problemi yaşadıq. Həm də nasazlıq qlobal miqyasda olduğundan çox çətinliyə gətirib çıxardı. O da bəlli oldu ki, internet ünsiyyətimizin çox vacib elementinə çevrilib, sanki bütün əlaqələrimiz bloklanmışdı. Mənim də seçicilərlə virtual ünsiyyətimdə fasilələr yarandı, onların müraciətlərini oxuya bilmədim. Amma hər kəsdə bu problem yaşandığından, səbrlə qarşılamağa məcbur olduq”.

Deputat Naqif Həmzəyev isə dünən sosial şəbəkələrdə problem yarananda alternativ platformalara üz tutub:

“Onların vasitəsilə görməli olduğum işi müəyyən dərəcədə həll edə bildim. Sosial şəbəkələrdəki problem qlobal olduğu üçün səbrlə qarşıladıq, ümidlə gözlədik ki, hər şey normallaşsın.

Seçicilərimiz və sosial şəbəkədə bizi izləyənlər öyrəşiblər ki, mütəmadi paylaşımlar edək, gün ərzində keçirdiyimiz görüşləri, tədbirləri, qatıldığımız televiziya və radio verilişlərini paylaşaq, seçicilərimiz öz problemlərini bizə rahat  şəkildə çatdırsınlar. Bu işdə müəyyən fasilələr yarandı.

Mən öz internet saytım vasitəsilə müraciətləri qəbul etdim. Orada heç bir problem yox idi. Ona görə, ən az itki ilə 6-7 saatı geridə qoya bildik.

Ümumilikdə, heç kim bu problemdən sığortalanmayıb, ona görə sosial şəbəkələrdən asılılığı azaltmalıyıq. Yaxud insanlar belə problemlər zamanı alternativ platformalardan istifadəyə alışmalıdır. Mən çalışıram ki, sosial mediada günün müəyyən saatlarında paylaşımlar edim, gələn müraciətləri oxuyum. Dünən axşam saatlarına yaxın işlərimi bitirmişdim. Qalan paylaşımlarımı isə bu gün etməyə çalışacağam”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Qərb Ulduzu” hansı təhrifə yol verib?

Rəhbərlik “TikTok”un satılıb satılmayacağı haqda açıqlama verdi

ABŞ Rusiya aktivləri ilə bağlı: "Tam müsadirə doğrudur, lakin başqa variantlar da var"

Rabitəbank rəhbərliyi bank sistemində yeni texnologiyaların tətbiqi sahəsi ilə tanış olub ®

Turistlər artıq Finlandiyaya səyahət etməyi sevmirlər

"Gazprom" daxili bazara rekord qaz tədarük edib

Rabitəbank rəhbərliyi ABŞ-də işgüzar səfərdə olub ®

İcbari Tibbi Sığorta Agentliyi nəyi öyrənmək istəyir? - Sorğu

Doqquz il qarajda “yatdıqdan” sonra hərraca çıxarılan “Porsche”nin hekayəsi

ABŞ-da tibb bacıları süni intellektin səhiyyədə istifadəsinə etiraz edirlər

“As İnşaat” müqaviləsiz işçi işlədib?

Rusiya şirkətlərinin 60%-dən çoxu hələ də Microsoft-dan istifadə etməyə davam edir

"Nokia" 4G və USB-C dəstəyi ilə yeni funksiyalı telefon buraxdı

Mərakeşdə “Şuşa günləri” keçiriləcək

"Xalq-City" MTK-ya protokol yazıldı

MAQATE: Zaporojye AES-də vəziyyət gözlənilməz olaraq qalır

Ailəsi ilə birgə öldürülən direktorun yerinə - Təyinat

“Azərterminalkompleks”in işdən çıxarılan əməkdaşı məhkəməyə üz tutdu

Bakının bu rayonunda qaz kəsiləcək

Trampın müşavirləri dollardan imtina etmək istəyən ölkələrə qarşı...

Fermerlərə pulsuz hüquqi yardım göstəriləcək

Kirayə mənzil bazarında qiymət artımı, bazardan çıxan evlər – Problemin həlli nədir?

Prezident XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edib (YENİLƏNİB)

3 ayda Türkiyədən aldığımız zeytun və zeytun yağı alışında 44% artım olub

Büdcədə 3 milyardlıq profisit - Uşaqlar üçün hansı sosial layihələr həyata keçirilə bilər?

"Xalq Bank" geriləməyə başlayıb - Aktivlərdə 45 milyon, kreditlərdə 26 milyonluq azalma

Azərbaycanda ilk dəfə "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Üç ayda bu məhsulun xaricə satışından 100 milyon dollara yaxın gəlir əldə etmişik

Azərbaycanda istehlak kreditləri üzrə orta faiz dərəcələri açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin