BAKU Azərbaycan
22.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8205
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1193
14588

Yeni qanun layihəsində nəzərdə tutulan sayğaclar mövcud sayğaclardan fərqlənmir. Bu məsələnin dəqiqləşdirilməsinə ehtiyac var. 

Valyuta.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında “Emerji resurslardan səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsi zamanı çıxış edən millət vəkili Vüqar Bayramov layihədə nəzərdə tutulan ağıllı sayğacların parametrlərinin dəqiqləşmədiyini bildirib. 

O əlavə edib ki, layihədə nəzərdə tutulan sayğaclar mövcud sayğaclardan fərqlənmir. 

Bu məsələnin dəqiqləşdirilməsinə ehtiyac olduğunu söyləyən Vüqar Bayramov bildirib ki,  qanun layihəsinin adında və əsas anlayışlar bölməsində enerji effektivliyi və enerji səmərəliliyi ayrıca terminlər olaraq qeyd olunur: 

“Layihənin  2.1.2 maddəsində enerji effektivliyi və 2.1.4. enerji səmərəliliyi fərqli anlayışları təqdim olunur.  Aydındır ki, bir sıra inkişaf etmiş ölkələrdə energy effectivess və energy efficency fərqli terminlər kimi təqdim olunsa da 2012-ci ildə Avropa Birliyinin direktivi məhz enerji səmərəliyi ilə bağlı olmuşdur və praktik olaraq sinonim sözlər olan effektivlik və səmərəlilik vahid termin olaraq təqdim olunur”. 

Onun sözlərinə götə, bu baxımdan müzakirə etdikləri layihədə oxşar yanaşmadan istifadə daha məqsədə uyğun olardı:

“2.1.8. enerji auditorunun yalnız fiziki şəxs olması nəzərdə tutulur, amma nəzərə almaq lazımdır ki, oxşar hüquqi şəxslər də təklif edir və bu baxımdan status diskirminasiyası arzu olunan deyil. 4-cü maddə dövlət siyasətinin əsas məqsədilərini təsbit edir.  4.1.2. rəqabətli iqtisadi inkişafın təmin edilməsi məqsədinin qeyd olunması pozitiv məqamdır. Bununla yanaşı, sözügedən maddə çərçivəsində özəl sektorun, xüsusən də startapların enerji səmərəliyinin əldə edilməsində iştirakının təşviq edilməsi məqsədəuyğun olardı”.

Maddə 6-da qeyd edilən enerji auiditinin nəticələrinin ictimailləşdirilməsi məsələsinin də öz əksini tapması məqsədə uyğun olduğunu söyləyən millət vəkili qeyd edib ki, eyni zamanda, 6.4-cü maddədə nəzərdə tutulan məcburi enerji audit üçün müəyyənləşdirilmiş 3 il müddətinin azaldılması və auditin maliyyələşmə mənbələrinin istiqamətlərinin müəyyənləşdirilməsi yaxşı olardı:

“11-ci maddədə istehlak olunan enerjinin ölçülməsi məqsədi ilə ağıllı sayğaclardan istifadə nəzərdə tutulur. Ağıllı sayğacın izahatı əsas anlayışlar bölməsində təqdim olunsa da, bu sayğacların hazırda istifadə olunan sayğaclardan fərqinin nədən ibarət olacağı aydınlaşmır. 11.2-də daha məqsədəuyğun olardı ki, ağıllı sayğaclar zədələndiyi və ya dəyişmə zərurəti yarandığı halda onların təchizatçının vəsaiti hesabına dəyişdirilməsi qeyd olunsun. Ümumiyyətlə, yaşayış mənzilindən kənarda quraşdırılan bu sayğacların qorunmasına təchizatçının özünü məsul olması vacibdir”.

V.Bayramov, bərpa olunan enerji mənbəsindən istifadənin sadəcə 15-ci maddədə təşviq edici tədbirlərin biri kimi qeyd olunduğunu diqqətə çatdırıb: 

“Halbuki, Azərbaycanda bərpa olunan enerji mənbəsindən istifadə, yaşıl zonanın formalaşdırılması, bu dekadanın 5 əsas prioritetlərindən biri kimi qiymətləndirilib. Halbuki, 2007-ci ildə dünya üzrə elektrik enerjisi istehsalının 20%-i bərpa olunan enerji mənbələrindən meydana gəlirdisə, 2020-ci ildə bu göstərici 28%-ə yüksəlib. 2025-ci ildə qlobal elektrik istehsalının 33%-ni təşkil edəcək. Son 10 ildə günəş və külək enerjisi istehsalının maya dəyəri müvafiq olaraq 89% və 70% azalıb”.  

Deputat sonda qeyd edib ki, Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə potensialı 27000 MVt olaraq dəyərləndirilir: 

“Bunun 23000 MVt-ı günəş, 3000 MVt-ı isə külək enerjisinin payına düşür. Bu baxımdan, enerji səmərəliyinin gücləndirilməsində bərpaoluna enerjidən istifadənin xüsusi təşviq edilməsinə ehtiyac var”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Növbəti köç karvanı Füzuliyə yola düşdü (FOTO)

Növbəti köç karvanı Füzuliyə yola düşdü (FOTO)

Monqolustan və Britaniya nadir torpaq metalları sahəsində əməkdaşlıq edəcək

Nazirlərin may ayında vətəndaş qəbulu cədvəli

Paytaxtda növbəti “Kənddən şəhərə” həftəsonu yarmarkası keçiriləcək

Kiloqramı 20-25 manat olan çay xaricdən 8 manata alınır – Alış ilə satış arasında niyə bu qədər fərq var?

Avro və rubl bahalaşdı – Məzənnə

Bitcoin və Etherium nə qədər ucuzlaşıb? - Kriptovalyutaların qiymətləri

Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu

Azərbaycan neftinin qiyməti cüzi ucuzlaşıb

Ağdamda iki hotel tikilir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı

ABŞ Ukraynaya silah tədarükü üçün 6 milyard dollarlıq müqavilələr bağlamağa hazırlaşır

100 ildir itdiyi düşünülən əsər 30 milyona satıldı

Bu il neft 100 dollara çata bilər – Dünya Bankı

Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB

Dünyada plastik tullantıların böyük hissəsinin səbəbkarı olan 5 şirkət (SİYAHI)

İnnovasiya və Təchizat Mərkəzi 369 576 manatlı hellium alır

ABŞ alimləri təbiilərindən üstün olan süni bədən hüceyrələri yaratdıblar

“Bakı Tikiş Evi” məhkəmə qarşısında

Mühafizə şirkəti məhkəməyə verildi

Rusiyada yük maşını sürücülərinin çatışmazlığı 25%-ə çatdı

"Hom-Paş Prestij" məhkəməyə niyə verilib?

"A-Group Sığorta Şirkəti" cərimələnir

Ukrayna mayda Dnepr SES-in bərpasına başlamağı planlaşdırır

Dövlət xidmətindən “Azpetrol”a 60 min manatlıq sifariş

NASA BKS-də mutant canlılar aşkarlandığını açıqladı

Rusiya aktivləri Ukraynaya keçəndən sonra dollar ucuzlaşacaq - İqtisadçı

İki məşhur şirkət arasında alqı-satqı qalmaqalı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin