“SOCAR Türkiyə” təkrar neft-kimya emalını 32% artırıb - AÇIQLAMA
“SOCAR Türkiyə” şirkətinin neft-kimya bölməsi təkrar emal həcmini 32% artırıb.
Valyuta.az xəbər verir ki, bunu SOCAR Türkiyə Emal və Neft-Kimya bölməsinin rəhbəri Anar Məmmədov deyib.
Onun sözlərinə görə, 3 şirkətdə başladılan Sıfır Tullantı Layihəsi ilə mənbələrin daha səmərəli istifadəsini və tullantıların yerində toplanaraq iqtisadiyyata geri qazandırılmasını hədəfləyirlər:
"Bu istiqamətdə bütün istehsal sahələrimizdə tullantıların idarəolunması sistemlərini və tullantı toplayan maşınlarımızı yenilədik. Tullantıların müvəqqəti saxlandığı sahələri yaxşılaşdırdıq. İl ərzində bütün əməkdaşlarımız üçün təlimlər və maarifləndirmə tədbirləri həyata keçirdik”.
A.Məmmədov, görülən işlər nəticəsində SOCAR Türkiyə Emal və Neft-Kimya bölməsi tərkibində fəaliyyət göstərən istehsal müəssisələrində təkrar emal həcminin 32%-ə qədər artdığını bildirib:
“Fəaliyyətlərimiz nəticəsində aldığımız Sıfır Tullantı Sertifikatı gələcək işlərimizdə bizə stimul olacaq”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay