BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8905
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0499
  • 1 İngiltərə funt sterlinqi
    2.2371
11976

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq işlərini davam etdirir.

Valyuta.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, Salyan rayonunun Çuxanlı kəndindən başlayaraq Kür çayını keçməklə Kürkənd kəndinədək korroziyaya uğrayan qaz xəttinin yenilənməsi işləri həyata keçirilir.

İstismar müddəti başa çatmış diametri 530 mm olan polad boru ilə çəkilən qaz xətti, diametri 315 mm olan polietilen boru ilə əvəzlənir. Qaz xəttinin Kür çayından keçən hissəsi relyef baxımından çətin olduğundan maşın-mexanizmlərin çalışması mümkün deyil. Məhz buna görə bu hissədə görüləcək işlər Birliyin işçi qrupları tərəfindən əl əməyi ilə həyata keçirilir. İşlər yekunlaşdıqdan sonra şəhər ərazisində 15 minədək əhali abonenti və sənaye obyektlərinin qaz təchizatı xeyli yaxşılaşdırılacaq.

Ucar rayonunda yerləşən “SOCAR” yanacaqdoldurma məntəqəsində CNG (sıxılmış təbii qaz) yanacaq növündən istifadəni təmin etmək üçün qaz xəttinin çəkilişi işləri də həyata keçirilir. Diametri 160 mm, uzunluğu 24 km olan yeni qaz xətti başlanğıcını Ucar Qaz Paylayıcı Stansiyasından götürərək Müsüslü kəndində başa çatacaq. İşin həcmi böyük olduğundan əraziyə maşın-mexanizmlər və işçi qüvvəsi cəlb olunub. Qaz xəttinin 13 km-dən çox hissəsinin çəkilişi artıq yekunlaşıb. Görülən işlərin 2-3 ay ərzində başa çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, görülən işləri “Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsi həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qazaxıstanın “Xalık Bank”ı 50 milyon dollar dəyərində GDR alacaq

Analitikdən xəbərdarlıq: ABŞ əsas faiz dərəcəsini bir anda 0,5 faiz endirə bilər

ABŞ-da AI infrastrukturunun inkişafı üçün 30 milyardlıq fond yaradacaq

"CASPİAN ROAD" cərimələndi

"iPhone"lar iOS yeniləməsindən sonra kütləvi şəkildə çökür

Rusiya ilə ödəniş problemi Türkiyə iqtisadiyyatına necə təsir edib?

Beynəlxalq Valyuta Fondu Rusiya ilə məsləhətləşmələri təxirə saldı

"Amal" Firması 10 min manat cərimələnə bilər

Ukraynada silah istehsalçıları nə qədər qazanır? - Baş direktordan cavab

DGK "Empire Medizentrum"a protokol yazdı

Alimlər ucuz və yüngül gecə görmə eynəkləri üçün texnologiya yaratdı

"GEOKON" məhkəmə qarşısında

"Instagram"da 18 yaşdan kiçiklər üçün yeniyetmə hesabları olacaq

Rusiyaya qarşı sanksiyalar Cənub-Şərqi Asiya ölkələrini "vuracaq" - Səbəblər açıqlandı

Hindistan ucuz Rusiya neftini almaqdan imtina etməyəcək

FHN-nin Ağdamla bağlı 3 milyon yarımlıq layihəsi

Dost olmayan ölkələr Rusiyadan 264 milyon dollarlıq titan alıb

Mərkəzi Bank “Azərikard”a müddətsiz lisenziya verib

"Hazarport"a protokol tərtib edildi

Bu nazirin müavini bir deyil, iki nəfər olacaq - Dəyişiklik

Birbank-la hər gediş 20% keşbek qazandırır®

Bəzi ixtisaslarda yüksək olan əməkhaqqı gələcəkdə azalacaq - SƏBƏB

Bakıda bu məktəblərin I sinifləri dolub, yer yoxdur - SİYAHI

Gələn il əhalinin xərclərinin 87 milyard manata çatacağı proqnozlaşdırılır

Dünyanın ekzotik istirahət təklif edən lüks otelləri - 5 500 dollardan başlayan qiymət

Dünyanın ekzotik istirahət təklif edən lüks otelləri - 5 500 dollardan başlayan qiymət

"Türk Qrup" şirkəti əmək qanunvericiliyini pozub?

İlqar Mustafayev 2 milyon manatı mənimsəməkdə ittiham olunur

Dövlət büdcəsindən ən çox hansı sahələrə vəsait xərclənir? - Siyahı

Leyla Əliyeva uşaq bağçasının açılışında (FOTO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin