BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8905
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0499
  • 1 İngiltərə funt sterlinqi
    2.2371
11833

Bu ilin I rübündə Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 3 milyard 182,1 milyon manat, büdcə xərcləri isə 2 milyard 519,9 milyon manat təşkil edib.

Fonddan Valyuta.az-a bildirilib ki, cari ilin yanvar-mart ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 2 milyard 468,1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 1 milyard 696,6 milyon manat, bonus ödənişləri 765,9 milyon manat, tranzit gəlirləri 5,6 milyon manat təşkil edib.

Ötən rüb ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 714,0 milyon manata bərabər olub ki, bu da ümumi gəlirlərin 22,44%-ni təşkil edir.

Cari ilin yanvar-mart ayları ərzində ARDNF-nin 2021-ci il büdcəsinin icrası çərçivəsində 2 513,7 milyon manat vəsait dövlət büdcəsinə transfert edilibr, “2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 0,7 milyon manat vəsait yönəldilib. 

Birinci rüb ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 5,5 milyon manat təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərci 2 027,5 milyon manat təşkil edib.

Aprelin 1-ə Fondun aktivləri 2021-ci ilin əvvəlinə (43 564,3 milyon ABŞ dolları) nisbətən 1,84% azalaraq 42 761,3 milyon ABŞ dollarına bərabər olub. Büdcə gəlirlərinin büdcə xərclərini üstələməsinə baxmayaraq aktivlərin həcminin azalmasına səbəb qızılın qiymətinin düşməsi və investisiya portfelinin tərkibində yer alan əsas valyutaların məzənnələrinin ABŞ dollarına qarşı zəifləməsi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qazaxıstanın “Xalık Bank”ı 50 milyon dollar dəyərində GDR alacaq

Analitikdən xəbərdarlıq: ABŞ əsas faiz dərəcəsini bir anda 0,5 faiz endirə bilər

ABŞ-da AI infrastrukturunun inkişafı üçün 30 milyardlıq fond yaradacaq

"CASPİAN ROAD" cərimələndi

"iPhone"lar iOS yeniləməsindən sonra kütləvi şəkildə çökür

Rusiya ilə ödəniş problemi Türkiyə iqtisadiyyatına necə təsir edib?

Beynəlxalq Valyuta Fondu Rusiya ilə məsləhətləşmələri təxirə saldı

"Amal" Firması 10 min manat cərimələnə bilər

Ukraynada silah istehsalçıları nə qədər qazanır? - Baş direktordan cavab

DGK "Empire Medizentrum"a protokol yazdı

Alimlər ucuz və yüngül gecə görmə eynəkləri üçün texnologiya yaratdı

"GEOKON" məhkəmə qarşısında

"Instagram"da 18 yaşdan kiçiklər üçün yeniyetmə hesabları olacaq

Rusiyaya qarşı sanksiyalar Cənub-Şərqi Asiya ölkələrini "vuracaq" - Səbəblər açıqlandı

Hindistan ucuz Rusiya neftini almaqdan imtina etməyəcək

FHN-nin Ağdamla bağlı 3 milyon yarımlıq layihəsi

Dost olmayan ölkələr Rusiyadan 264 milyon dollarlıq titan alıb

Mərkəzi Bank “Azərikard”a müddətsiz lisenziya verib

"Hazarport"a protokol tərtib edildi

Bu nazirin müavini bir deyil, iki nəfər olacaq - Dəyişiklik

Birbank-la hər gediş 20% keşbek qazandırır®

Bəzi ixtisaslarda yüksək olan əməkhaqqı gələcəkdə azalacaq - SƏBƏB

Bakıda bu məktəblərin I sinifləri dolub, yer yoxdur - SİYAHI

Gələn il əhalinin xərclərinin 87 milyard manata çatacağı proqnozlaşdırılır

Dünyanın ekzotik istirahət təklif edən lüks otelləri - 5 500 dollardan başlayan qiymət

Dünyanın ekzotik istirahət təklif edən lüks otelləri - 5 500 dollardan başlayan qiymət

"Türk Qrup" şirkəti əmək qanunvericiliyini pozub?

İlqar Mustafayev 2 milyon manatı mənimsəməkdə ittiham olunur

Dövlət büdcəsindən ən çox hansı sahələrə vəsait xərclənir? - Siyahı

Leyla Əliyeva uşaq bağçasının açılışında (FOTO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin