BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8905
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0499
  • 1 İngiltərə funt sterlinqi
    2.2371
8555

Dövlət Vergi Xidməti Emin Səttarovun təqdim etdiyi təklifi məqbul hesab edir

SM Consulting MMC-nin direktoru Emin Səttarovun Vergi Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı təklifi qəbul edilib. 

Bu barədə E.Səttarov Valyuta.az-a açıqlamasında bildirib. 

Onun sözlərinə görə, işlərin tətbiqi zamanı daim qarşıya çıxan halla bağlı vergi orqanına təkliflər ünvanlayır: “Onlar da öz növbəsində təklifimizi dəyərləndirirlər. Vergi Məcəlləsinin tətbiqi ilə bağlı təkliflərimizdən biri əlavə dəyər vergisinin vergi inzibatçılığı ilə bağlı olub”.


 
E.Səttarov bildirib ki, qüvvədə olan qanunvericiliyə əsasən, məcburi qaydada əlavə dəyər vergisi (ƏDV) ödəyicisi olmaq 3 hala - vergi ödəyicisinin fəaliyyətinə görə, 12 aylıq dövriyyə ərzində ƏDV-yə cəlb olunan əməliyyatların dəyəri 200 min manatdan artıq və bir əqd üzrə ƏDV-yə cəlb olunan əməliyyatların dəyərinin 200 min manatdan artıq olduqda müəyyən olunur.

Qeyd olunan 2-ci və 3-cü halların Vergi Məcəlləsinin 155.1 və 157-ci maddələri ilə tənzimləndiyini söyləyən E.Səttarov, Məcəllənin 154.6-cı maddəsi isə ƏDV cəlb olunan dövriyyəyə görə deyil, fəaliyyətə bağlı olan əməliyyat olduğunu deyib: “Vergi ödəyicisinin fəaliyyəti ilə bağlı olan hal zamanı ƏDV məqsədləri üçün qeydiyyata dair ərizənin verilməsi vaxtı və ƏDV qeydiyyatının nə vaxt qüvvəyə minməsini əks etdirən hər hansı bir maddə yoxdur. Ona görə də təklif etdik ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsinə üçüncü bənd əlavə edilsin”. 

Şirkət rəhbərinin vergi qanunvericiliyinin təkmilləşdiirlməsi ilə bağlı təqdim etdiyi təklifə Dövlət Vergi Xidmətində baxılıb. Xidmətin rəis müavini Samirə Musayeva Valyuta.az-a açıqlamasında bildirib ki, müəssisə və təşkilatlardan, dövlət orqanlarından, habelə, vergi ödəyicilərindən daxil olan təkliflər Dövlət Vegi Xidmətində ümumiləşdirilir və mütəmadi olaraq vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamtində işlər aparılır. 

“Vergi Məcəlləsinin 2.8-ci maddəsinə əsasən, növbəti ilin dövlət büdcəsi layihəsi çərçivəsində vergi siyasəti, vergi inzibatçılğı və vergi  dərəcələrinin müəyyən edilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişikliklər edilməsi zərurəti yarandıqda həmin qanun layihələri Milli Məclisə cari ilin mayın 15-dən gec olmayaraq təqdim edilir” - S.Musayeva qeyd edib.  

S.Musayevanın sözlərinə görə, E.Səttarovun  təqdim etdiyi təklif məqbul hesab edilib. Həmin təklifə növbəti ilin dövlət büdcəsi layihəsi çərçivəsində baxılacağını qeyd edib.

Zeynəb Vəkil 
Valyuta.Az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qazaxıstanın “Xalık Bank”ı 50 milyon dollar dəyərində GDR alacaq

Analitikdən xəbərdarlıq: ABŞ əsas faiz dərəcəsini bir anda 0,5 faiz endirə bilər

ABŞ-da AI infrastrukturunun inkişafı üçün 30 milyardlıq fond yaradacaq

"CASPİAN ROAD" cərimələndi

"iPhone"lar iOS yeniləməsindən sonra kütləvi şəkildə çökür

Rusiya ilə ödəniş problemi Türkiyə iqtisadiyyatına necə təsir edib?

Beynəlxalq Valyuta Fondu Rusiya ilə məsləhətləşmələri təxirə saldı

"Amal" Firması 10 min manat cərimələnə bilər

Ukraynada silah istehsalçıları nə qədər qazanır? - Baş direktordan cavab

DGK "Empire Medizentrum"a protokol yazdı

Alimlər ucuz və yüngül gecə görmə eynəkləri üçün texnologiya yaratdı

"GEOKON" məhkəmə qarşısında

"Instagram"da 18 yaşdan kiçiklər üçün yeniyetmə hesabları olacaq

Rusiyaya qarşı sanksiyalar Cənub-Şərqi Asiya ölkələrini "vuracaq" - Səbəblər açıqlandı

Hindistan ucuz Rusiya neftini almaqdan imtina etməyəcək

FHN-nin Ağdamla bağlı 3 milyon yarımlıq layihəsi

Dost olmayan ölkələr Rusiyadan 264 milyon dollarlıq titan alıb

Mərkəzi Bank “Azərikard”a müddətsiz lisenziya verib

"Hazarport"a protokol tərtib edildi

Bu nazirin müavini bir deyil, iki nəfər olacaq - Dəyişiklik

Birbank-la hər gediş 20% keşbek qazandırır®

Bəzi ixtisaslarda yüksək olan əməkhaqqı gələcəkdə azalacaq - SƏBƏB

Bakıda bu məktəblərin I sinifləri dolub, yer yoxdur - SİYAHI

Gələn il əhalinin xərclərinin 87 milyard manata çatacağı proqnozlaşdırılır

Dünyanın ekzotik istirahət təklif edən lüks otelləri - 5 500 dollardan başlayan qiymət

Dünyanın ekzotik istirahət təklif edən lüks otelləri - 5 500 dollardan başlayan qiymət

"Türk Qrup" şirkəti əmək qanunvericiliyini pozub?

İlqar Mustafayev 2 milyon manatı mənimsəməkdə ittiham olunur

Dövlət büdcəsindən ən çox hansı sahələrə vəsait xərclənir? - Siyahı

Leyla Əliyeva uşaq bağçasının açılışında (FOTO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin