BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
53337

Hüsülü Mirsəid
Rəqəmsal marketoloq 

“Instagram” və “Facebook” eyni şirkətə - “Meta”ya məxsus sosial şəbəkələrdir. Bu səbəbdən, bir şəbəkədə baş verən politik dəyişiklik 2 tərəfə də yansıyır. Məsələn, “Instagram” süni intellekt vasitəsilə hazırlanan şəkli alqoritmik olaraq qəbul edirsə, “Facebook” da edir. Yəni birmənalı olaraq bu 2 şəbəkə bir-birinə bağlıdır. “Threads” sosial şəbəkəsi isə “Instagram”ın alt şəbəkəsi - yəni alt markası olduğu üçün burada da bütün sistemlər bir-birini tamamlayır.

“Meta” paylaşımı yeni güncəlləməylə birlikdə gətirdiyi şərtlərə əsaslandırır.

“Instagram” şəbəkəsi istifadəçilərinə təhlükəsiz təcrübə təmin etmək üçün müxtəlif siyasət və qaydalara malikdir. Bu qaydalara uyğun gəlməyən və ya “Instagram”ın icma standartlarını pozan məzmun platforma tərəfindən silinə bilər. Məsələn, çılpaqlıq, zorakılıq, təcavüz və ya spam ehtiva edən fotoşəkillər və ya yazılar. Bu, istifadəçiləri qorumaq və arzuolunmaz məzmunun qarşısını almaq üçün platforma tərəfindən görülən bir tədbirdir.

Ancaq bəzən “Instagram”ın avtomatik filtri və ya alqoritmi təsadüfən istifadəçilərin yazılarını silə bilər. Məsələn, alqoritm bəzi fotoşəkilləri səhvən spam və ya arzuolunmaz məzmun kimi aşkarlaya və onları silə bilər. Bu halda istifadəçilər adətən “Instagram”ın dəstək komandası ilə əlaqə saxlayaraq vəziyyəti düzəldə bilərlər.

Zaman-zaman istifadəçilər “Şəkillərim İnstagram tərəfindən silindi” problemi ilə qarşılaşa bilər və bu problemin bir neçə fərqli səbəbi ola bilər. Bu problemlə qarşılaşan istifadəçilərin nə etməli olduqlarını bilmələri vacibdir.

Birincisi, bu problem “Instagram”ın serverlərindəki xəta nəticəsində yarana bilər. “Instagram” serverlərində baş verən problemlər istifadəçilərin fotolarının silinməsinə səbəb ola bilər. Bu vəziyyətdə, adətən, istifadəçilərin edə biləcəyi çox şey yoxdur və “Instagram” problemi həll etmək üçün səy göstərəcək. İstifadəçilər “Instagram”ın rəsmi dəstək kanallarından istifadə edərək problem barədə məlumat  verməsi zəruridir.

İkinci səbəb istifadəçilərin öz cihazları ilə bağlı problemlər ola bilər. İstifadəçilər qəsdən və ya təsadüfən şəkillərini cihazlarından silə və ya başqa proqram və ya xidmətə yükləyə bilərlər.

Bu halda istifadəçilər əvvəlcə öz cihazlarını yoxlamalıdırlar. Şəkillərin silindiyini və ya başqa yerdə saxlandığını yoxlamaq vacibdir. Fotoşəkillərin avtomatik ehtiyat nüsxəsini çıxaran bulud xidmətindən istifadə edirsinizsə, fotoşəkillərin orada olub-olmadığını da yoxlamağa dəyər ola bilər.

Üçüncü səbəb - Başqa proqramdan istifadə etmək

Bu “İnstagram”ın oxşar tipologiyasında kopyası olan proqram təminatlarıdır. Bunlar aeroinsta, GBinsta və s. Tiplərdə olan “İnstagram” bənzəri olan tətbiqlərdir. Bu tətbiqlər insanlara yerində foto, video və səsi yükləməyə izn versə də, 3-cü tərəf üçün təhlükəsizlik barikadasını qaldırır. Yəni biri sizin cihaza rahat şəkildə müdaxilə edə bilər. Buna görə ehtiyatlı olmaq vacibdir. Bu tətbiqlər “Google”dakı “Happymod”un “Lucky patcher”i və s.-dir. Kənar tətbiq kompiliktasiyasından yüklənir. Və “İnstagram”ın kopyası yükləndikdən sonra “Instagram” əgər istifadəçisinin orginal tətbiqdən deyil, kənar tətbiqdən istifadə etdiyini aşkar edərsə, hesabı keçici olaraq bloklayıb istifadəçisini orginal tətbiqi yüklədikdən sonra özü olmasını təsdiqləməsini tələb edir.

Eynilə, “Facebook” da bu yolu izləyir.

Dördüncü səbəb

Siz məzmunları süni intellekt vasitəsilə yaratmısınız və bunu qeyd etməmisiz. Bu kimi hallarda süni intellekti qeyd etməyiniz vacibdir. İstər “İnstagram”, istər “Tiktok” və bənzər şəbəkələrdə olsun, səs, video, şəkil  fərq etməz bunu qeyd etməyiniz lazımdır. Əksi təqdirdə ihlal (qayda pozuntusu) aşkarlanıb bloklana bilərsiz.

Beşinci səbəb

Əgər bir markanız və ya onlayn satış kanalınız varsa, heç bir halda məshulun üzərinə qiymət yazmayın. “Facebook” əsasən bu yazını filtrindən keçirə bilmədikdə, sizin reklam hesabınızı bloklayıb reklamınızı yəni məzmununuzu silə bilər.

Altıncı səbəb

Sosial şəbəkələrdə öz markanızı qeyd etmisizsə, çalışın öz markanız adı altında fəaliyyət göstərin. Məsələn, siz "Cartier"in hər hansısa məhsulunu satmaq istəyirsizsə, çalışın loqolu, yəni marka logosu olan şəklini reklamınızda istifadə etməyin. Əks təqdirdə markanın rəqəmsal sferada reklamını çıxan agentlikləri markanın ticarət nişanının pozulması səbəbiylə sizin markanızın bütün səhifələrini, şəkillərini sildirə bilər.

Yeddinci səbəb

Sizdə şəklin orijinal versiyası qalmayıbsa və siz “Instagram” və ya “Facebook”da şəkil linki vasitəsilə kənar sayt və ya tətbiq vasitəsi ilə yükləyirsizsə, “Meta” datasını silməyiniz məsləhətdir.

“Instagram”ı dondurdum açdım şəkillərim silindi problemi

“Problemi bildir” düyməsini istifadə edərək “Instagram”a məlumat verdikdən sonra bir az daha gözləmək və cavab gözləmək vacibdir. Bu müddət ərzində şəkilləriniz tam şəkildə geri qaytarılacaq. “Instagram şəkillərim öz-özünə silindi” probleminin səbəbi hesabınızı açan kimi serverlərdə yaranan sıxlıqdır. Serverlər gündəlik texniki xidmətdən keçdikdə və ya növbəyə alınmış əməliyyatlar işləndikdə onlar avtomatik olaraq geri qayıdacaqlar. Bu vəziyyətdə narahat olmaq üçün heç bir səbəb yoxdur, lakin bəzi istifadəçilər hələ də narahat olurlar və gec gələn fotoşəkillərin həmişəlik silindiyini düşünə bilərlər. Səbirli olmaq və bir az daha gözləmək bu problemi həll edəcək.

“Instagram” şəkilləri nə üçün silir?

“Instagram” tətbiqinin məzmun oğurluğuna qarşı təmin etdiyi müdafiə mexanizmi ilə əlaqədardır. “Instagram” qabaqcıl alqoritmlə işləyir. Bir hesabdan paylaşılan yazı başqa hesabdan da paylaşılırsa, “Instagram” brauzerləri bunu aşkar edə bilər. Məzmun oğurluğundan qorunmaq üçün “Instagram”ın sistemi aşağıdakı kimi işləyir:

Fotonun ölçüsü, fayl adı və şəkli eynidir: “Instagram” paylaşılan fotoşəkillərin ölçüsünü, fayl adını və şəkil məzmununu müqayisə edir. Bu məlumat eynidirsə, “Instagram” tətbiqi onu məzmun oğurluğu kimi aşkar edir.

Filtrlərin oxşarlığı: “Instagram” paylaşılan fotoşəkillərdə istifadə olunan filtrləri də nəzərə alır. Oxşar filtrlərdən istifadə edilərsə və digər identifikatorlar da uyğun gəlirsə, bu da məzmun oğurluğu hesab olunur. “Instagram”ın məzmun oğurluğuna qarşı bu müdafiə mexanizmi istifadəçilərin hüquqlarına hörmət edilməsini təmin etmək üçün hazırlanıb. Bu yolla icazəsiz başqa hesabdan paylaşılan məzmun aşkarlanaraq silinir. Bununla belə, alqoritmin dəqiq necə işlədiyi və nə barədə qərar qəbul etdiyi barədə ətraflı məlumat “Instagram” tərəfindən açıqlanmır. “Instagram”ın məzmun oğurluğuna qarşı müdafiə mexanizmi paylaşılan yazıların oxşarlıqlarını və uyğunluqlarını təhlil edərək məzmun oğurluğuna qarşı tədbir görür. Bu yolla istifadəçilərin foto və məzmunlarının icazəsiz başqa hesablardan paylaşılmasının qarşısı alınır.

“Youtube” podcastları nə səbəbdən silinir?

Birinci səbəb

Podcastlardakı adi balaca musiqi səsi belə ticarət nişanının pozulması səbəbi ola bilər. Qulağa gülməli gəlsə də, belədir. Dalğa səsindən, yağ qızartma səsindən qayda pozuntusu xəbərdarlığı almış çox həmkarım olub. Ona görə hər bir detala daha çox üstünlük verib təmiz iş ortaya çıxarmaq lazımdır.

İkinci səbəb

Video keçidlərdə istifadə olunan səslər və musiqilər

Bu səslərin əksəriyyəti artıq 7 ildən çoxdur ki eynidir. Ona görə də, bu, “Youtube”un yeni şərtlərində qeyd olunub. Bir mahnı və ya bir keçid məşhurdursa, onu daim istifadə etmək olmaz. Əslində, bu, yenilikçiliyə yol açır.

Üçüncü səbəb

Podcastı hazırladıqdan sonra süni intellektlə lazımlı hissələr seçilir paylaşılırsa, ilk kanalda bunun özü bir hüquq pozuntusu sayılır.

Sonuncu səbəb

Podcastlar insanlara xitab edir. İnsanlar bunu bəyənmirsə, mütləq şəkildə 10 nəfərdən 1-i videonu spam edəcək. Çünki reallıq budur. Əgər gün ərzində ən azı 30-35 civarı spam alırsızsa, ya o video silinəcək, ya da yoxlanma müddətinə girəcək.

Saytlarda materiallar necə silinir?

Birinci səbəb

Saytlar sosial şəbəkəyə birbaşa və ya manual bağlıdırsa, sosial şəbəkədəki bütün problemlər sayta birbaşa yansıyacaq. Məsələn, “Youtube”da video paylaşmısınız və bu, 1 milyon izlənib. Bunu həm sayta, həm də digər sosial şəbəkələrə link vasitəsilə keçid vermisiz. Üstündən 2 saat keçir və “Youtube” sizə yazır ki səs pozutusu var. Siz girib o səs pozuntusunu aradan qaldırana kimi saytda və sosial şəbəkədəki linklərin alt mətni boş qalır və izləyici boş kanala daxil olur. 1 “Youtube” linki bütün hər şeyi iflic etdi. Və “Youtube” əgər sizə səlahiyyət versə, yəni pozuntunu aradan qaldırsaz belə, link yenilənəcək. Köhnə yerləşdirdiyibiz link heç bir işə yaramayacaq.

İkinci səbəb

Saytda texniki problem ola bilər. Və bu texniki problem sosial şəbəkələri boşluq kimi qəbul edib şəkli və ya videonu bir səhifədə sizə təsdiqlədib ikinci səhifədə bunu sizə təqdim etməyə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin