Səhm bazarı niyə ləng inkişaf edir? (ŞƏRH)
“Ölkədə səhm bazarının inkişaf etdirilməsi üçün bir neçə faktorun rolu çox önəmlidir”.
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirli səhm bazarının zəif inkişaf etməsinin səbəbləri haqqında danışarkən deyib.
Eldəniz Əmirli bildiirb ki, bu səbəblərdən birincisi manatla yəni milli valyuta ilə bağlıdır:
“Milli valyutanın məzənnəsinin inzibati qaydada təyin olunduğu ölkələrdə ümumiyyətlə səhm bazarının inkişaf etməsi praktiki olaraq mümkün deyil. Buna görə də ilk növbədə bununla bağlı məsələlər həll olunmalıdır.
Əgər Mərkəzi Bank tərəfindən manatın məzənnəsi inzibati qaydada təyin edilməsə, bu zaman isə artıq başqa risklər ortaya çıxacaq. Buna görə də hazır ki, iqtisadi ortamda məhz inzibati tənzimləmə metodu daha məqsədəuyğundur. Amma təəssüflər olsun ki, bu da səhm bazarının inkişaf etdirilməsinə mane olur”.
İqtisadçı vurğulayıb ki, səhm bazarının inkişaf etdirilməsinə mane olan başqa səbəblər də var:
“Məsələn, özəlləşmə istiqamətində aparılmalı olan addımlar var, dövlətin iqtisadiyyatda rolunun azaldılmasına ehtiyac var”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay