BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
33153

“Dövlət Statistika Komitəsinin Azərbaycan büdcəsində 218,5 milyon manat kəsr olduğu ilə bağlı yaydığı statistik məlumatlar heç bir narahatlıq yaratmır”. 

Bu sözləri Valyuta.az-a iqtisadçı Xalid Kərimli ölkə büdcəsi ilə bağlı açıqlanan statistik məlumatları şərh edərkən deyib.

İqtisadçı qeyd edib ki, Azərbaycanda həm 2023-ci ilin əvvəlindəki büdcəsində, həm iyun ayında büdcəyə edilən əlavələrdə də büdcənin gəlir-xərc hissəsi artırıldı:

“Həmin rəqəmlərə görə ölkəni 3 milyard 116,5 milyon manat kəsrli büdcə gözləyir. Bu baxımdan büdcədə keçən il profisit, bu il isə kəsr olması iə bağlı narahat olmamalıyıq. Bu il təhlükəsizlik, Qarabağın bərpası ilə əlaqəli olan layihələr sürətlə icra olunur. Buna görə də 218,5 milyon manat büdcə çərçivəsində nəzarət olunan rəqəmdir”.

Xalid Kərimli deyir ki, keçən ilə görə bu il xərclərin artmasının da bir neçə səbəbi var:

“Minimum əmək haqlarının, pensiyaların, sosial xərclərin artması, milli təhlükəsizliklə, ordunun saxlanması, Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı məsələlərə görə büdcə xərci artıb”. 

“Büdcə kəsiri necə aradan qaldırıla bilər” sualına cavab verən iqtisadçı bildirib ki, bunu etmək üçün bir məqsəd yoxdur:

“Bu kəsr Azərbaycan iqtisadiyyatı üçün heç bir problem yaratmır. Maliyyə Nazirliyi 2024-cü ilin büdcə layihəsində 2023-cü ilin ilk yarısının icmal büdcəsi haqqında da məlumat verib. Bu büdəcəyə görə Azərbaycanın icmal büdcəsində ilk 6 ayda 11 milyard manat profisit olub. Bu profisit isə neft fondunda toplaşır. Dövlət də ehtiyatlarımız olduğu üçün rahatdır. İcmal büdcənin profisiti də kifayət qədərdir. Yəni 2023-cü ilin yarısında icmal büdcəsinin gəlirləri 26.7 milyard manat olub ki, bu da keçən illə müqayisədə 48 faizə qədər çoxdur. Kifayət qədər gəlirlərimiz artıb. İcmal büdcənin bu büdcədən fərqi isə ondan ibarətdir ki, büdcədə əsas rəqəmləri formalaşdıran neft fondunun gəlirləri də öz əksini tapmasıdır”.

Qeyd edək ki, ölkəmiz gələn il 2 milyard manata yaxın borc alacaq. Bu ilin ilk 8 ayında büdcənin xərcləri isə 13,8% artaraq 20 milyard 649,7 min manata yüksəlib və büdcədə 218,5 milyon manat kəsir yaranıb.  

Xatırladaq ki, ötən ilin eyni dövründə büdcədə 2 milyard 32,9 milyon manat profisit olub.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sevgidən yaranan ideya milyardlarla dəyər qazandı - Zoomun qurucusunun uğuru

89 ölkədə 22 şirkət qurmuşam - Aydın missiya bəyanatı uğurlu inkişafın açarıdır -SƏHƏR OXUSU

Londonda iqlim və ətraf mühit sahəsində çalışan gənc mütəxəssis

Tıxaclar mühərriki öldürür - Avtomobili necə qorumaq olar?

Ölümcül statistika: ən pis etibarlılıq göstəriciləri olan 10 sərnişin təyyarəsi

110 il əvvəl itən tablo tapıldı

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb

Varlanmağın yolları - DEPUTATDAN MƏSLƏHƏTLƏR

İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT

Öz hesabına varlanan ən zəngin qadınların adı açıqlandı

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin