BAKU Azərbaycan
28.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
33126

Sosial media artıq həyatımızın bir hissəsinə çevrilib. Sosial şəbəkə hesablarımızdakı paylaşımların bizim iş həyatımıza – iş yerlərinə qəbul məsələmizə təsir etdiyi də deyilir. Həqiqətən də sosial media hesablarında paylaşdığımız məlumatlar bizim işə qəbulumuzda nəzərə alınır? Ümumiyyətlə, bizim iş həyatımızda hansısa problem yarada bilərmi?

Beynəlxalq Əmək Təşkilatının rəsmi təlimçisi, İnsan Resursları mütəxəssisi Saleh Həsənov Valyuta.az-a açıqlamasında bildirdi ki, sosial media hesablarının iş həyatımıza təsirini 2 aspektdən qiymətləndirmək olar: “İşə götürmə zamanı və çalışdığı müddət olaraq. İşə götürmə zamanı əvvəlcədən sosial media hesabları araşdırılır. Bu, həmin şəxs haqqında fikir formalaşdırmaq üçün edilir. Həmin şəxs necə həyat tərzi sürüb? Şirkətə uyğun insandır? Bu kimi bir sıra amillərə baxılır. Sosial media hesabına baxılması insanın həmin işdə çalışdığı dövrdə də ola bilər. Bu zaman da sosial media hesabındakı müəyyən amillərə diqqət yetirilir. Şirkətin bəyənmədiyi mənfi hal olarsa, işçiyə irad tutula bilər və s”.

“Əslində təsir etməməlidir, amma...”

S.Həsənov əlavə etdi ki, hər iki halda sosial media hesablarına baxılması və buna görə işçiyə qiymət verilməsi düzgün yanaşma deyil: “Sosial şəbəkədəki profilimiz şəxsi hesabdır, rəsmi hesab deyil. Rəsmi hesab olsa belə, bu, insanın şəxsi fikirlərini nümayiş etdirir. Sosial şəbəkədə paylaşılan fikir və yanaşmaları şəxsi fikir kimi qəbul etməliyik. Ümumiyyətlə, sosial media hesabları şəxsin iş həyatına təsir göstərməməlidir. Dünyada da bu praktika ilə bağlı kifayət qədər mübahisə mövzuları var, amma bu halın baş verməsi doğru deyil. Hər hansı qanunla tənzimlənməsə də, etik deyil”.

Mütəxəssisin fikrincə, müəyyən istisnalar ola bilər: “Sosial media hesabında hər hansı ekstermist çağırışlar və sair bu kimi halları işə qəbul və ya iş fəaliyyəti zamanı nəzərə almaq olar. Bu meyilləri də müsahibə zamanı asanlıqla müəyyən etmək olar. Ümumilikdə isə, sosial media hesabları şəxsidir və buna müdaxilə yolverilməzdir”.

İşə qəbula mənfi təsir göstərə biləcək paylaşımlar

İnsan resursları üzrə mütəxəssis Abid Səmədov isə bildirdi ki, sosial media hesabı fərdlərin işə götürülməsinə təsir edə bilir: “Müasir rəqəmsal dünyada işəgötürənlər tez-tez namizədlərin sosial mediadakı davranışlarını araşdırır və onların sosial media varlığına əsaslanaraq mühakimə yürüdə bilirlər. Namizədlərin işə qəbuluna mənfi təsir göstərə biləcək bir sıra məqamları qeyd etmək olar. Məsələn, nifrət, ayrıseçkilik xarakterli, vulqar, narkotik və ya alkoqol istifadəsi ilə bağlı paylaşımlar, yazılarda qrammatik səhvlərin çox olması, hazırkı və ya keçmiş iş yeri haqqında həssas və ya məxfi məlumatların paylaşılması, iş yoldaşları haqqında mənfi xarakterli paylaşımlar, CV ilə sosial mediadakı məlumatları arasındakı uyğunsuzluq və s. nüanslara baxıla bilir”.

A.Səmədov deyir ki, işaxtaranlar sosial media hesabınlarını daha peşəkar formada qursalar, yaxşı olar: “İşaxtaranlar paylaşımlarının işə qəbul proseslərinə potensial təsirini nəzərə almalıdırlar. Məxfilik parametrlərini tənzimləmək, uyğun olmayan məzmun paylaşmamaq, müsbət nailiyyətləri və hobbiləri nümayiş etdirmək onların işə qəbul olmaq ehtimalını xeyli artıra bilər”.

Qarakişi Vəlizadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pul xərcləməyin mənasız olduğu 5 sahə - Milyarderdən tövsiyyə

Azərbaycanın 100 milyon dollar ayırdığı məhəllə ilə bağlı MÜHÜM XƏBƏR - FOTO

Azərbaycanda avtomobillər ucuz qiymətə satışa çıxarılır - Bu tarixdə...

Yeni dələduzluq növü: Mərkəzi Bank rəhbərinin adından saxta sənəd hazırlayıblar (FOTO)

Zehni bulanıqlıq, unutqanlıq, diqqət çatışmazlığı - “Beyin dumanı” nədir və necə azaldılır?

Evdə "Wi-Fi" istifadə edən hər kəsin DİQQƏTİNƏ

Marketinq zəka işidir

Azərbaycan bu ölkəyə atın 1-ni 409 manata satıb

Azərbaycan bu ölkəyə atın 1-ni 409 manata satıb

Yerli əncir tələbi qarşılamır: maraq azalır?

Azərbaycan turizmi Cənubi Koreyada təqdim olunur

Baxça biznesi satılır - QİYMƏT

Sevgidən yaranan ideya milyardlarla dəyər qazandı - Zoomun qurucusunun uğuru

89 ölkədə 22 şirkət qurmuşam - Aydın missiya bəyanatı uğurlu inkişafın açarıdır -SƏHƏR OXUSU

Londonda iqlim və ətraf mühit sahəsində çalışan gənc mütəxəssis

Tıxaclar mühərriki öldürür - Avtomobili necə qorumaq olar?

Ölümcül statistika: ən pis etibarlılıq göstəriciləri olan 10 sərnişin təyyarəsi

110 il əvvəl itən tablo tapıldı

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb

Varlanmağın yolları - DEPUTATDAN MƏSLƏHƏTLƏR

İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT

Öz hesabına varlanan ən zəngin qadınların adı açıqlandı

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin