
\"İcra hakimiyyətləri biznes qurumlarının fəaliyyətinə əngəl yaradır\"
"Tez-tez rast gəlirik ki, Azərbaycanda böyük bir şirkətin rəhbərinin biznesini əlindən alıb, özünü də ölkədən qovurlar. Belə qalmaqallı böyük hadisələr çox olub. Bunun qarşısı alınmalıdır”.
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli sahibkarlara, vətəndaşlara mülkiyyət hüququna zəmanətin verilməsinə dair qanunun qəbul olunmasının vacibliyindən danışarkən deyib.
Ekspertin fikrincə, yalnız ondan sonra vətəndaş, sahibkar, investor əmin olacaq ki, onun mülkiyyətinə heç kim toxuna bilməz:
“Əgər toxunarsa, ölkədə azad məhkəmə olmalıdır. Bu məhkəmə mülkiyyətçinin pozulmuş hüquqlarını bərpa etsin, Azərbaycanda bu da yoxdur. Yəni, bundan əlavə icra hakimiyyətinin müxtəlif strukturları biznes qurumlarının fəaliyyətinə, biznesin başlanmasına, inkişaf etməsinə manelər yaradırlar. Onların fəaliyyətinə müdaxilədən tutmuş rüşvət almağa qədər bütün əməllər törədilir”.
Ekspert əlavə olaraq bildirib ki, bütün bunlar Azərbaycanda biznesin inkişafının qarşısını alır:
“Bu da böyük zərərlərə gətirib çıxardır. Biz əmək bazara töhvə verməliyik. Bunun üçün mütləq biznes inkişaf etməlidir. Azərbaycanda isə biznesin inkişafı ilə bağlı ümid yoxdur. Bizneslə məşğul olanlar bəlli qruplardır. Qalan əhali isə bizneslə məşğul ola bilmir, eyni zamanda xarici investorlar da Azərbaycana gələ bilmir”.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay