BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
32711

Bazarlara, marketlərə baxsaq vitrinləri bəzəyən iri, hamısı eyni boyda, parlaq meyvə-tərəvəzlər göz oxşayır. Hətta indi mövsümünə uyğun olmayan meyvə-tərəvəzi rahatlıqla tapıb yeyə bilirik. Lakin bu göz oxşayan, mövsümü olmayanda belə əlçatan olan meyvə-tərəvəzlərin hansı şəraitdə yetişdirildiyi bizə məlumdur. Həmin meyvə-tərəvəzlərin həm də ziyanları var. 

Bəs nədir onların ziyanı, hibrid yetişdirilən, tərkibi GMO-lu olan meyvə-tərəvəzləri necə tanıyaq?

Valyuta.az bu sualları qida mütəxəssisi Ağa Salamova ünvanlayıb. 

- Ağa bəy, orqanik meyvə-tərəvəzlərlə hibrid yetişdirilən meyvə tərəvəzlərin fərqi nədir? Biz orqanik tərəvəzləri, meyvələri necə seçə bilərik?

- İstifadə etdiyimiz meyvə-tərəvəzlər hər zaman orqanik və yerli məhsul olmalıdır. Çünki orqanik məhsullarda təbii gübrələrdən istifadə olunur, nəinki pestisidlərdən. Yerli meyvələrə fikir versək görərik ki, qurdlu ola bilər, amma qoxusu, ləzzəti, dadı üzərində olur. Bir az cır ola bilər. Məsələn, bir var hibrid iri ərik, bir də var cır ərik, amma şirin və dadlı. Bizə ən faydalı olan orqanik yetişən meyvə-tərəvəzdir. Çünki bunlar təbii torpaqda yetişir, torpaqdan da su vasitəsi ilə lazım olan vitamin və mineralları özündə toplayır. Hibrid meyvə-tərəvəzlərdə isə müxtəlif pestsidlərdən istifadə olunur, bir dəfəlik toxumlar əkilir. Bu meyvələri ikinci dəfə yetişdirmək üçün toxuma və pestisidlərə ehtiyac olur. 

- Pestisidlər nədir və ziyanı nə qədərdi?

- Pestisidlər kimyəvi dərmanlardır, yabanı otlara, böcəklərə, müxtəlif gəmiricilərə qarşı guya məhsulu mühafizə edir. Məhsulu mühafizədən başqa, həmin məhsulların ərsəyə gəlməsi üçün torpaq lazımdır. Onlar isə bu torpağı kimyəvi olaraq zəhərləyir. Kimyəvi zəhərlənmiş torpaqda isə başqa orqanik bitki bitmir. 

- Ağa bəy, hibrid və GMO-lu meyvələr, tərəvəzlər kimi ifadələri tez-tez eşidirik. Bunların bir-birindən fərqi nədir?

- Hibrid GMO-nun maskalanmış formasıdır. Elə o da GMO kimidir. Motifikasiya olunmuş məhsullardır. Bunları digər meyvə-tərəvəzlərdən necə fərqləndirmək olar? Baxırsan ki, heç bir qurd salmamış meyvədir, standart, iri ölçüdə, üstü şəffaf və s. Ancaq çox vaxt görürük ki, orqanik məhsul cırlaşır. Məsələn, orqanik çiyələklərə baxsaq, görərik ki, içlərində yetişəni də, yetişməyəni də var. Amma hibrid çiyələklər hamısı standart olur. Belə vasitə ilə yetişdirilən məhsullar bol olur. Çünki pestisidlərlə yetişdirilmiş məhsullardır. 

Orqanik məhsullar vitamin və minerallarla zəngin olmaqla yanaşı, həm də qida dəyəri yüksək olur. Hibrid meyvələrin dadı ilə bərabər qoxusu da yaxşı olmur. Məsələn, indi deyirik ki, hər şeyin dadı dəyişib. Heyf deyildi o vaxtın meyvə-tərəvəzi. İndi sanki hər şey süniləşib. Hətta qoyun, inək ətlərinin də dadı yoxdur. Çünki onların da yemləri hibridləşib. Örüş yoxdur. Hətta bir müddət sonra satışda süni ət də olacaq. 

- Bəs özümüzü bu bitkilərin zərərlərindən necə qoruyaq?

- Bu dəqiqə bütün dünyada bioimperializm gedir. Bioimperializm insanı öz torpağında əsir götürmək deməkdir. Bəs bu proses necə olur? Məsələn, onnlar toxum verir. Lakin siz o toxumu normal torpaqda əkə bilməyəcəksiniz. Çünki toxumu gəmiricilərdən, həşəratlardan qorumaq üçün pestisidlər lazımdır. Onlar da bu pestisidlərdən pul əldə edirlər. Bizə toxumu verəndə yanında da bu dərmanları hədiyyə verir. Biz toxumu əkəndən sonra növbəli şəkildə dərmanlama prosesini keçiririk. İkinci dəfə isə bu dərmanları bizə hədiyyə vermirlər, artıq satırlar. Ona görə də qiymət artımı baş verir. Niyə? Çünki bioimperializm gəlib evimizin içinə girib, lakin xəbərimiz yoxdur. 

Əvvəl kəndli əkirdi, ucuz, bol, orqanik, təbii məhsulu satırdı. Çünki təbii gübrələr var idi. Ancaq indi qlobalistlərinin qurduğu hiylə dünyanı öz torpağında əsir götürmək, özündən asılı salmaqdır. Təsadüfi deyil ki, Norveç adalarında toxum anbarları yaradıblar. Bu anbarlar da guya “qiyamət anbarları”dır. Heç bir ölkə də ümid etməsin ki, o ölkədən həmin anbarlara yığılan toxumlar geri qaytarılacaq. Biz də həmin anbarlara toxum vermişik. Qaytarsalar belə, o toxumları zəhərlənmiş torpaqlarda əkmək mümkün deyil. İndi bəlkə də bu orqanik toxumları özləri əkir. Beləliklə də bütün dünya bioimperializmin qurbanına çevrilir. 

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Tikinti materialları bazarında qiymətlər - Vəziyyət necədir?

Dələduzların göndərdiyi mesajlar: Hər kəsin yadda saxlamalı olduğu xəbərdarlıq

Əhali ən çox nələrə pul xərcləyir? - SİYAHI

Avtomobil nəhəngi dron istehsalına başlayacaq

Pensiyalar ilə bağlı MƏLUMAT

Pensiyalar ilə bağlı MƏLUMAT

Pul xərcləməyin mənasız olduğu 5 sahə - Milyarderdən tövsiyyə

Azərbaycanın 100 milyon dollar ayırdığı məhəllə ilə bağlı MÜHÜM XƏBƏR - FOTO

Azərbaycanda avtomobillər ucuz qiymətə satışa çıxarılır - Bu tarixdə...

Yeni dələduzluq növü: Mərkəzi Bank rəhbərinin adından saxta sənəd hazırlayıblar (FOTO)

Zehni bulanıqlıq, unutqanlıq, diqqət çatışmazlığı - “Beyin dumanı” nədir və necə azaldılır?

Evdə "Wi-Fi" istifadə edən hər kəsin DİQQƏTİNƏ

Marketinq zəka işidir

Azərbaycan bu ölkəyə atın 1-ni 409 manata satıb

Azərbaycan bu ölkəyə atın 1-ni 409 manata satıb

Yerli əncir tələbi qarşılamır: maraq azalır?

Azərbaycan turizmi Cənubi Koreyada təqdim olunur

Baxça biznesi satılır - QİYMƏT

Sevgidən yaranan ideya milyardlarla dəyər qazandı - Zoomun qurucusunun uğuru

89 ölkədə 22 şirkət qurmuşam - Aydın missiya bəyanatı uğurlu inkişafın açarıdır -SƏHƏR OXUSU

Londonda iqlim və ətraf mühit sahəsində çalışan gənc mütəxəssis

Tıxaclar mühərriki öldürür - Avtomobili necə qorumaq olar?

Ölümcül statistika: ən pis etibarlılıq göstəriciləri olan 10 sərnişin təyyarəsi

110 il əvvəl itən tablo tapıldı

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb

Varlanmağın yolları - DEPUTATDAN MƏSLƏHƏTLƏR

İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT

Öz hesabına varlanan ən zəngin qadınların adı açıqlandı

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin