Dünya bazarında ucuzlaşır, Azərbaycanda bahalaşır...
“Avqust ayına Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAQ) yaydığı məlumata görə dünyada bir çox ərzaq məhsulların qiymətində ucuzlaşma baş verib”.
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov deyib. Onun sözlərinə görə, bu siyahıda əsasən bitki yağları, ərzaq buğdası və s. bunların hər birində orta hesabla 3% ucuzlaşıb:
“Bu da Azərbaycana nisbətdə daha çox ucuzlaşma deməkdir. Şəkər, süd məhsulları, ümumiyyətlə, ətin hamısı ucuzlaşıb, xüsusən də quzu əti. Şəkər və düyü istisna olmaqla dünya bazarında ərzaq məhsullarının qiymətində enmə davam edir. Amma Azərbaycanda aldığımız məlumata görə, yalnız çörək və un məlumatları 0,4% ucuzlaşıb, 0,6% kərə və bitki yağı, ət və ət məhsulları 0,6%, süd və süd məhsulları 0,1% bahalaşıb. Ümumiyyətlə, dünya bazarında süd və süd məhsulları 5-8 aya yaxındır ki, davamlı olaraq ucuzlaşır”.
Ekspertin sözlərinə görə, Azərbaycanda son bir ildə süd və süd məhsulları iyul ayı istisna olmaqla 11 ayda bahalaşıb:
“Azərbaycanda mənzərə tamam başqadır. Dünya bazarından fərqli olaraq Azərbaycanda qiymətlər yüksəkdir”.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay