"Trendyol" karqo daşımalarında daha sərfəli qiymətlər olacaq” - Marketoloq
"Trendyol"un Azərbaycanda karqo daşımalarında qiymət dəyişikliyinə inanmıram, belə bir gözlətimiz yoxdur. Böyük ehtimalla uzun müddət bu və ya bundan da sərfəli qiymətlər olacaq”.
Bunu Valyuta.az-a açıqlamasında marketoloq Pərviz Əzimov "Trendyol"un Azərbaycanda birbaşa çatdırılmaları ilə bağlı danışarkən deyib.
O, müştərilərin getdikcə “Azərbaycandan birbaşa al” sifarişlərinə üstünlük verdiyini vurğulayıb. Marketoloqun sözlərinə görə, "birbaşa al" sifarişlərinin sayı getdikcə artır:
“Buna səbəb müştərilərə təklif olunan ticari şərtlərin daha cəlbedici olmasıdr. Yollar daha rahatdır, müştərilər bağlamalarını daha rahat izləyə bilir. Həm də artıq müştərilər “Trendyol”un müştəriləri hesab olunur. Bu da müştəriyə böyük güvən verir”.
Pərviz Əzimovun fikirincə, bunun üstünlüklərindən biri birbaşa sifarişdə endirimlərin olmasıdır:
“Bundan başqa karqonun ödənişsiz olması, endirimlər və s. bunlar müştəriləri daha da cəlbedici edir”.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay