BAKU Azərbaycan
17.03°C
  • USD
    1.7
  • EUR
    1.9425
  • RUB
    2.1533
  • TRY
    0.0434
  • GBP
    2.2992
31954

Hazırda sığorta şirkətlərinin təklif etdiyi məhsullardan biri "həyatın yığım sığortası"dır. "Həyatın yığım sığortası" sığorta olunan şəxsin müntəzəm şəkildə ödədiyi pul məbləğinin sığorta şirkətində müddətli yığım vəsaitləri kimi toplanılmasını nəzərdə tutan həyat sığortasının aparılmasının formasıdır. Azərbaycan Mərkəzi Bankının qərarına əsasən, ölkədə fəaliyyət göstərən bütün həyat sığorta şirkətləri “Həyatın yığım sığortası” məhsulundan istifadə edən müştərilərə kredit xəttinin açılmasını dayandırırlar. Bu qərar nədir və bu sığorta növünə necə təsir edəcək? Sığorta növündən daha çox kimlər yaralana bilər?

Valyuta.az bu və digər sualları sığorta məsələləri üzrə ekspert İlkin İbrahimovla müzakirə edib:

- "Həyatın yığım sığortası” nədir, ölkəmizdə bu sığorta növünə maraq varmı? 

- “Həyatın yığım sığortası”na maraq həddindən artıq çoxdur. Ona görə maraq var ki, bu əslində könüllü yığım sığortasıdır. Əmək haqqımızın bir hissəsindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş olur, digər hissəsi isə həyat sığortasına köçürülür. Şirkət həmin ödənişləri yığım edib, 3 və ya 5 ildən sonra onu geri qaytarır. Bu da vətəndaşlar üçün çox sərfəlidir. Hətta bu sığorta növünə maraq həddindən artıq çoxdur. Ona görə də zaman-zaman bu məsələ ilə bağlı qanunvericilikdə dəyişikliklər olur. 2017-ci ilin yanvarına qədər Vergilər Məcəlləsində əks olunan müddəaya görə əmək haqqının 250 manat hissəsini vergiyə cəlb etmək olardı. Digər hissəsini isə vergidən azad olmaqla həyat sığortasına yönəltmək mümkün idi. 3 və ya 5 ildən sonra isə vətəndaşa yığılan məbləğ investisiya kimi geri qayıdırdı. 

Lakin 2017-ci ildən sonra Vergilər Məcəlləsinə dəyişiklik oldu. Bu dəyişikliyə əsasən, əmək haqqının yalnız 50 faizə qədər olan hissəsini həyat sığortasına yönəltmək olardı, qalan hissəsi isə məcburi şəkildə Dövlət Sosial Müüdafiə Fonduna yönəldilməli idi. Bunu misal kimi izah edim. Məsələn, bir şəxs 1000 manat maaş alır. Bu məbləğin 22 faizə qədəri sosial ödənişə gedir. Bu sosial ödənişləri biz hər ay ödəyirik. Amma Vergilər Məcəlləsi bizə imkan verir ki, hər ay maaşımızın bir hissəsini könüllü "Həyatın yaşam sığortası" məhsuluna cəlb edə bilək. Tutaq ki, əmək haqqımızın 500 manatlıq hissəsi DSM-yə cəlb edilir, digər hissəsi isə müqavilə ilə 3 və ya 5 il yığılır. Bu müddətdən sonra həmin məbləğ götürülə bilir. Bu yığım xoşunuza gəlməzsə, 3 aydan sonra həmin məbləği geri almaq olur. Ona görə də çox sərfəlidir. Lakin bu sığortaya o şəxslər maraq göstərir ki, onların maaşı yüksək olur. 300, 500, 700 manat əmək haqqı alan şəxslərə əmək sığortası maraqlı deyil. Çünki burda əmək haqqının 50 faizi az olur, ona görə də yığılan məbləğ daha az olur. Belə olanda sığorta şirkəti də maraq göstərmir. 

- Həyat sığortası necə edilir? 

- Həyat sığortası etdirmək üçün ilk növbədə işəgötürən tərəfdən razılıq olmalıdır. Çünki verilən əmək haqqının DSMF hissəsini həmin işəgötürən ödəyir. İkinci tərəf kimi işçi, üçüncü tərəf kimi isə sığorta şirkəti razılıq verməlidir. Üçtərəfli müqavilə bağlanmalıdır. Bu müqavilənin şərtlərinə uyğun olaraq sığorta hadisəsi (ölüm halları, xəsarət halları) baş versə, dərhal həmin müəyyən olunmuş məbləğ ödənilir. Yox, əgər belə bir hal baş vermirsə, 3 və ya 5 ilin tamamında həmin məbləği ala bilirsiniz. Bu sığorta növü digər sığorta növü kimi deyil, bu sığortadan geridönüş olur. Hətta bu məbləğin üzərinə illik 6-7 faiz əlavə məbləğ gəlir. Ona görə də bu sığorta növü çox sərfəlidir. Lakin üç tərəfdə bu sığorta növündə iştirak üçün razı olmalıdır.

- Söylədiniz ki, bu sığortadan istifadə üçün üç tərəf də razı olmalıdır. Tutaq ki, rəhbərin bundan məlumatı yoxdur və ya hansısa bir işçi bu sığortadan yararalanmaq istəyir. O zaman işçi bununla bağlı rəhbərə müracət edib, razılıq ala bilər? 

- Bəli, bunu işçi 100 faiz rəhbərinə deyə bilər. Lakin rəhbər bir nəfər üçün razı olsa, sığorta şirkəti də razı olmalıdır. Adətən sığorta şirkətləri bu sığortanı bir nəfər üçün etmir. Deyir ki, kollektiv müqavilə bağlayaq. Kollektiv müqavilə isə hər üç tərəf üçün daha sərfəlidir. Adətən həyat sığorta şirkətləri bu məsələyə baxır, seçim edir, riski hesablayır, ondan sonra şirkətlə bağlı mənfi və ya müsbət qərarını açıqlayır.

- İlkin bəy, Mərkəzi Bankın “Həyatın yığım sığortası” ilə bağlı verdiyi bu qərar nədir və sığorta yığımına necə təsir edəcək?

- Adətən həyat sığorta şirkətləri bunu edərkən, vətəndaşlara əlavə bir kredit xətti də açırlar. Məsələn, vətəndaş 500 manatlıq əmək haqqını bu sığortaya yönəldirsə, hər ay onu vəsait kimi geri götürə bilir. Bu qərarla isə həmin məbləğlə bağlı məhdudlaşdırma gətirildi. Yəni vətəndaş qoyduğu məbləği götürür, yığılan isə faizlər olur. Ancaq əvvəl belə idi ki, həmin məbləği avans olaraq götürə bilirdiniz və sığorta haqqı ödədiyinizi hiss etmirdiniz. Bank da bu məbləğin üzərinə 5-6 faiz depozit hesablayırdı. Bu da həm vətəndaş, həm də sığorta şirkəti üçün yaxşı seçim idi. Vətəndaş üçün investisiya kimi yaxşı olurdu ki, müəyyən müddətdən sonra bu məbləği geri ala bilirdi. Məsələn, biz DSMF-yə ödədiyimiz məbləği yaşımıza görə pensiyaya çıxandan sonra geri ala bilirik. Bu da o halda baş verir ki, pensiya kapitalımız minimum olsun. Söhbət 44500 manata qədər məbləğdən gedir. Yəni pensiya kapitalınız bu qədər, yaş həddiniz də 63 və ya 65 (kişi, qadın) olmalıdır ki, siz yığılan həmin pulun minimum məbləğini pensiya kimi ala biləsiniz. Amma burda tamamilə fərqlidir. Həyat sığortasında həmin məbləği 3 və ya 5 ildən sonra investisiya kimi götürmək olur. Yaxud da 3 aydan sonra xoşunuz gəlməsə, geri götürürsünüz. Burda rəqabət DSMF ilə həyat sığorta şirkətləri arasındadır. Hazırda görünən odur ki, həyat sığorta şirkətləri daha sərfəli şərtlər irəli sürür. DSMF də yəqin narazılıq edir ki, dövlət bu məsələ ilə bağlı məhdudlaşdırma gətirir.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Intel" yeni tərəfdaşlıqla yaddaş bazarına qayıdır

Səhiyyə Nazirliyinin bu qurumunun 100 minlik borcu var

Bu universitetdə yarım milyonluq laboratoriya qurulacaq

Psixoloji qiymət siyasəti nədir?

Bir km-dən millimetrlik yazıları oxuya bilən lazer sistemi hazırlandı

Azərbaycana bu təşkilatın yarım milyondan çox borcu var

Azərbaycana bu təşkilatın yarım milyondan çox borcu var

14 min tələbənin universitetdən uzaqlaşdırılması: "Bu, acınacaqlı və narahatedici haldır"

ANAMA bu sahibkardan 390 min manatlıq təkər alır

Türk iş adamının rəhbəri olduğu şirkətin külli miqdarda vergi borcu üzə çıxdı

"Nvidia" "Microsoft"u taxtdan saldı: Yenidən dünyanın ən dəyərli şirkəti oldu

Toplanan 2,7 milyon manatlıq sığorta üzrə ödəniş edilməyib

Yüz milyonlarla smartfon sındırılma riski ilə üzləşdi

Dünyanın ən bahalı kitabı - 52 milyon manatlıq əlyazmada nə var idi?

Dünyanın ən bahalı kitabı - 52 milyon manatlıq əlyazmada nə var idi?

"Ford" 555 mindən çox avtomobilini geri çağırır

Hakim təyin olunanlardan 6-sı prokurorluq əməkdaşı imiş

Gəncədə işə düzəltmə və təqaüd dələduzluğu

Bir ekosistemi Money 20/20 Europe tədbirində: PashaPay və Mastercard strateji əməkdaşlığa başlayır®

"AZFEN"-in rəhbəri vəzifəsindən azad edilib

Pensiyalar vaxtından əvvəl veriləcək

Bu startap kiberhücuma məruz qaldı - Müştəri məlumatları və serverlər silindi

“Azərbaycan Dəmir Yolları”nda rəhbər vəzifəyə TƏYİNAT

“Azərbaycan Dəmir Yolları”nda rəhbər vəzifəyə TƏYİNAT

Əmək Məcəlləsinə dəyişiklik: Məzuniyyət qaydaları dəyişə bilər

Sabahdan 1-ci siniflərə sərbəst qaydada məktəb və müəllim seçiminə start verilir

Xərçəng dərmanı üçün nəhəng ortaqlıq: 11,1 milyardlıq müqavilə imzalandı

Müəllimlərin əmək məzuniyyəti necə hesablanır? - QAYDALAR

“İçərişəhər”ə direktor təyin edildi - FOTO

Ağdamda 9 milyonluq binalar tikiləcək

Eldəniz Əmirov: "Koordinasiya zəifliyi var, sahibkar bir neçə quruma müraciət etməli olur"

Apteklərdə nöqsanlar aşkarlandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin