BAKU Azərbaycan
28.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
31585

“Hesab edirəm ki, ölkədə borclanmanın kritik həddə endirilməsi müsbət addım deyil”.

Bu sözləri Valyuta.az-a İqtisadi və Sosial Araşdırmala Yardım İctimai Birliyinin sədri, iqtisadçı Eyyub Kərimli Azərbaycanın xarici borcunun azalma səbəblərindən danışarkən deyib. 

İqtisadçı deyib ki, respublikada həm manatın məzənnəsinin sabit qalması, həm də valyuta ehtiyatlarımızın kifayət qədər olması, yəni 65 milyarda qədər çatması, kifayət qədər neft və qaz gəlirlərimizin olması və bu gün neftin büdcədə nəzərdə tutulan qiymətdən daha baha satılması, həmçinin diversifikasiya edilmiş iqtisadiyyat, qeyri-neft və qaz sektorundan gələn valyuta ölkə iqtisadiyyatının dayanıqlığını təmin edir:
 
“Sözsüz ki, bu baxımdan xarici borclanmaya getməyə ehtiyac yoxdur. 44 günlük müharibədə qələbəmizdən sonra Prezidentin dəfələrlə söylədiyi kimi, biz işğaldan azad olunmuş bölgələrimizi azad etmək üçün heç bir xarici maliyyədən istifadə etmirik və yalnız öz daxili imkanlarımız hesabına belə deyək də işğaldan azad olunmuş bölgələrimizi qururuq. Artıq 2020-ci ildən bu yana hər il ölkənin büdcəsində profisit müşahidə olunur. Bu profisit keçən il üç milyard, bu ilin altı ayının göstəricilərinə əsasən üç milyard olub və ilin sonuna qədər beş milyarda çatması gözlənilir. Bu da əlbəttə ki, ölkəmizin makroiqtisadi dayanıqlığının hesabına baş verir”. 

“Dünya Bankı, Beynəlxalq Valyuta Fondu bu il ölkədən getmək qərarını verdilər və belə əsaslandırırlar ki, artıq Azərbaycanın maliyyə vəziyyəti tam sabitdir və hətta yüksələn xətlə inkişaf edir”, deyə Eyyub Kərimli əlavə edib.

Ekspert qeyd edib ki, Prezident tərəfindən qoyulan öhdəliklərdən biri də borclanmanın yalnız daxili borclanma ilə bağlı olmasıdır:

"Bu da əlbəttə ki, ölkənin investisiya mühitini daha da təkmilləşdirir. Həmçinin ölkədə daxili borclanma manatla olur. Bu gələcək məzənnə kataklizmlərin, ölkə borclanmasının qarşısını alır. Ümumiyyətlə biz xarici dövlətlərə də baxsaq, görərik ki, bəzilərinin ÜDM-in 30-50 faizinə qədər xarici borcları olur və bəzi ölkələr, hətta inkişaf etmiş ölkələrdə xarici borc ÜDM-dən 100-120 faiz artıqdır və bu baxımdan əlbəttə ki, bizim xarici borcumuzun enməsi müsbət nəticədir. Bu da dayanıqlı iqtisadi inkişaf haqqında fikir söyləməyə əsas verir”. 

Qeyd edək ki, Maliyyə Nazirliyindən verilən məlumata görə, Azərbaycanın xarici dövlət borcu 6,6 mlrd. dollara yaxınlaşır. Ötən ilin eyni dövrünə nisbətən xarici dövlət borcu 15,4% azalıb. Bunun 4 milyard 970,3 milyon manatı daxili borclanma ilə bağlıdır ki, bu da ÜDM-in 4,5 faizinə bərabərdir.

Daxili dövlət borcunun əsas hissəsi dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi və dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi məqsədilə buraxılmış dövlət istiqrazlarından ibarətdir. Hesabat dövrünə dövriyyədə olan dövlət istiqrazlarının 28,5 faizi 1 illik, 54,0 faizi 2 və 3 illik,17,5 faizi isə 5 və 7 illik dövlət istiqrazlarının payına düşür.

Hesabat dövründə Azərbaycanın dövlət borcunun (xarici və daxili) ümumi məbləği 16 milyard 151,0 milyon manat və ya 2023-cü il üzrə proqnozlaşdırılan ÜDM-in 14,5 faizinə bərabər olub.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda avtomobillər ucuz qiymətə satışa çıxarılır - Bu tarixdə...

Yeni dələduzluq növü: Mərkəzi Bank rəhbərinin adından saxta sənəd hazırlayıblar (FOTO)

Zehni bulanıqlıq, unutqanlıq, diqqət çatışmazlığı - “Beyin dumanı” nədir və necə azaldılır?

Evdə "Wi-Fi" istifadə edən hər kəsin DİQQƏTİNƏ

Marketinq zəka işidir

Azərbaycan bu ölkəyə atın 1-ni 409 manata satıb

Azərbaycan bu ölkəyə atın 1-ni 409 manata satıb

Yerli əncir tələbi qarşılamır: maraq azalır?

Azərbaycan turizmi Cənubi Koreyada təqdim olunur

Baxça biznesi satılır - QİYMƏT

Sevgidən yaranan ideya milyardlarla dəyər qazandı - Zoomun qurucusunun uğuru

89 ölkədə 22 şirkət qurmuşam - Aydın missiya bəyanatı uğurlu inkişafın açarıdır -SƏHƏR OXUSU

Londonda iqlim və ətraf mühit sahəsində çalışan gənc mütəxəssis

Tıxaclar mühərriki öldürür - Avtomobili necə qorumaq olar?

Ölümcül statistika: ən pis etibarlılıq göstəriciləri olan 10 sərnişin təyyarəsi

110 il əvvəl itən tablo tapıldı

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb

Varlanmağın yolları - DEPUTATDAN MƏSLƏHƏTLƏR

İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT

Öz hesabına varlanan ən zəngin qadınların adı açıqlandı

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin