BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
31546

“Ərzaq məhsulları ən çox istehlak olunan, ən çox zəruri sayılan məhsul olduğuna görə də idxaldan asılı olmalıdır. Bunu qısa müddətə aradan götürmək, qarşısını almaq qeyri-mümkündür”. 

Bunu Valyuta.az-a iqtisadçı Pərviz Heydərov “ölkənin idxal edilən ərzaq məhsullarından asılılığını necə azaltmaq olar” sualına cavab verərkən deyib.

İqtisadçı bildirib ki, dövlət bununla bağlı işlər görsə də, problemi qısa müddətdə həll etmək mümkün deyil:

“Bəli, yerli istehsalı inkişaf etdirmək lazımdır. Qeyri-neft sektorunu gücləndirmək lazımdır. Ərzaq təhlükəsizliyimizi maksimum təmin etməyə çalışmalıyıq. Bunlar hökumətin diqqət mərkəzində olan mövzulardır və neçə illərdir ki, bu məsələlər prioritet olaraq qalıb. Amma təəssüf ki, burda qısa müddət ərzində nəyəsə nail olmaq mümkün deyil".

İqtisadçı deyib ki, heç bir ölkə maksimum dərəcədə özünü bütün ərzaq məhsulları ilə təmin edə bilməz: 

“Bu real deyil. Dünya ölkələrinə nəzər salsaq, hər şeyini özü təmin edən ölkə tapa bilmərik. Azərbaycan kiçik ölkədir. Biz Cənubi Qafqazda böyük ölkə hesab olunsaq da, elə də böyük potensiala malik deyilik ki, hər şey ilə özümüzü təmin edə bilək. Ona görə də bizim bir çox xarici məhsullardan asılılığımız təbii qəbul edilməlidir”. 

Pərviz Heydərov deyib ki, ölkə daxilində idxal prosesində elə şərait yaratmalıyıq ki, rəqabət olsun:

“Qiymətlər rəqabət şəraitində müəyyənləşsin. İdxalı elə tənzimləməliyik ki, hər növ məhsul üzrə yerli istehsalı da himayə etmək mümkün olsun. Elə olmalıdır ki, ölkəyə gətirilən məhsula daxili bazarda diktə edilən qiymət yerli istehsal ilə məşğul olan şəxsdə bazara öz məhsulunu çıxarmağa mane olmasın. Əgər bazara yerli məhsul çıxmasa, idxal olunan məhsul bazarı tutacaq. 

Yerli istehsalı inkişaf etdirməklə bərabər bazarda rəqabət şəraitinin geniş miqyasda təmin olunmasını, idxalda və daxili bazarda inhisarçılığa yol verməmək və qiymətlərin gömrük, vergi, idxal rüsumları vasitəsi ilə düzgün tənzimlənməsi təmin olunmasına şərait yaratmaq lazımdır. Bunları təmin etmək mümkün olarsa, daxili bazarda xarici mənbələrdən qaynaqlanan inflyasiya, qiymət artımı bugünkü qədər şiddətli xarakter daşımayacaq”.

Davud
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dələduzların göndərdiyi mesajlar: Hər kəsin yadda saxlamalı olduğu xəbərdarlıq

Əhali ən çox nələrə pul xərcləyir? - SİYAHI

Avtomobil nəhəngi dron istehsalına başlayacaq

Pensiyalar ilə bağlı MƏLUMAT

Pensiyalar ilə bağlı MƏLUMAT

Pul xərcləməyin mənasız olduğu 5 sahə - Milyarderdən tövsiyyə

Azərbaycanın 100 milyon dollar ayırdığı məhəllə ilə bağlı MÜHÜM XƏBƏR - FOTO

Azərbaycanda avtomobillər ucuz qiymətə satışa çıxarılır - Bu tarixdə...

Yeni dələduzluq növü: Mərkəzi Bank rəhbərinin adından saxta sənəd hazırlayıblar (FOTO)

Zehni bulanıqlıq, unutqanlıq, diqqət çatışmazlığı - “Beyin dumanı” nədir və necə azaldılır?

Evdə "Wi-Fi" istifadə edən hər kəsin DİQQƏTİNƏ

Marketinq zəka işidir

Azərbaycan bu ölkəyə atın 1-ni 409 manata satıb

Azərbaycan bu ölkəyə atın 1-ni 409 manata satıb

Yerli əncir tələbi qarşılamır: maraq azalır?

Azərbaycan turizmi Cənubi Koreyada təqdim olunur

Baxça biznesi satılır - QİYMƏT

Sevgidən yaranan ideya milyardlarla dəyər qazandı - Zoomun qurucusunun uğuru

89 ölkədə 22 şirkət qurmuşam - Aydın missiya bəyanatı uğurlu inkişafın açarıdır -SƏHƏR OXUSU

Londonda iqlim və ətraf mühit sahəsində çalışan gənc mütəxəssis

Tıxaclar mühərriki öldürür - Avtomobili necə qorumaq olar?

Ölümcül statistika: ən pis etibarlılıq göstəriciləri olan 10 sərnişin təyyarəsi

110 il əvvəl itən tablo tapıldı

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb

Varlanmağın yolları - DEPUTATDAN MƏSLƏHƏTLƏR

İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT

Öz hesabına varlanan ən zəngin qadınların adı açıqlandı

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin