BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.8255
  • RUB
    0.0174
  • TRY
    0.0497
  • GBP
    2.1967
16865

Son günlər ölkənin müxtəlif müşəlik ərazilərində yağın hadisələri baş verir. Ağsu, Şamaxı rayonlarından sonra Qəbələdə də buna şahidlik etdik.
 
Bu cür halların baş verməsini təbiət hadisəsi kimi dəyərləndirənlər də var, qəsdən törədildiyini iddia edənlər də...

Maraqlıdır, meşə yanğınları hansı şəkildə baş verir? Fəlakətin qarşısını almaq, yaxud bundan daha az zərərlə qurtulmaq mümkündürmü?
 
Valyuta.az xəbərə verir ki, məsələ ilə bağlı Sfera.az-a danışan təhlükəsizlik eksperti Elmar Nurəliyev meşəyə atılmış şüşə butulkanın belə geniş yanğına səbəb ola biləcəyini deyib:
 
"Bütün dünyada olduğu kimi, həmçinin bizdə də meşəlik ərazilərdə yanğınların baş verməsinin şahidi oluruq. Ümumiyyətlə, meşə yanğınları əsasən yay aylarına daha çox təsadüf edir. Bu isə insanların istirahət vaxtına təsadüf edir. Meşə yanğınlarının statistikasında bu amil 90 faizdən çox yer tutur. Belə ki, piknik üçün dağlıq, meşəlik ərazilərə gedən insanlar təhlükəsizlik qaydalarına riayət etmədiyi üçün yanğın hadisələri qeydə alınır”.

Onun fikrincə, ümumiyyətlə, meşəlik ərazilərdə bu məsələ diqqətdə saxlanmalıdır: 

“Məsələn, tonqal tam söndürülməlir, söndürülməmiş siqaret kötüyü belə genişmiqyaslı yanğınlara yol aça bilər. Dağlıq ərazilərdə küləyin olması da yanğına şərait yaradır. Bu cür yerlərdə məişət tullantılarının təmizlənməməsi yanğın çıxara bilir. Adi şüşə butulka günəşin təsiri ilə ətrafı alovlandıra bilər".
 
Müsahibimizin sözlərinə görə, əvvəlcədən tədbirlər görülərsə yanğınların qarşısını almaq mümkün olar:
 
"Hər ərazinin coğrafi relyefinə uyğun olaraq təhlükəsizliyi qiymətləndirilməlidir. Müvafiq qurumlar dağlıq, meşəlik zonalarında təhlükəli potensial risklər nəzərə alınmalıdır. Həmin ərazidə fəaliyyət göstərən obyektlərin də təhlükəsizlik konsepsiyaları olmalı, bilməlidirlər ki, yanğın olmaması üçün nə etmək lazımdır. İctimai nəzarət, əvvəlcədən görülmüş tədbirlər olarsa bu cür hadisələr olmaz, olsa da yüngül itkilərlə qurtulmaq olar. Mütəmadi olaraq meşələrdə, dağlıq ərazilərdə məlumatlandırıcı lövhələr vurulmalı, xəbərdarlıq edilməlidir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Niyə elanlarda yaşı 35-dək olan işçilər axtarılır?

COP konfransları dünyaya nə verir?

Hansı halda kasko sığorta edilən avtomobilə görə yüz faiz ödəniş olur?

Aİ Rusiyaya qarşı XV sanksiyalar paketini hazırlayır

Yaponiyada nəhəng layihə: 500 kilometrlik hərəkət edən yol

Daha bir məşhur təhlükəsizlik tədqiqatçısı "OpenAI"dən ayrılır - Şirkətdə nə baş verir?

Bakıya yeni gətirilən elektrikli avtobusların XÜSUSİYYƏTLƏRİ

Bayram tətili günlərində bölgələrdə qiymətlər hansı aralıqdadır?

ABB yeni innovasiya şirkəti yaradacaq

Təhsil işçilərinə veriləcək güzəştli kartlarda nələr olacaq? - DETALLAR

Tramp Maska administrasiyasında vəzifə verəcək?

​​​​​​MM-in komissiyası COP29-a qarşı hibrid hücumla bağlı açıqlama yayıb

Kriptovalyuta bazarı üçün 10 trilyon dollarlıq proqnoz

Kriptovalyuta bazarı üçün 10 trilyon dollarlıq proqnoz

Qeyri-sağlam qidalanma vərdişləri 8 trilyon dollar ziyana səbəb olur

Yeni yayılan dələduzluqla bank kartları sındırılır? - AÇIQLAMA

Ən uzun uçuş nə qədər sürür? - Bu təyyarələrin salonu fərqli olur

Azarkeşi Neymarın barmağından çıxardığı 16 milyon dollarlıq üzüyü ucuz qiymətə satır

ICESCO-nun Baş direktoru Azərbaycana səfərə gəlib

Bazar günü Bakıda yağış yağacaq

Kartdan karta əməliyyatlarının həcmi azalacaq - Cərimə bu problemi həll edə bilər?

Çində böyük "kriptovalyuta böhranı" - Dövlət məmuru ömürlük həbs edildi

Neftimiz ucuzlaşdı

Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılır

Sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

"OpenAI"nin "ChatGPT" xidməti qısa fasilədən sonra yenidən aktivləşdirildi

Rusiyada miqrantların yaşayış icazəsi alması üçün bağlanmış nikahları ləğv ediləcək

Üçüncü rübdə dünyada ən çox satılan smartfonlar

Azərbaycanda Dövlət Bayrağı Günüdür

20 min əcnəbi Rusiyadan çıxarılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin