BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7893
  • RUB
    1.6487
  • TRY
    0.0488
  • GBP
    2.1705
59083

Son illərdə istehlak kreditlərinin həcmi ümumi kredit portfelində kəskin şəkildə artıb. Təkcə son bir ildə belə kreditlərin həcmi 1.5 milyard manat artıb. 

Nəzərə alaq ki, istehlak kreditlərinin ümumi həcmi 8 milyard manata çatıb. Bu ölkəmizin ümumi kredit porfelinin təxminən 3-də 1 hissəsidir.

Biznes kreditlərinin nisbəti isə 60%-ə bərabərdir. Bu mənfi xarakterizə ediləcək göstəricidir. Məsələn, “Kredit fəlsəfəsi”nin mərkəzi hesab olunan ABŞ-da verilən ümumi kreditlərin həcmi 35 trilyon dollardır. Bunun cəmi 5 trilyon dolları istehlak kreditləridir ki, bu da ümumi kreditlərin 14%-i deməkdir.

Bəs, banklar uzunmüddətli biznes kreditlərinin verilməsində niyə maraqlı deyillər?

Mövzu ilə bağlı danışan iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, kredit portfelinin 60 faizi istehlak kreditirsə, bu xoşagələn hal deyil:

“Biznesə ayrılan kreditlər iqtisadiyyatın sağlamlığı haqqında bir indiqatordur. Biznes kreditlərinin həcmi nə qədər böyük olsa, iqtisadiyyat bir o qədər şaxələnir, genişlənir və liberallaşır. Əslində banklar uzun müddətli kreditlərdə daha maraqlıdır. Amma bunun üçün ilk növbədə sağlam iqtisadi-maliyyə mühiti olmalıdır.

Çox təəssüf ki, zaman-zaman ölkəmizdə banklar uzunmüddətli kreditlərin əziyyətini çəkib, ziyanını görüblər. Ona görə də banklar kredit vermək xatirinə kredit vermirlər. Çünki onların risk etmək limiti tükənib. Banklar istənilən təklifi dərindən analiz edir, onun perspektivini öyrənirlər. Qənaətbəxş layihələr təbii ki, uzun müddətə də olsa maliyyələşdirilir. Ona görə bankları istehlak kreditlərini daha çox verdiklərinə görə ittiham etmək doğru olmazdı.

Çalışmalıyıq ki, şaxələndirilmiş və dayanıqlı iqtisadiyyatımız olsun. Bu zaman təbii ki, banklar da sağlam tərəfdaşlarla uzunmüddətli yola çıxmağa maraqlı olacaqlar. Bunlar olmayınca banklar özlərini saxlamaq üçün müxtəlif variantlara, o cümlədən də istehlak kreditləşdirilməsinə üstünlük verəcəklər”.

© Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

DGK "Ayan" şirkətini inzibati məsuliyyətə cəlb etdi

Nazirlik Mehdiyevlərə məxsus şirkətlə 2,2 milyonluq müqavilə imzaladı

"Google" yeni süni intellekt modelini təqdim edib

"Dünya Qızıl Şurası"nın 2025-ci il üçün qiymət proqnozları

Türkiyə qlobal kripto birjasına girişi məhdudlaşdırdı

Bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq

Dünyanın ən zəngin insanları - "Forbes"

Dünyanın ən zəngin insanları - "Forbes"

Keçmiş işçisi "Piramida Tunel İnşaat"ı məhkəməyə verdi

"Korean Air" "Asiana Airlines" şirkətini alaraq öz filialına çevirib

Bu il kripto birjasına nə qədər vəsait yatırılıb? - "Binance" CEO-su açıqladı

Avropa İttifaqı sanksiyalardan 1,5 trilyon avro itirib

FHN nazirə məxsus olduğu deyilən şirkətə daha bir tender verdi

Avropa İttifaqının Rusiyaya XV sanksiya paketi - "Kölgə donanması"

Türk lirəsi dollar qarşısında rekord səviyyədə ucuzlaşıb

Bir həftədə 92% artım: Trampın "TROG" sərmayəsi (FOTO)

Bir həftədə 92% artım: Trampın "TROG" sərmayəsi (FOTO)

“Time” jurnalı Trampı “İlin adamı” elan edib

İstanbulda bir ay yaşamaq neçəyə başa gəlir? - MƏBLƏĞ

"Saxta diplomların qarşısını almaq üçün sertifikasiya imtahanı ləğv edilməlidir" - Adil Qeybulla

Bu gün banklara 70 milyon dollar satılıb

"Rosneft" və "Reliance" ən böyük neft müqaviləsini imzaladı - İldə 13 milyard dollar...

Yaxın günlərdə Balakən qatarları fəaliyyətə başlayacaq

Xarici ticarətdə müsbət saldo son iki ildə kəskin azalıb - Rəqəmlər

Hava kəskin dəyişəcək, temperatur 5-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Sabah Xocalının Ballıca kəndinə ilk köç olacaq

Son bir ayda əhali ərzağa 2,8 milyard manat xərcləyib

Özəl sektorda çalışanlar dövlət sektorundan çoxdur - Rəsmi

Daha 467 sahibkar cərimələndi

İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

Daha 2 ölkə Şengen zonasına qoşuldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin