BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8907
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0499
  • 1 İngiltərə funt sterlinqi
    2.2456
16775

“Koronavirus ilə bağlı pandemiyanın dünya və ölkəmizin iqtisadiyyatına vurduğu ağır zərbə və zərərlərin müqabilində yeganə bir xeyri oldusa, o da hesablaşmalarda nağdsız əməliyyatları genişləndirməsi oldu. Düzdür, bu sahədə bir çox dünya ölkələri bizdən irəlidədirlər. Söhbət sadəcə ondan gedir ki, pandemiya ilə əlaqədar həmin ölkələrdə elektron və yaxud rəqəmsal pul vahidinin tam hökmran olacağı gün məsələsi bir az yaxına çəkildi”.

Valyuta.az xəbər verir ki, bu fikri iqtisadçı-ekspert Pərviz Heydərov səsləndirib.

Ekspert qeyd edib ki, necə ki, bizdə hesablaşmalarda nağdsız əməliyatların genişlənməsi üçün illərlədir ciddi səylər göstərildiyinə baxmayaraq, məhz keçən il böyük irəliləyiş əldə olundu: 

“Yəni, mühüm rəqəmlər qeydə alındı. Sözün qısası, ölkədə plastik ödəniş kartlarının sayında hər il baş verən artım getdikcə daha sürətli şəkildə davam etməklə yanaşı, keçən ildən etibarən bunlarla nağdsız ödənişlərin də həcmi genişlənməyə başlayıb. Belə ki, avqust ayının əvvəlinə dövriyyədə olan ödəniş kartlarının sayı 10 milyon 400 min ədədə bərabər olmasının fonunda, bunun 52 faizi təmassız ödənişlər üçün istifadə olunub.

Ümumiyyətlə, cari ilin birinci yarısında ölkə daxilində ödəniş kartları ilə aparılan əməliyyatların ümumi həcmi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 22,3 faiz artaraq 15 milyard 900 milyon manat, bunun daxilində də nağdsız ödənişlər 55,6 faiz artaraq 4 milyard 500 milyon manat təşkil edib”. 

Onun sözlərinə görə, ödəniş kartları ilə aparılmış ölkədaxili əməliyyatlarda nağdsız hesablaşmaların xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz yüksələrək 28,1 faizə çatıb:

“Başqa sözlə desəm, qeyd olunan müddətdə ödəniş kartları ilə aparılan hər 100 manatlıq əməliyyatın 28 manatı nağdsız, 72 manatı isə nağd əməliyyatların payına düşüb. 2020-ci ilin birinci yarısında isə bu rəqəmlər müvafiq olaraq 22 və 78 manat nisbətində olub.

Təkrar edirəm, ölkədə qeyri-nağd hesablaşmaların genişlənməsi üçün rəsmi səviyyədə artıq neçə illərdir ki, genişmiqyaslı işlər aparılsa da, addımlar atılsa da, istənilən səviyyədə nailiyyət əldə olunmayıb”. 

Düzdür, ekspert bunun obyektiv səbəblərin də olduğunu söyləyib:

“Əvvəla, nağdsız ödənişlər qısa müddət ərzində böyük uğurlara imza atılacaq bir iş deyil. İkincisi, bunun üçün gərək, hər cür praktik şərait də mövcud olsun. Məsələn, nağdsız hesablaşmaların genişlənməsi üçün tələb olunan ilkin şərtlərdən biri POS-terminallardır ki, bütün xidmət və ticarət obyeklərində bunların sayı çox olmalı və durmadan artmalıdır. O cümlədən, digər infrastruktur imkanlar da həmçinin...”

Ancaq iki il öncə də yazdığını xatırladan P.Heydərov qeyd edib ki, nağdsız ödənişlərin və yaxud hesablaşmaların, əhalidə olan bank kartlarından onlayn alış-verişin genişləndirilməsi üçün əlavə olaraq daha çox işlər görülməli və həyata keçməlidir:

“Birincisi, vətəndaşların buna marağı olmalı - onlar mariflənməlidir. İkincisi, stimullaşdırıcı elementlər genişmiqyaslı xarakter daşımalıdır. Üçüncüsü isə, əhalinin gəlirləri də tələb olunan səviyyədə təşkil etməlidir. Bütün bunlar məsələnin ümumi tərəfləridir.

Son statistik göstəricilərə bir daha diqqət yetirək. Sual edirəm, nəyə görə cari ilin birinci yarısının yekunlarına əsasən Azərbaycanda debet və kredit kartları ilə əməliyyatların həcmi 4,3 milyard manat təşkil edib? Hansı ki, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 57 faiz çox deməkdir...

Təkrar edirəm, buna pandemiya şəraiti zəmin yaradıb. 2020-ci il ərzində debet və kredit kartları ilə əməliyyatların həcmi üzrə rəqəmin 6,1 milyard manat təşkil etməsi də bunun nəticəsi oldu. Bu il sözügedən sahədə qeyd olunan rəqəm yəqin ki, bir az da yüksək olacaq”.

Onunj fikrincə, pandemiya şəraitinin yaratdığı təəsürat deməyə əsas verir ki, ölkədə hesablaşmalarda nağdsız əməliyyatlara üstünlük verilməsinə nail olmaq əslində, daha genişmiqyaslı tədbirlər tədbiq etməyi tələb edir:

“Bunların sırasında müvafiq inzibati metodların tədbiqi və qanunvericiliyin sərtləşdirilməsi də təmin olunmalıdır. O cümlədən, maaş və pensiya kartlarında saxlanan vəsaitlərə faiz hesablanması da vətəndaşlara öz pullarını kartlarda saxlamalarına böyük stimul verə bilər”.

Başqa bir məsələyə də diqqət çəkən iqtisadçı vurğulayıb ki, bir az əvvəl vətəndaşlar alış-veriş zamanı ödəniş çeklərinə mənasız bir kağız parçası kimi yanaşırdılar: 

“Yəni, nə tələb edirdilər, nə də ki verəndə götürmürdülər. İndi ödəniş çekləri ƏDV-yə görə çox qiymətli bir kağız parçasına çevrilib. Qeyri-nağd ödənişlər də həmçinin... Bu, həm dövriyyəyə nəzarət etmək və büdcəyə vergiləri yerindəcə təmin etmək üçün dövlətə və hökumətə xeyirdir, həm də vətəndaşlara faydalı və mənfəətlidir. Amma bundan ötrü gərək, vətəndaşda maraq yaradasan... Bunun da yolu stimullaşdırıcı tədbirlərdən keçir.

İki il öncə, “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” təsdiqlənmişdi. Bu sənədə əsasən 2021-ci ilədək ölkədə nağdsız dövriyyənin həcmi 17 milyard manata çatmalı idi. Proqramın müddəti artıq, başa çatır, biz isə hələ təkrar edirəm, keçən ilin yekununa əsasən 6,1, cari ilin birinci yarısına 4,3 milyard manat səviyyəsindəyik. Bu da pandemiyaya görə...”

Ömər Vəzirli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yuanın beynəlxalq ödənişlərdə neçənci yeri tutduğu üzə çıxdı

İqtisadçı Kopılova Rusiya iqtisadiyyatının üç problemini açıqladı

"Badamdar Estates" məcburi auditdən yayınıb?

Aİ-nin hansı ölkələri neft məhsullarının idxalından daha çox asılıdır?

DGK "Real Lift Quraşdırma" MMC-yə protokol yazdı

"Boeing" on minlərlə işçisini ödənişsiz məzuniyyətə göndərəcək

Bu ölkədə elektromobillərin sayı benzinlə işləyən maşınları keçdi - İlk dəfə

"Doktor Vidadi V.Əliyev" MMC-də sertifikasiyadan keçməyən işçilər çalışır?

Hakan Fidan: "Türkiyə BRİCS-i alternativ iqtisadi platforma hesab edir"

Avropa İttifaqında avtomobil satışları kəskin azalıb

Almaniya qazın qiymətinin baha olmasının səbəbini açıqladı

Valyuta tənzimi qaydalarını pozan şirkət məhkəmə qarşısında

Azərbaycandakı tarixi abidələrin bərpası üçün Erix Pumerə 7 milyon manat ödəniləcək

Avropa Rusiyadan qaz almasa, bu qış özünü təmin edə biləcək?

Aİ Macarıstanın büdcə ödənişlərindən 200 milyon avro tutacaq - FT səbəbi açıqladı

"Şəmkir Regional Kənd Təsərrüfatı" cərimələnib

Avropa Yaxın Şərqdən dizel alışını artırır

Bakı Tərcümə Forumu süni intellekt inqilabı əsrində dil sənayesinin gələcəyini araşdıracaq

"iPhone 16 Pro Max" Azərbaycanda 7350 manata satılır - Real qiymətindən baha

Kredit ödəyəndə diqqət edin: "MilliÖn" faiz tutur?

"Zarat İmport Export" gömrük qaydalarını pozub

“Finex Kredit”in zəifləməsi fonunda rəhbəri işdən çıxarılıb

Bazar ertəsi işə getmək niyə işçilərə çətin gəlir?

Bazar ertəsi işə getmək niyə işçilərə çətin gəlir?

Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak etdi (YENİLƏNİB)

Suvarılan torpaqlarla bağlı iki fərqli statistika - Hansı qurumlar nəzarət etməlidir?

Saxta yuyucu vasitələr istehsal edən sex bağlandı

Bakı və rayonlarda pensiya niyə fərqli vaxtlarda verilir?

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb

Daxili dövlət borcunun artması iqtisadi artıma təsir edəcək? (ŞƏRH)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin