BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8907
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0499
  • 1 İngiltərə funt sterlinqi
    2.2456
16592

Plastik kartların sayının artmasına baxmayaraq, nağdsız ödənişlərin həcmində artımlar o qədər də böyük deyil.

Valyuta.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib. 

Deputat bildirib ki, plastik kartların strukturuna diqqət yetirsək, görərik ki, 10 milyon plastik kartın 6 milyonu əməkhaqqı kartlarıdır: 

"Bu o deməkdir ki, bu gün dövriyyədə olan kartların 60 faizindən çoxu birbaşa dövlət və ya özəl sektor tərəfindən əməkhaqqıların ödənilməsi üçün verilir. Adətən, bu kartlarda vəsaitlərin uzun müddət saxlanılması müşahidə edilmir. Xüsusən, sosial kartlara yüklənən vəsait daha tez nağdlaşdırılır. Eləcə də ümumi plastik kartların cəmi 1 milyonu, təxminən 12 faizi kredit kartlarıdır. Bu isə ondan xəbər verir ki, birbaşa kredit kartı vasitəsilə ödəniş həyata keçirən vətəndaşların sayı çox deyil.

Kredit kartlarından daha geniş istifadə etmək üçün kart sahibləri əmin olmaldırlar ki, onlar ölkənin bütün ərazisində xidmət və digər satış obyektlərində rahat alış-veriş edə biləcəklər. Amma reallıq ondan ibarətdir ki, nəyinki rayonlarda, hətta Bakının bir sıra yerlərində belə ictimai-iaşə, xidmət sferasında fəaliyyət göstərən müəssisələr və satış obyektlərində plastik kartlardan istifadə zamanı POS-terminalların işləməməsi və ya digər səbəblər göstərilir. Bu da vətəndaşların bu kartları almasına marağını azaldır".

Ekspert qanunvericiliyə dəyişiklik edilməsini, POS-terminalı olmayan və ya müəyyən səbəblər göstərərək təqdim etməyən sahibkarlara qarşı cəza tədbirlərinin tətbiq edilməli olunmasını təklif edib: 

"Bu, istehlakçının hüququnun pozulması deməkdir. POS-terminalların istifadəsinin məcburiliyi və bundan istifadə edilməməsinə görə əksər inkişaf etmiş ölkələrdə olduğu kimi, cərimələrin müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Çünki bu halda sahibkar POS-terminaldan istifadə etmək məcburiyyətində qalacaq və vətəndaş öz plastik kartından sərbəst şəkildə istifadə edə biləcək. Nəticədə qeyri-nağd ödənişlərin artması dövlət büdcəsinə daxilolmalara müsbət təsir göstərəcək. Fiskal gəlirlərin artmasına və bütövlükdə gizli iqtisadiyyatın leqallaşdırılmasına xidmət edəcək. Bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi üzrə işlər davam etdirilməlidir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yuanın beynəlxalq ödənişlərdə neçənci yeri tutduğu üzə çıxdı

İqtisadçı Kopılova Rusiya iqtisadiyyatının üç problemini açıqladı

"Badamdar Estates" məcburi auditdən yayınıb?

Aİ-nin hansı ölkələri neft məhsullarının idxalından daha çox asılıdır?

DGK "Real Lift Quraşdırma" MMC-yə protokol yazdı

"Boeing" on minlərlə işçisini ödənişsiz məzuniyyətə göndərəcək

Bu ölkədə elektromobillərin sayı benzinlə işləyən maşınları keçdi - İlk dəfə

"Doktor Vidadi V.Əliyev" MMC-də sertifikasiyadan keçməyən işçilər çalışır?

Hakan Fidan: "Türkiyə BRİCS-i alternativ iqtisadi platforma hesab edir"

Avropa İttifaqında avtomobil satışları kəskin azalıb

Almaniya qazın qiymətinin baha olmasının səbəbini açıqladı

Valyuta tənzimi qaydalarını pozan şirkət məhkəmə qarşısında

Azərbaycandakı tarixi abidələrin bərpası üçün Erix Pumerə 7 milyon manat ödəniləcək

Avropa Rusiyadan qaz almasa, bu qış özünü təmin edə biləcək?

Aİ Macarıstanın büdcə ödənişlərindən 200 milyon avro tutacaq - FT səbəbi açıqladı

"Şəmkir Regional Kənd Təsərrüfatı" cərimələnib

Avropa Yaxın Şərqdən dizel alışını artırır

Bakı Tərcümə Forumu süni intellekt inqilabı əsrində dil sənayesinin gələcəyini araşdıracaq

"iPhone 16 Pro Max" Azərbaycanda 7350 manata satılır - Real qiymətindən baha

Kredit ödəyəndə diqqət edin: "MilliÖn" faiz tutur?

"Zarat İmport Export" gömrük qaydalarını pozub

“Finex Kredit”in zəifləməsi fonunda rəhbəri işdən çıxarılıb

Bazar ertəsi işə getmək niyə işçilərə çətin gəlir?

Bazar ertəsi işə getmək niyə işçilərə çətin gəlir?

Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak etdi (YENİLƏNİB)

Suvarılan torpaqlarla bağlı iki fərqli statistika - Hansı qurumlar nəzarət etməlidir?

Saxta yuyucu vasitələr istehsal edən sex bağlandı

Bakı və rayonlarda pensiya niyə fərqli vaxtlarda verilir?

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb

Daxili dövlət borcunun artması iqtisadi artıma təsir edəcək? (ŞƏRH)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin