BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8907
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0499
  • 1 İngiltərə funt sterlinqi
    2.2456
15603
Vüqar Bayramov: “Mərkəzi Bank Azərbaycanın valyuta bazarını liberallaşdırmalıdır” 

 

“Dünya bazarında ABŞ dolları əsas valyutalara nisbətən möhkəmlənməkdə davam edir. Son 1 ayda dollar avroya nisbətən 4 faizə yaxın dəyər qazanıb”. 

Valyuta.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov söyləyib.

Onun sözlərinə görə, dünənki birjalarda dollar Avropa pulu daxil olmaqla, əksər səbət valyutalarına nisbətən son bir ayın ən yüksək artımı ilə tamamlayıb: 

“ABŞ dollarındakı artımlar Birləşmiş Ştatlar iqtisadiyyatı ilə bağlı pozitiv xəbərlər və proqnozlar ilə bağlı olmaqla yanaşı texnoloji şirkətlərin səhmlərinin dəyərinin yüksəlməsi, valyuta və qiymətli kağızlar bazarı vasitəsi ilə istehlak mallar indeksi göstəriricləri ilə əlaqələndirilir. Digər tərəfdən, ABŞ-da sürətli vaksinasiya da dolların məzənnəsinə təsir göstərir. 335 milyon dozanın bölüşdürüldüyü Birləşmiş Ştatlarda əhalinin yarıdan çoxu artıq vaksinasiya prosesindən keçib”.

Dolların möhkəmlənməsinin bir sıra starteji məhsullar bazarına da təsirsiz ötüşmədiyini deyən deputat qeyd edib ki, son 1 ayda dünya bazarında qızılın qiyməti 2.8 faiz ucuzlaşıb:

“Dolların dünya bazarında möhkəmlənməsi fonunda region ölkələrinin bazarında ciddi volatillik müşahidə olunmasa da, qonşu Rusiyada rubl son 1 ayda 3 faizə yaxın dəyər itirib. Azərbaycanda üzən valyuta məzənnəsinə tam keçirilmədiyi üçün manatın məzənnəsi yenə də birbaşa Mərkəzi Bankın mövqeyindən asılıdır. Ölkəyə daxil olan valyutada əsas paya malik olan neftin dünya bazar qiyməti məqbul səviyyədədir”. 

Hazırda 1 barel Brent markalı neftin dünya bazarında 76 dollardan baha satıldığını diqqətə çatdıran millət vəkili vurğulayıb ki, 2021-ci il dövlət büdcəsində neftin qiyməti hər barel üçün 40 dollar nəzərdə tutulsa da, qlobal vaksinasiya səbəbindən enerji bazarında tələbin artması müşahidə olundu: 

“Bununla yanaşı, qlobal sistemindəki bazarındakı volatilliyi nəzərə alaraq Mərkəzi Bankın Azərbaycanın valyuta bazarını mərhələli şəkildə liberallaşdırması məqsədəuyğundur. Qlobal bazarlarda yeni sıçrayışlar risklərini nəzərə aldıqda, uzun müddətli dövr üçün liberal valyuta bazarı daha sığortalanmış hesab olunur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yuanın beynəlxalq ödənişlərdə neçənci yeri tutduğu üzə çıxdı

İqtisadçı Kopılova Rusiya iqtisadiyyatının üç problemini açıqladı

"Badamdar Estates" məcburi auditdən yayınıb?

Aİ-nin hansı ölkələri neft məhsullarının idxalından daha çox asılıdır?

DGK "Real Lift Quraşdırma" MMC-yə protokol yazdı

"Boeing" on minlərlə işçisini ödənişsiz məzuniyyətə göndərəcək

Bu ölkədə elektromobillərin sayı benzinlə işləyən maşınları keçdi - İlk dəfə

"Doktor Vidadi V.Əliyev" MMC-də sertifikasiyadan keçməyən işçilər çalışır?

Hakan Fidan: "Türkiyə BRİCS-i alternativ iqtisadi platforma hesab edir"

Avropa İttifaqında avtomobil satışları kəskin azalıb

Almaniya qazın qiymətinin baha olmasının səbəbini açıqladı

Valyuta tənzimi qaydalarını pozan şirkət məhkəmə qarşısında

Azərbaycandakı tarixi abidələrin bərpası üçün Erix Pumerə 7 milyon manat ödəniləcək

Avropa Rusiyadan qaz almasa, bu qış özünü təmin edə biləcək?

Aİ Macarıstanın büdcə ödənişlərindən 200 milyon avro tutacaq - FT səbəbi açıqladı

"Şəmkir Regional Kənd Təsərrüfatı" cərimələnib

Avropa Yaxın Şərqdən dizel alışını artırır

Bakı Tərcümə Forumu süni intellekt inqilabı əsrində dil sənayesinin gələcəyini araşdıracaq

"iPhone 16 Pro Max" Azərbaycanda 7350 manata satılır - Real qiymətindən baha

Kredit ödəyəndə diqqət edin: "MilliÖn" faiz tutur?

"Zarat İmport Export" gömrük qaydalarını pozub

“Finex Kredit”in zəifləməsi fonunda rəhbəri işdən çıxarılıb

Bazar ertəsi işə getmək niyə işçilərə çətin gəlir?

Bazar ertəsi işə getmək niyə işçilərə çətin gəlir?

Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak etdi (YENİLƏNİB)

Suvarılan torpaqlarla bağlı iki fərqli statistika - Hansı qurumlar nəzarət etməlidir?

Saxta yuyucu vasitələr istehsal edən sex bağlandı

Bakı və rayonlarda pensiya niyə fərqli vaxtlarda verilir?

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb

Daxili dövlət borcunun artması iqtisadi artıma təsir edəcək? (ŞƏRH)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin