Sağalandan üç ay sonra peyvənd olunmaq mümkündür? – VİDEO
COVID-19-a test vermədən yoluxub-sağalanların rəsmi olaraq heç bir xəstəxanada qeydiyyatı yoxdu.
Valyuta.az xəbər verir ki, həkim Adil Qeybulla Baku TV-yə açıqlamasında, bunun tək yolu anticism testinin yoxlanılmasında olduğunu bildirib.
“Kimdə ki, immunitet formalaşıb ona immun passport verilməlidir, kimdə yoxdur ona vaksin vurulmalıdır. Elə etmək lazımdır ki, anticism testi ucuz və əlçatan olsun”, - deyə həkim qeyd edib.
Həkimlər bildirir ki, ÜST-ün təcrübəsində COVID-19-a yoluxan şəxslər 6 ay sonra yox cəmi 2-3 ay sonra vaksin oluna bilərlər. Bunun heç bir həyati təhlükəsi yoxdur. Yəni İmmunitet sertfikatını ala bilməyən şəxslər də tərəddüd etmədən vaksin oluna bilərlər.
Mövzu ilə bağlı TƏBİB-lə əlaqə saxlasaq da qurumdan bu məsələnin onlara aid olmadığı bildirildi.
Xatırladaq ki, ölkəmizdə “COVID-19 vaksin sertifikatı”nı hər iki dozada vaksinasiya olunan, “COVID-19 immunitet sertifikatı”nı isə son 6 ayda COVID-19 analiz nəticəsi pozitiv olan şəxslər əldə edə bilərlər.
Ətraflı süjrti təqdim edirik:
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay