Ekspert
21.05.2021 / 16:35
Deputat Cəlilabadın qazlaşma səviyyəsindən narazılıq etdi
12562
“Hazırda ölkəmizdə qazlaşdırmanın səviyyəsi 96,2%-ə çatıb. Ölkəmizin elə şəhərləri, rayonları var ki, 100% qazla təmin edilib. Təmsil olunduğum Cəlilabad rayonunda isə bu, 50% təşkil edir”.
Valyuta.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.
E. Nəsirov bildirib ki, Cəlilabadla qonşu olan Biləsuvar rayonunda qazlaşdırma 100%-dir.
“Cəlilabadda insanların, xüsusilə İranla sərhəddə olan kəndlərin ən böyük problemı qazdır”, - deyə deputat qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay