BAKU Azərbaycan
22.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8205
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1193
7928

Dünya iqtisadiyyatında vəziyyət qeyri-müəyyən olaraq qalır.

Bunu iqtisad elmləri doktoru, Sankt-Peterburq Dövlət Universitetinin professoru Stanislav Tkaçenko bu barədə Eurasia Diary-yə neft və bitkoin qiymətlərinin sürətlə artmasını şərh edərkən bildirdi.

Eskpert bildirdi ki, pandemiya faktorunun iqtisadi böyüməyə mənfi təsirinin nə vaxt dayanacağı hələ məlum deyil.

“Planetin ən böyük bazar iqtisadiyyatlarının (ABŞ, Avropa İttifaqı) nə vaxt tənəzzüldən inkişafa keçəcəyi də məlum deyil. Bu cür qeyri-müəyyənlik səbəbindən qlobal bazarlardakı prosesləri ehtiyatla “çoxşaxəli” adlandırmaq olar. 2020-ci ildə qlobal maliyyə bazarında planetin mərkəzi banklarının "çap etdirdiyi" 10 trilyon dollardan (avro, funt, yen) çox maliyyə var idi. Bunlar COVID-19-un vətəndaşlar və şirkətlər üçün dağıdıcı təsirlərini azaltmaq məqsədilə dövriyyəyə buraxılmışdı. Son bir ildə planetin pul kütləsi 22 faiz artıb - dünya tarixində sülh dövründə müşahidə olunan rekord artımdır!

Pandemiyanın başlamasından bir il sonra, maliyyə bazarlarındakı oyunçular bu nəhəng və yüksək hərəkətli “qaynar pulları” hara yünləndirmək üzərində düşünməyə başladılar. Xammal (neft), eləcə də yüksək gəlirli aktivlərin (bitkoin) alışı çoxlarına cəlbedici əməliyyatlar kimi görünür. Planetin birjalarında gördüyümüz də tam olaraq bundan ibarətdir".

Professor, bitcoin də daxil olmaqla kiber valyutaların siyasi və iqtisadi mahiyyətinin hələ tam başa düşülmədiyini qeyd etdi:

“Onun üstünlükləri (anonimlik, hakerlərdən qorunma, istifadədə səmərəlilik) 2009-cu ildə başlayan böyümənin bu illər ərzində niyə davam etdiyini və son zamanlarda bir bitkoin üçün 50 min dollarlıq həddi aşdığını izah etmir. Bir sıra mütəxəssislər Bitcoin üçün vahidinə 100 min dolların əhəmiyyətli psixoloji hədd olacağını iddia edirlər. Digərləri, məzənnənin 200 min dollara çatacağını, bundan sonra bu kripto valyutasının çökəcəyini təxmin edirlər.

Bitkoinin kursuna dair öngörücülüyün ciddi akademik müzakirə ilə heç bir əlaqəsi yoxdur. Əksinə, bunlar dünyanın ən böyük iqtisadiyyatlarının perspektivləri ilə bağlı tam bir qeyri-müəyyənliyi əks etdirir ki, bu da maliyyə bazarlarını şayiələrə köklənməyə sövq edir".

Tkaçenko, 2021-ci ildə bizi neft və bitkoin qiymətlərindəki yüksək dəyişkənliyin gözlədiyini təxmin edir: “Əgər pandemiya azalmağa başlasa və dünya iqtisadiyyatı böyüməyə başlasa (Dünya Bankının proqnozlaşdırdığı budur), onda neftin qiyməti artmağa davam edəcək və düşünürəm ki, ilin sonuna qədər bir barelə 70 dollardan aşağı düşməyəcək. Bitcoin də maliyyə aktivi olaraq qalacaq, amma kursunun neçə olacağını deyə bilmərəm".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Jurnalistə vəzifə verildi (FOTO)

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur (VİDEO)

Növbəti köç karvanı Füzuliyə yola düşdü (FOTO)

Növbəti köç karvanı Füzuliyə yola düşdü (FOTO)

Monqolustan və Britaniya nadir torpaq metalları sahəsində əməkdaşlıq edəcək

Nazirlərin may ayında vətəndaş qəbulu cədvəli

Paytaxtda növbəti “Kənddən şəhərə” həftəsonu yarmarkası keçiriləcək

Kiloqramı 20-25 manat olan çay xaricdən 8 manata alınır – Alış ilə satış arasında niyə bu qədər fərq var?

Avro və rubl bahalaşdı – Məzənnə

Bitcoin və Etherium nə qədər ucuzlaşıb? - Kriptovalyutaların qiymətləri

Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu

Azərbaycan neftinin qiyməti cüzi ucuzlaşıb

Ağdamda iki hotel tikilir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı

ABŞ Ukraynaya silah tədarükü üçün 6 milyard dollarlıq müqavilələr bağlamağa hazırlaşır

100 ildir itdiyi düşünülən əsər 30 milyona satıldı

Bu il neft 100 dollara çata bilər – Dünya Bankı

Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB

Dünyada plastik tullantıların böyük hissəsinin səbəbkarı olan 5 şirkət (SİYAHI)

İnnovasiya və Təchizat Mərkəzi 369 576 manatlı hellium alır

ABŞ alimləri təbiilərindən üstün olan süni bədən hüceyrələri yaratdıblar

“Bakı Tikiş Evi” məhkəmə qarşısında

Mühafizə şirkəti məhkəməyə verildi

Rusiyada yük maşını sürücülərinin çatışmazlığı 25%-ə çatdı

"Hom-Paş Prestij" məhkəməyə niyə verilib?

"A-Group Sığorta Şirkəti" cərimələnir

Ukrayna mayda Dnepr SES-in bərpasına başlamağı planlaşdırır

Dövlət xidmətindən “Azpetrol”a 60 min manatlıq sifariş

NASA BKS-də mutant canlılar aşkarlandığını açıqladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin