BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
37446

Biznes və idarəetmə üzrə təlimçi, “Nokia” və “Biznes proseslərini Walmart idarə edərsə” kitablarının müəllifi Seymur İlyasov Valyuta.az üçün yazır...

Bizneslərin də canlı orqanizmlər kimi həyat dövrü var. Onlar da yaranır, böyüyür, inkişaf edir və müəyyən təlatümlərdən keçirlər. Kiçik bizneslər həyat dövrünün ilk mərhələsində güc və rəqabətə dözümlülük cəhətdən nisbətən zəif olurlar. Təcrübələr göstərir ki, yeni yaranan bizneslərin 90%-dən çoxu ilk 7 ildə fəaliyyətini dayandırır.

Bu səbəbdən də onların uğurlu ola bilməsi üçün əvvəldən diqqətli darvanmaq lazımdır. Əvvəlcə yeni bir biznes subyekti qurularkən ətraflı bazar araşdırması aparılmalı, risklər qiymətləndirilməli mövcud və potensial imkan və fürsətlər dəyərləndirilməli, həmçinin bazara təqdim ediləcək məhsul və xidmətlərin yeniliyi, innovativliyi və rəqabət qabiliyyətliliyi tam nəzərə alınmalıdır.

Bu bizneslər üçün ilkin dövrdə ən vacib məqamlardan biri böyümələrinə və inkişafına dəstəyin təmin olunmasıdır. Kiçik biznesin yaranması toxum kimidir. Bir toxumun inkişafı üçün təkcə münbit şəraitə düşməsi kifayət etmir. O toxumu cücərənə qədər digər təhlükələrdən də mühafizə etmək lazım gəlir. Bu mərhələdə şirkətlərin müxtəlif dövlət proqramları, dəstək tədbirləri və digər inkişaf proqramları ilə əhatə olunması vacibdir.

Bir digər məsələ isə kiçik biznesin inkişaf dövründə spesifik ixtisaslaşmış bazarlarda fəaliyyət göstərməsi ilə bağlıdır. Çünki iri şirkətlər öz güc və imkanlarından daha çox istifadə edərək böyük bazarlara üstünlük verirlər. Kütləvi şəkildə məhsul və xidmət təklif etdikləri üçün daha ucuza sata bilir və onlarla rəqabət aparmaq çox çətindir. Onlar istəsələr təkcə qiymət faktoru ilə belə kiçikləri bazardan asanlıqla kənarlaşdıra bilirlər. Bundan başqa, məhsul və xidmət çeşidlərinin sayı çox olduğu üçün bir məhsulda qazancı azalsa belə başqa bazar seqmentindəki fəaliyyət hesabına gəlirini qoruya bilir. Kiçik bizneslərdə isə məhsul və ya xidmət çeşidi böyük bizneslər qədər çox deyil. Onların bu qədər şansı yoxdur.

Növbəti nüans isə ondan ibarətdir ki, böyük bizneslərin marağı çox həcmli satıla bilən məhsul və xidmətlərədir. Bu baxımdan onların marağında olmayan spesifik və daha az sayda məhsul və xidmətlərdə rəqabət aparmaq kiçik bizneslər üçün daha uğurludur. Ona görə də, kiçik bizneslər xüsusilə də böyümə və inkişaf dövründə daha çox yeni fürsətlərə fokuslanmalı və həmin bazarlarda böyüməyə üstünlük verməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Google" "Chrome"un rekord sürətlə işlədiyini deyir, amma istifadəçilər narazıdır

3,1 milyon manat vergi borcu olan “Nubosta Trade” kimindir?

Yaradılıb və unudulub: Ekspertlər qeyri-aktiv hesabların təhlükəsini açıqladı

Yaradılıb və unudulub: Ekspertlər qeyri-aktiv hesabların təhlükəsini açıqladı

Çin banklara "Labubu" kuklaları ilə müştəri cəlb etməyi qadağan etdi

“İnvest-Azem"in rəhbərinə “stop” qoyuldu

Məhkəmə “Euro Sport”u cərimələdi

Bələdiyyələrdə auditlər – 2024-cü ilin statistikası nə deyir?

Bakıdan bu istiqamətə əlavə reyslər təyin edildi

Azərbaycanda uşaqların sayı niyə azalıb? - İqtisadçı ekspert

Üç gün iş olmayacaq

Üç gün iş olmayacaq

Koreya alimləri metal istifadə etmədən elektrik mühərriki yaratdı

Ən yüksək balı bu məktəbin şagirdi toplayıb

Bakıda "ipoteka dələduzluğu" - Hərbçinin 18 000 manatını necə "yedilər"?

Rektor özünə müşavir TƏYİN ETDİ

2025-2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyası təsdiq edilib

Bu imtahanların nəticələri açıqlandı

Bu şirkət 1500 manat cərimələndi

“Təqsirkar kim olursa-olsun, faydalanan tərəf abonentdir”

Mənzili olub orada yaşamayan şəxs sabit tarif ödəyəcək

"Formula 1" Azərbaycan Qran-Prisi üçün bilet qiymətləri açıqlandı

İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir?

Bakıda yenicə açılışı olan klinika fantastik qiymətə satışa çıxarıldı

Dünyanın ən bahalı F1 avtomobilləri

Dünyanın ən bahalı F1 avtomobilləri

Bu universitetdə üç yeni ixtisas açıldı

Hərbi Prokurorluqda YENİ TƏYİNAT

Əli Əsədov: Son 20 ildə Azərbaycan iqtisadiyyatına 338 milyard dollardan çox investisiya yatırılıb

Azərbaycanın 700 bal toplayanları - 116 nəfər indi harada işləyir və necə yaşayır?

La Liqanın ən bahalı heyətləri - SİYAHI

19 yaşında tapdığı problem onu milyarder etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin