Avto
17.01.2025 / 20:44
Parklanma xidmətindən narazılıq - Vətəndaş pozmadığı qaydanın cəriməsini ödəməli olur
63409
Bəzi sürücülər ödənişli parklanma sistemi olan "AzParking"dən şikayətçidirlər.
Sürücülər iddia edirlər ki, tətbiqdən istifadə edərkən naviqasiya xətaları ilə üzləşirlər. Proqram avtomobilin yerini dəqiq qeyd etmir.
Nəqliyyat eksperti Aslan Əsədov deyir ki, belə neqativ hallarla tez-tez rastlaşmaq mümkündür:
"Bəzən sistem xətası səbəbindən vətəndaş pozmadığı qaydanın cəriməsini ödəməli olur. Problemin səbəbi koordinasiyanın düzgün qurulmamasıdır".
AYNA-dan isə bildirilib ki, "AzParking"lə bağlı istənilən problemi yaşayan şəxs konkret faktlarla quruma müraciət edərək, məsələni aydınlaşdıra bilər.
Ətraflı "Xəzər Xəbər"in süjetində:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay