BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8297
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1326
43199

Apple uzun müddətdir üzərində işlədiyi elektrik avtomobil layihəsi "Project Titan"ı dayandırıb. 

Valyuta.az xəbər verir ki, şirkətin bu barədə işçilərinə artıq xəbər verdiyi və komandada 2000 nəfərin məhsuldar süni intellektlə bağlı layihəyə qatılacağı bildirilir. “Bloomberg”in məlumatına görə, “Apple”in baş əməliyyat direktoru Ceff Williams və vitse-prezidenti Kevin Linç işçiləri layihənin dayandırılması barədə məlumatlandırıblar. Layihənin dayandırılması nəticəsində ixtisarların olacağı bildirilsə də, işdən çıxarılanların sayı hələ dəqiq deyil. Məlumatda “Apple Car” layihəsinin 2028-ci ilə təxirə salındığı bildirilib. 

“Project Titan” adlı gizli avtomobil layihəsi haqqında şayiələr ilk dəfə 2015-ci ildə ortaya çıxmışdı. 2022-ci ildə “The Information”un xəbərində davamlı dəyişən planlar və şirkət daxilində avtomobil layihəsinə şübhə ilə yanaşma kimi problemlərin olduğu bildirilirdi. Başqa bir hesabatda, sözügedən avtomobillərin 100 min dollardan aşağı olacağı və şirkətin planlaşdırdığı kimi təkmil avtonom sürmə qabiliyyəti ilə gəlməyəcəyi ortaya çıxmışdı.

Layihənin dalana dirəndiyini görən “Apple”, resurslarını süni intellektə yönəltməyə qərar verib. Şirkətin “Ajax” adlı öz süni intellekt modelini hazırlamaq üçün gündə milyonlarla dollar xərclədiyi bildirilir. “Apple”in rəhbər şəxslərindən olan Tim Kuk bu yaxınlarda şirkətin ilin sonunda generativ süni intellekt modelini təqdim edəcəyini təsdiqləyib.

Elmir
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

COP29-la bağlı iki xəstəxana ayrılıb

Həyatımızın yeni trendi elektromobillər və xüsusiyyətləri – Batareyaları nə qədər təhlükəlidir?

Azərbaycan Mərkəzi Bankı beynəlxalq təşkilata üzvlüklə bağlı müraciət edib

20 mindən bahalı əmlak alanlardan bəyannamə tələbi niyə ləğv olundu? – Ekspert səbəbləri açıqlayır

Aqrar Sığorta Fondu: Hava şəraitinin dəyişməsi ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə 20 müraciət daxil olub

Növbəti hərraclara 49 əmlak çıxarılıb

“Zirə Gülçülük” məhkəmə qarşısında

Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb

KOB-lar və startaplar üçün investisiya cəlbi ilə bağlı vörkşop keçiriləcək

Rusiya neft məhsullarının xaricə tədarükü üzrə antirekord vurub

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Hansı şəxslərə 1380 manat veriləcək? - Deputat AÇIQLADI

Məşhur çörək zavodunda natəmizlik aşkarlanıb

Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

Vilayət Eyvazovdan Xankəndiyə yeni təyinat

“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - Xəbərdarlıq

Türkiyədə inflyasiya bu tarixdən təkrəqəmli olacaq

Cəsarət Valehov nazir müşaviri təyin olundu

Cəsarət Valehov nazir müşaviri təyin olundu

Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib

Sıradan çıxan gəmi üzündən Boğaziçində nəqliyyatın hərəkəti dayandırıldı

Bakıda intensiv yağış yağacaq, şimşək çaxacaq

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edildi

İşləmək üçün ən çox üz tutulan ölkələr – TOP 7

Bakı metrosunda QR biletdən istifadə edənlərin sayı 45%-ə yaxın artıb

Azərbaycanda “Heyvanlarla məsuliyyətli davranış haqqında” yeni qanun layihəsi hazırlanır

Şahin Bağırovdan yeni təyinat

Şahin Bağırovdan yeni təyinat

Azərbaycan ilə Gürcüstan arasında ticarət döviyyəsi 100 milyona yaxın azalıb

Mayın 5-də keçirilən buraxılış imtahanının doğru cavab etalonları açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin