BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8303
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1341
18163

Azərbaycanda son aylarda hibrid avtomobillərinin qiymətində 15 faizə qədər artım müşahidə edilir.

Bu barədə avtomobil nəqliyyatı üzrə ekspert Elnur Əliyev deyib.

E.Əliyev bildirib ki, hibrid avtomobillərinin bahalaşması təkcə Azərbaycanla bağlı deyil, ümumilikdə dünyada bu avtomobillərə tələbat artıb. 

O qeyd edib ki, hazırda Azərbaycanda hibrid avtomobillər arasında ən çox maraq “Toyota Prius” markasınadır.

Onun sözlərinə görə, bu avtomobillər Azərbaycana əsasən birbaşa ABŞ-dan və ya Gürcüstan vasitəsilə gətirilir: 

“Azərbaycana daha çox 2006-2008-ci illər arasında istehsal olunan avtomobillər gətirilir. Bu avtomobillər ABŞ-dan hərrac vasitəsilə alınır. Əvvəllər hərracdan avtomobilləri daha ucuz qiymətə və rahat şəkildə almaq olurdu, yəni hərrac iştirakçılarının sayı az olurdu. Lakin indi daha çox ölkələrdən avtomobil alıcıları hərraclarda iştirak edir və tələb artığı üçün qiymət də bahalaşır. İndi hərracda avtomobillər əvvəlkindən təqribən 1000 dollar baha satılır”. 

Onun szölərinə görə, bu qiymət artımı əlbəttə ki, Azərbaycandakı qiymətlərə də təsirini göstərir:

“Məsələn, iki-üç ay öncə Azərbaycanda 2008-ci il istehsalı olan yaxşı vəziyyətdə “Toyota Prius” avtomobilini 12500 manata almaq mümkün idisə, bu gün həmin avtomobil 13800-14000 manata satılır. Yəni son iki-üç ayda qiymətlər 15 faizə qədər bahalaşıb. Bu avtomobillərə maraq əsasən onların daha az yanacaq işlətməsi ilə əlaqədardır”.

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ermənistan-Azərbaycan sərhədində zəlzələ olub

Ermənistan-Azərbaycan sərhədində zəlzələ olub

Günəşdə 10 güclü alışma baş verib

Kakaonun qiymətindəki kəskin ucuzlaşmanın səbəbi nədir?

ABŞ-dan “Huawei” şirkətinə böyük zərbə

Duma xüsusi hesablarda “xarici agent” müəlliflərinə ödənişləri dondurmağı planlaşdırır

“İstanbul Aptek”də əczaçılıq tələblərini pozan mallar satılıb?

Müdafiə tərəfi “yengəc kralı” Kanın hökmündən apellyasiya şikayəti verdi

Qaradağ Şüşə Zavodu gömrük qaydalarını pozub?

Aİ Rusiya təyyarələrinin uçuşlarına qarşı sanksiyaları sərtləşdirəcək - "Reuters"

“Kino” məhkəməyə verildi

Bu il ən çox satılan smartfonlar açıqlandı (SİYAHI)

Çin rekord sürətlə qızıl almağa davam edir

Dünyada neft bazarında ciddi qıtlıq yaşanır

Hindistan qlobal yarımkeçirici bazarına daxil oldu

İrsi korluğun müalicəsinin yeni üsulu tapıldı

İrsi korluğun müalicəsinin yeni üsulu tapıldı

Xəzinədarlıq Agentliyi 1 milyonluq proqram təminatı alır

"Apple" tarixində ilk: "iPhone 16 Plus" 7 rəngdə olacaq

"Azərbaycan Beynəlxalq Bankı" məhkəmə qarşısında

Yevgeni Priqojinin “Concord” şirkəti əmlakını satır

"Təbriz" MTK məhkəməyə verildi

Məhkəmənin qərarı ilə “Uniper”in Rusiyadakı aktivlərinə həbs qoyula bilər

Lənkəranın yollarını təmir etməyə şirkət tapılmadı

Novruz Məmmədov niyə istefa verib? (AÇIQLAMA)

“Ukrnafta” Rusiyanın “Tatneft” şirkətinin aktivlərini idarə etməyə başlamaq istəyir

Daha bir jurnalist vəzifəyə təyin olundu (FOTO)

Daha bir jurnalist vəzifəyə təyin olundu (FOTO)

Aİ Rusiya aktivlərindən yığılan gəlirin 90%-ni Kiyevə verməyə razılaşdı

Bu halda cərimə oluna bilərsiniz - Prezident təsdiqlədi

Britaniya sanksiyalardan yan keçib, 2,2 milyardlıq Rusiya nefti alıb

”Ege Hospital”da tibbi sertifikasiyadan keçməyən işçilər çalışır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin