Süni zəkadan tez-tez istifadə etmənin insan beyninə zərəri - Araşdırma
Süni zəkanın tez-tez istifadəsi ilə tənqidi düşünmə qabiliyyəti arasında mənfi əlaqə kəşf edilib.
Valyuta.Az xəbər verir ki, İsveçrənin Sürix şəhərində yerləşən "SBS Swiss Business School"dan Michael Gerlich və komandası "idrak yükünün azaldılması" adlı araşdırma sonrası bu nəticə əldə edilib.
Gerlich bunu belə izah edib:
"İdrak yükünün azaldılması, fərdlərin zehni tapşırıqları xarici vasitələrə ötürməsi və dərin, analitik düşüncə ilə məşğuliyyətinin azalması zamanı baş verir. Bu hal xüsusilə məlumatı effektiv şəkildə təhlil etmək və qiymətləndirmək üçün aktiv zehni iştirak tələb edən tənqidi düşünmə kontekstində narahatlıq doğurur."
Araşdırma çərçivəsində müxtəlif yaş qruplarından və müxtəlif təhsil səviyyələrinə malik 666 iştirakçı ilə sorğular və müsahibələr keçirilib. Daha gənc iştirakçıların süni zəka vasitələrinə ən çox güvənən, 46 yaşdan yuxarı şəxslərin isə süni zəkanın ən az istifadə olunduğu qrup olduğu müəyyən edilib.
Nəticələr göstərir ki, süni zəkanı az istifadə edən yaşlı iştirakçılar tənqidi düşünmə qabiliyyətini ölçən testlərdə daha yüksək nəticələr əldə ediblər.
Araşdırma süni zəkanın əsas bacarıqların öyrənilməsinə kömək edə biləcəyini, lakin mövzu ilə bağlı daha dərin idrak iştirakını zəiflədə biləcəyini vurğulayır.
Elmi jurnal "Societies"də yayımlanan məqalədə qeyd olunur: "Daha gənc iştirakçılar, daha yaşlı iştirakçılarla müqayisədə süni zəka vasitələrinə daha çox bağlılıq nümayiş etdirirlər. Bu şəxslər tənqidi düşünmə testlərində daha aşağı nəticələr göstərib. Üstəlik, daha yüksək təhsil səviyyəsi süni zəkanın istifadəsindən asılı olmayaraq daha yüksək tənqidi düşünmə bacarığı ilə əlaqələndirilib. Bu nəticələr süni zəka texnologiyaları ilə tənqidi qarşılıqlı əlaqəni təşviq edən təhsil strategiyalarına ehtiyacı vurğulayır."
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay