BAKU Azərbaycan
4.03°C
  • USD
    1.7
  • EUR
    1.7647
  • RUB
    1.7571
  • TRY
    0.0472
  • GBP
    2.1127
63236

Azərbaycanın mənzil bazarında son aylarda satışla bağlı durğunluğun yaranması müşahidə edilir. Bazarda alıcıların azalması mənzil satanları çətin vəziyyətə salıb. İndi bazarda mənzillər, əsasən, ipoteka kreditləri və ya uzun müddətə verilən daxili kreditlərlə satılır. Müştərilərin öz vəsaiti hesabına haqqı tam ödənilməklə mənzil alışı isə xeyli azalıb. 

Valyuta.az bildirir ki, mövcud vəziyyət mənzil bazarında qiymətlərə təsir etməyə başlayıb və bazar uzun fasilədən sonra qiymət enmələrinin şahidi olur.  

Artıq “ikinci əl” (təkrar mənzil) bazarında satılan mənzillərlə yanaşı, ilkin bazarda (şirkətlərin özü tərəfindən satılan mənzillər) da qiymətlər enir. 

Bazarda alıcı qıtlığını yaradan başlıca səbəb qiymətlərin xeyli yüksəlməsi və alıcılar üçün mövcud qiymətlərin əlverişli olmamasıdır. İqtisadi qaydalara görə, hər hansı məhsulun satışına təsir göstərən başlıca amil qiymət amilidir. Qiyməti azalan məhsulun satışı artıdığı kimi, qiyməti artan məhsulun satışının azalması da qanunauyğundur. 

Mənzil bazarının xüsusiyyəti elədir ki, burada qiymətlər yüksəldikdə ilkin mərhələdə alıcı qüvvəsi də artır. Bunun səbəbi, mənzil alışının həm də investisiya xarakterli olması ilə bağlıdır. Yəni mənzil alanlar sadəcə məişət şəraitini yaxşılaşdırmaq istəyənlərdən ibarət deyil. Alıcılar arasında həm də sahib olduğu sərbəst vəsaiti qorumaq, uzunmüddətli dövrdə daha dəyərli etmək, investisiya qoymaq istəyənlər də var. Buna görə də, mənzil bazarında bahalaşma başlayanda mənzil alışları da artır və qiymətlər daha çox yüksəlir. 

Amma qiymətlər çox yüksəldikdən sonra, investisiya məqsədilə mənzil almaq istəyənlər gözləmə mövqeyinə keçir, sərbəst vəsaitlərini daşınmaz əmlaka yönəltmək istəmirlər. Bu yanaşma mənzil bazarına daxil olan vəsaiti azaltdığından, qiymətlərdə artım dayanır və sonra tədricən ucuzlaşma baş verir. Bazarda hazırda müşahidə edilənlər məhz buna uyğundur.

Bazarda alıcı kütləsinin azalmasına səbəb olan amillər sadəcə qiymətlərin çox yüksəlməsi ilə bağlı deyil. Başqa amillər də var ki, bunlar mənzil alışını azaldır və yəqin ki, həmin amillərin təsiri hələ uzun müddət bazarda hiss olunacaq. 

Mənzil bazarında alıcı qüvvəsini azaldan amillər arasında iki faktoru daha çox qabartmaq olar. Birincisi, alıcılarda devalvasiya gözləntisinin yaranması, ikincisi isə Rusiyadan pul köçürmələrin azalmasıdır. Devalvasiya gözləntisi ilə bağlı yaranan amil daha güclüdür. Son bir neçə ayda yayılan şayiələrə görə, Azərbaycanda tezliklə növbəti devalvasiya olacaq. 

Bu ehtimalı nəzərə alan alıcılar mənzil almağa tələsmirlər. Çünki devalvasiya mənzil bazarında qiymətlərə çox güclü təsiretmə imkanına sahibdir. 

2015-ci ildəki devalvasiyalardan sonra mənzil bazarında qiymətlərin xeyli enməsi də bunu təsdiqləyib. Devalvasiyadan sonra 2016 və 2017-ci illərdə çoxlu sayda insan aşağı qiymətə mənzil sahibinə çevrilib. 

​​​​​​Həmin təcrübəni nəzərə alan alıcılar indi - şayiələrin yayılmasından sonra gözləmə mövqeyini seçiblər. 

Devalvasiya ehtimalını mənzil satanlar da nəzərə alır. Satıcılar anlayır ki, belə vəziyyətdə daha yüksək qiymətlərdə israr etməkdənsə, bir qədər qiymət endirimlərinə getməklə mənzil satışını təmin etmək olar. Bu baxımdan, həm alıcıların, həm də satıcıların narahatçılığı mənzillərin ucuzlaşmasına şərait yaradır. 

Mənzil bazarında alıcı qüvvəsini azaldan digər mühüm amil, Rusiyadan pul köçürmələrinin əvvəlki illərlə müqayisədə azalmasıdır. 

Mərkəzi Bankın 2024-cü ilin 9 ayına aid olan məlumatına əsasən, Rusiyadan Azərbaycana pul köçürmələri 411 milyon dollar olub. Bu məbləğ 2023-cü ilin eyni dövründə 829 milyon dollar, 2022-ci ilin 9 ayında 2,267 milyard dollar təşkil edib. 

Rusiyadan 2022 və 2023-cü illərdə məhz köçürmələrin artması Azərbaycanın mənzil bazarında ciddi qiymət artımlarına səbəb olmuşdu. Köçürmələr 2024-cü ildə xeyli azaldığından, mövcud qiymət səviyyəsinin qalması çətindir. 

Beləliklə, həm yüksək qiymətlər, həm devalvasiya qorxusu, eləcə də Rusiyadan köçürmələrin azalması Azərbaycanın mənzil bazarında qiymətlərdə azalmaya əsas yaradıb. Belə vəziyyətdə mənzil bazarında alıcı qıtlığını aradan qaldırmaq üçün qiymətlərin enməsi qaçınılmaz olacaq.

© Sfera.az 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Avtomobil Yolları Dövlət Agentliyi rəhbərinə yeni müavin təyin edildi

Sabah dağlıq rayonlarda yollar buz bağlayacaq

Sabah bu ərazilərdə qaz olmayacaq

Yeni kiberhücumlara hazır olaq - Doğmalarınızın görüntüsü və səsi ilə...

Dünyanın ən yaşlı və ən gənc dövlət başçıları - Siyahı

İlk iş yerlərində gənclərimiz aşağı həcmli əməkhaqqı ilə çalışmağa məcbur olurlar - Nazir müavini

İlk iş yerlərində gənclərimiz aşağı həcmli əməkhaqqı ilə çalışmağa məcbur olurlar - Nazir müavini

Hazır ev almaq sərfəlidir, yoxsa torpaq alıb ev tikmək?

"Fitch": Azərbaycan banklarının əsas maliyyə göstəriciləri bu il stabil qalacaq

“Rəqəmsallaşma planlı şəkildə həyata keçirilməlidir”

Mərkəzi Bank pul təşkilatına lisenziya verdi

Azərbaycanda inək və qoyunların sayı azaldı

Ermənistan ölkəmizə zərbələr endirə biləcək silahlar alıb - Bakıdan AÇIQLAMA

Andiçməyə valideynlər buraxılmayacaq - RƏSMİ

İlon Mask "OpenAI"-ni 97 milyarda almaq istədi, Səm Altman qarşı çıxdı - "Dələduz..."

İlon Mask "OpenAI"-ni 97 milyarda almaq istədi, Səm Altman qarşı çıxdı - "Dələduz..."

Azərbaycanda bankların faizdən gələn gəlirləri açıqlandı

Pensiyalar yeni artımla birgə ödənildi

İstehsalçı şirkətlər Azərbaycanda unun qiymətini qaldırdı

İstehsalçı şirkətlər Azərbaycanda unun qiymətini qaldırdı

Bu avtomobil üçün iki milyon dollar təklif olunur

Avropa İnvestisiya Bankı Ukraynaya 2 milyard dollar ayırıb

Azərbaycanda 71-ci dəfə əfv sərəncamı imzalanacaq

İxracdan əldə olunan 56 milyon manat Azərbaycana qaytarıldı

AZAL və İsrail aviaşirkəti arasında razılaşma imzalandı

İrandan gətirilən kartoflarda zərərli orqanizmlər aşkar olundu

Azərbaycanda 16 illik şirkət ləğv edildi

17 yaşda neft şirkətində iş, 30-da CEO: “Təəssüf ki, çox böyük hədəflərim var”

17 yaşda neft şirkətində iş, 30-da CEO: “Təəssüf ki, çox böyük hədəflərim var”

"Bitcoin" və "Ethereum"da əhəmiyyətli artım - QİYMƏTLƏR

DTX dövlətə xəyanət etmiş Azər Bağırovu İordaniyadan Azərbaycana gətirdi

Rubl bahalaşdı, Avro ucuzlaşdı - Günün məzənnəsi

Kompüterdən sonra göz yorğunluğunu necə aradan qaldıraq? -SƏHƏR OXUSU

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin