BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.77
  • RUB
    1.7128
  • TRY
    0.0477
  • GBP
    2.0945
61851

COP29 ərəfəsində bir sıra beynəlxalq QHT-lərin koalisiyalar (COP29 İqlim Ədaləti Koalisiyası və COP-da haqqını tələb et) və ya kiçik qruplar halında Azərbaycanı hədəf alan kampaniyalar həyata keçirdikləri və təşəbbüslər irəli sürdükləri, qərəzli və birtərəfli hesabatlar hazırladıqları müəyyən edilib.

Bu barədə Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının hesabatında bildirilib.

Qeyd olunub ki, aşkarlanan QHT və fondların, demək olar ki, hamısının mənzil-qərargahı Qərb ölkələrində yerləşir və əsas donorları dövlət orqanları və institutlarıdır:

“Onların bəziləri donorlarını açıq, bəziləri qismən göstərir və həmin məlumatları tam qapalı saxlayanlar da mövcuddur. Onların hamısının parlamentlərdə olduğu kimi, eyni tezislərdən istifadə edərək Azərbaycanı hədəf aldıqları faktlarla sübut edilir”.

Hesabatda vurğulanıb ki, “COP-da haqqını tələb et” adlı koalisiya 2024-cü il sentyabrın 11-də yaradılıb. 33 QHT-nin və iki nəfər fiziki şəxsin qoşulduğu bu şəbəkə beynəlxalq ictimaiyyətə ünvanlanmış və Azərbaycana qarşı qərəzlə dolu olan müraciət imzalayıb.

“Tələbləri Azərbaycanın insan hüquqları və iqlim ədaləti üzrə öhdəlikləri yerinə yetirməsi, o cümlədən siyasi motivli həbsləri dayandırması, dövlət rəsmilərinin işgəncə və qeyri-insani davranışa görə məsuliyyətə cəlb edilməsi və vətəndaş cəmiyyətinə qarşı məhdudiyyətlərin götürülməsi məqsədilə qanunlarda dəyişiklik edilməsidir”.

Milli Məclisin komitəsinin sənədində vurğulanır ki, hesabat hazırlanan dövrdə öz veb-səhifəsində (domen qeydiyyatından 2024-cü il avqustun 1-də keçib) Azərbaycan əleyhinə 20 yazı paylaşıb və “X” platformasında fəal təbliğat aparıb.

“COP29 İqlim Ədaləti Koalisiyasının fəaliyyəti ilə bağlı veb-səhifəsində (domen qeydiyyatından 2024-cü il avqustun 22-də keçib) çox məlumat qoyulmasa da, təhlükəli şüarları diqqət cəlb edir – “Gəlin həmrəylik göstərərək, təşkilatlanmanı genişləndirək, dirənişimizi möhkəmləndirək, ədalət üçün mübarizəni gücləndirək, yeni və daha yaxşı dünya naminə sistem dəyişikliyinə nail olaq”.


Hesabat müəllifləri bildiriblər ki, açıq mənbələrin tədqiqi (OSINT) nəticəsində müəyyən edilib ki, bu “koalisiyalar” Azərbaycanda konkret cinayətə görə həbs olunmuş bir şəxsin yaxın ətrafı tərəfindən süni şəkildə formalaşdırılıb.

“Bu koalisiyaların fəaliyyətləri və tələbləri Azərbaycanın daxili işlərinə birbaşa müdaxilə cəhdi hesab edilə bilər”- hesabatda bildirilib.
Bundan başqa hesabatda qeyd olunur ki, Ermənistan COP29 tədbirinin Azərbaycanda keçirilməsinə rəsmən razılıq versə də, arxa planda həmişə Azərbaycana qarşı bütün platformalarda əks-təbliğat aparıb:

“İqlim konfransına aidiyyəti olmayan məsələləri qabardır, süni gərginlik yaratmağa və Azərbaycanın beynəlxalq nüfuzunu zədələməyə cəhdlər göstərir. Əgər ilk vaxtlar və sonrakı mərhələdə COP29-la heç bir əlaqəsi olmayan sülh danışıqları, sülh müqaviləsi, hərbi cinayətlər törətmiş şəxslərin azad edilməsi məsələləri süni surətdə gündəmə gətirilirdisə, son vaxtlar Ermənistan rəsmiləri tərəfindən tez-tez “Azərbaycan Ermənistana qarşı gələcək eskalasiyanı qanuniləşdirmək üçün COP29-dan istifadə edəcək” tezisindən istifadə edildiyini görmək olur”.

2023-cü ilin martından “Rasmussen Global” Aİ-dən bir sıra sabiq vəzifəliləri "Ermənistanın dostları şəbəkəsi"nə cəlb edərək Ermənistan hökumətinə lobbiçilik xidməti göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Karyerasına başladığı klubu aldı

Azərbaycanın BMT-dəki nümayəndəsi Nyu-Yorkda regionun investisiya imkanlarından danışıb

Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb

Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb

Xarakterimizə uyğun işi necə seçək? - SƏHƏR OXUSU

Dünyanın kənarında işləmək: Antarktida aşpaz və elektrik işçiləri axtarılır

Trampın sərəncamı - Kripto dünyasına verilən vədlər

"Ford"un 270 mindən çox avtomobilində problem aşkarlandı

DOST Agentliyi 25 min manatlıq nahar yeməyi alır

"Google"dan "OpenAI"in rəqibinə 1 milyard dollar investisiya

Evi 20 milyona satışa çıxarıldı

Çini tərk edən ABŞ şirkətlərinin sayı rekord həddə çatır

"SORTA" MMC-ə inzibati xəta protokolu tərtib olunub

“Pera Tekstil” məhkəmə qarşısında

X sosial şəbəkəsi yüz milyonlarla dollar cərimələnəcək

“Tender kralı” məhkəmə qarşısında

Xaricə neft bitumu satışından gəlirlərimiz 2 dəfədən çox azalıb

ABŞ-da şirkət rəhbəri işçilərinə 10 milyon mükafat verdi

ABŞ-da şirkət rəhbəri işçilərinə 10 milyon mükafat verdi

"TİHO İNŞAAT" MMC cərimələnir

AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiqlənib

Mərkəzi Bank “VMF”-i cərimələdi

Şirkət rəhbəri məhkəmədə həbs edildi

Kredit faizlərinin artımı kreditləşməyə necə təsir göstərib?

Hesablama Palatası: Bakı metrosu subsidiyadan təyinat üzrə istifadə etməyib

Naxçıvanda qanunsuz olaraq 133 min manat ünvanlı yardım ödənilib

Nazirlikdə yeni şöbə yaradıldı, rəhbər təyin edilib

“Yelo Bank”a departament rəhbəri təyin edildi

Dövlət qurumu büdcədən götürdüyü 172 milyon manatı banka depozitə qoyub

Dövlət qurumu büdcədən götürdüyü 172 milyon manatı banka depozitə qoyub

Ötən il Fransada 67 mindən çox uğursuz biznes qeydə alınıb

AQTA-nın fəaliyyətində nöqsanlar aşkarlandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin