BAKU Azərbaycan
°C
  • 1 USD ABŞ dolları
    0.0000
  • 1 EUR Avro
    0.0000
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0000
  • 1 GBP İngiltərə funt sterlinqi
    0.0000

Futbol təkcə populyar idman növü deyil, həm də böyük sənayedir. İdmanın populyarlığı və bunun nəticəsində yaranan böyük tələbat dünyanın ən böyük futbol klublarından bəzilərinin əsl iqtisadi nəhənglərə çevrilməsinə səbəb olur. Heç kimə sirr deyil ki, futbol klubları istər sponsorluq sövdələşmələri, istər televiziya hüququ, istər bilet satışı, istərsə də öz məhsullarını (formalar, aksesuarlar və s.) satmaqla külli miqdarda pul qazanırlar. 

Valyuta.az 2022-ci ildə dünyanın ən dəyərlisi omuş klubların yer aldığı siyahını təqdim edir. Siyahı “Forbes” jurnalında dərc olunub. "The Business Of Soccer" siyahısında yer alan klubların göstəriciləri ötən ilin may ayına qədər olan müddəti əhatə edir.

“Real” (Madrid, İspaniya) 

Dəyər: 4,29 milyard avro
2 illik dəyişiklik: +7% 
Borc/Dəyər nisbəti: 11% 
Gəlir: 640 milyon avro
Əməliyyat gəliri: 76 milyon avro

“Barselona” (İspaniya)

Dəyər: 4,23 milyard avro
2 illik dəyişiklik: +5%
Borc/Dəyər nisbəti: 15% 
Gəlir: 584 milyon avro
Əməliyyat gəliri: -14 milyon avro

“Mançester Yunayted” (İngiltərə)

Dəyər: 3,88 milyard avro
2 illik dəyişiklik: +10%
Borc/Dəyər nisbəti: 13%
Gəlir: 561 milyon avro
Əməliyyat gəliri: 108 milyon avro

“Liverpul”(İngiltərə)

Dəyər: 3,75 milyard avro
2 illik dəyişiklik: +9%
Borc/Dəyər nisbəti: 4%
Gəlir: 550 milyon avro
Əməliyyat gəliri: 88 milyon avro

“Bavariya” (Almaniya)

Dəyər: 3,60 milyard avro
2 illik dəyişiklik: +1%
Borc/Dəyər nisbəti: 0% 
Gəlir: 616 milyon avro
Əməliyyat gəliri: 87 milyon avro

“Mançester Siti” (İngiltərə)

Dəyər: 3,57 milyard avro
2 illik dəyişiklik: +6%
Borc/Dəyər nisbəti: 0%
Gəlir: 657 milyon avro
Əməliyyat gəliri: 134 milyon avro

PSJ (Fransa)

Dəyər: 2,69 milyard avro
2 illik dəyişiklik: +28%
Borc/Dəyər nisbəti: 3%
Gəlir: 550 milyon avro
Əməliyyat gəliri: -83 milyon avro

“Çelsi” (İngiltərə)

Dəyər: 2,59 milyard avro
2 illik dəyişiklik: -3%
Borc/Dəyər nisbəti: 0%
Gəlir: 493 milyon avro
Əməliyyat gəliri: 40 milyon avro

“Yuventus” (İtaliya)

Dəyər: 2,06 milyard avro
2 illik dəyişiklik: +26%
Borc/Dəyər nisbəti: 11%
Gəlir: 434 milyon avro
Əməliyyat gəliri: 22 milyon avro

“Tottenhem” (İngiltərə)

Dəyər: 1,97 milyard avro
2 illik dəyişiklik: +2%
Borc/Dəyər nisbəti: 45% 
Gəlir: 403 milyon avro
Əməliyyat gəliri: 107 milyon avro

“Arsenal” (İngiltərə)

Dəyər: 1,72 milyard avro
2 illik dəyişiklik: -27% 
Borc/Dəyər nisbəti: 1%
Gəlir: 365 milyon avro
Əməliyyat gəliri: 45 milyon avro

“Borussiya” (Dortmund)

Dəyər: 1,514 milyard avro 
2 illik dəyişiklik: -5%
Borc/Dəyər nisbəti: 0%
Gəlir: 338 milyon avro
Əməliyyat gəliri: 17 milyon avro

“Atletiko” (İspaniya)

Dəyər: 1,27 milyard avro
2 illik dəyişiklik: +50%
Borc/Dəyər nisbəti: 11%
Gəlir: 476 milyon avro
Əməliyyat gəliri: 51 milyon avro

“Milan” (İtaliya)

Dəyər: 1,05 milyard avro
2 illik dəyişiklik: +115%
Borc/Dəyər nisbəti: 4%
Gəlir: 219 milyon avro
Əməliyyat gəliri: -13 milyon avro

“İnter” (İtaliya)

Dəyər: 870 milyon avro
2 illik dəyişiklik: +35%
Borc/Dəyər nisbəti: 41%
Gəlir: 332 milyon avro
Əməliyyat gəliri: 3 milyon avro

“Everton” (İngiltərə)

Dəyər: 825 milyon avro
2 illik dəyişiklik: +43%
Borc/Dəyər nisbəti: 13%
Gəlir: 226 milyon avro
Əməliyyat gəliri: -17 milyon avro

“Lester” (İngiltərə)

Dəyər: 810 milyon avro
2 illik dəyişiklik: +103% 
Borc/Dəyər nisbəti: 9%
Gəlir: 265 milyon avro
Əməliyyat gəliri: 14 milyon avro

“Vest Hem” (İngiltərə)

Dəyər: 790 milyon avro
2 illik dəyişiklik: +77%
Borc/dəyər nisbəti: 8%
Gəlir: 226 milyon avro
Əməliyyat mənfəəti: 36 milyon avro

“Lids” (İngiltərə)

Dəyər: 700 milyon avro
2 illik məlumat yoxdur
Borc/dəyər nisbəti: 0%
Gəlir: 200 milyon avro
Əməliyyat mənfəəti: 45 milyon avro

“Aston Villa” (İngiltərə)

Dəyər: 655 milyon avro
2 illik məlumat yoxdur
Borc/dəyər nisbəti: 0% 
Gəlir: 206 milyon avro
Əməliyyat mənfəəti: 10 milyon avro

Cədvəl dünyanın ən yaxşı futbol klublarının qiyməti və uğurları haqqında məlumat verir. “Forbes” klubları gəlir, mənfəət, stadion və məşq obyektlərinin, brend dəyəri və borclarına əsasən dəyərləndirib. Futbolun populyarlığına və bununla bağlı böyük maliyyə axınlarına görə, klubların qiymətləndirmələri adətən çox yüksək olur. Cədvəl göstərir ki, “Real” hazırda 4,29 milyard avro təxmini qiymətilə dünyanın ən dəyərli futbol klubudur. Bu təəccüblü deyil, çünki “Real” uzun illərdir dünyanın ən uğurlu və tanınmış klublarındandır. İkinci yerdə 4,23 milyard avro dəyərində "Barselona" gəlir. 

Cədvəl həmçinin İngiltərə təmsilçilərinin ilk “10-luq”dakı klublar arasında güclü mövqeyə malik olduğunu göstərir. “Mançester Yunayted” 3,88 milyard avro dəyəri ilə üçüncü yerdədir (on ildir ki, İngiltərə çempionu olmamasına baxmayaraq). Üçüncü yerdə “Liverpul” (3,75 milyard avro) qərarlaşıb. 3,57 milyard avro dəyərlə altıncı yerdə “Mançester Siti”dir. Son iki ildə əksər klubların dəyəri artıb. “Milan” və “Lester” öz dəyərini iki dəfədən çox artırdı. Onları “Vest Hem” (+77%), “Atletiko”(+50%) və “Everton” (+43%) izləyir. “Arsenal” və “Çelsi” kimi digər klublar dəyərlərində azalma yaşadılar. “Arsenal” 27%, “Borussiya” 5%, “Çelsi” 3% dəyər itirib. 

Maliyyə baxımından klublar arasında maraqlı fərqlər var. “Liverpul”un ən aşağı borcun dəyərinə nisbəti cəmi 4%-dirsə, “Tottenhem” 45%-lə ən yüksəkdədir. Gəlirlərə baxsaq, “Mançester Siti” 657 milyon avro ilə liderlik edir, “Lids” 200 milyon avro ilə sonuncu yerdədir. Bu klublar arasında ən yaxşı əməliyyat nəticələrinin siyahısına İngiltərə Premyer Liqasının dörd klubu başçılıq edir. 

“Mançester Siti” 134 milyon avro nəticə ilə zirvədədir, ikinci yerdə eyni şəhərin digər komandası “Mançester Yunayted”dir (108 milyon avro). Bu göstəricidə sonrakı yerlərdə “Tottenhem” (107 milyon avro) və “Liverpul” (88 milyon avro) gəlir. PSJ-nin isə bu siyahıdakı göstəricisi mənfiyə düşüb (-83 milyon avro).

Elmir
 

Son xəbərlər

Əzmkarlıq nümunəsi - “Harri Potter”in müəllifinin hekayəsi

Şirkətlər heyvanları sığortalamaqdan niyə boyun qaçırırlar?

Məmur oğluna məxsus şirkət 2 milyonluq dövlət sifarişi alıb - Bir ildə 11 tender

Sosial problemlər, kənar müdaxilələr... - Ailələr niyə dağılır?

Azərbaycanda meyvə-tərəvəz məhsulları niyə brendləşdirilmir?

Azərbaycan Qarabağın erməni sakinləri üçün yanacaq göndərib (FOTO)

Misir Mərdanovun nəvəsinə vəzifə verildi (FOTO)

Misir Mərdanovun nəvəsinə vəzifə verildi (FOTO)

Azıx və Tağlar mağaraları UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi

Nazirlər Kabineti büdcə layihələrinin Prezidentə təqdim edilməsi ilə bağlı qərar verdi

Jurnalistə yeni vəzifə verildi

Əsil biznes lanç necə olur?

Təhsil Şöbəsinə yeni müdir təyin edildi

Nazirdən yeni təyinat (FOTO)

"Kirayə tutub, adıma şirkətlər açdılar" - Milyonlarla manat borcu olan sahibkar hansı məmura bağlıdır?

Prezident tapşırıq verdi, Qarabağla bağlı İşçi qrup yaradıldı

Bazar gününün hava proqnozu

Dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət xətti ilə neçə mənzil kirayə verilib?

Azərbaycanda dövlət domen adlarına bənzədilmiş saxta domenlərin sayı açıqlandı

Azərbaycan Cənubi Koreya şirkətlərilə "ağıllı kənd təsərrüfatı" ilə bağlı memorandum imzalayıb (FOTO)

Bütün xəbərlər