BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8505
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1569
32251

Transfer pəncərəsinin son tarixində həyata keçirilən transferlər nadir hallarda ümidləri doğruldur. Ancaq “Arsenal”, “Çelsi”, “Mançester Yunayted” və “Tottenhem” yay transfer pəncərəsinin son günündə uğura imza atan klublardandır. Bir çox klublar fasiləsində heyətini formalaşdırandan sonra, transfer pəncərəsinin son tarixinə qədər imkan düşdükcə, komandaya əlavə güc qatmaq üçün də çalışırlar. 

Valyuta.az İngiltərədə yay transfer pəncərəsinin son günündə baş tutmuş ən yaxşı sövdələşmələrdən bəzilərini nəzərinizə çatdırır.

Mikel Arteta

“Arsenal”ın 2011-12-ci illlərdəki transfer siyasəti fəlakətlə nəticələndi. Həmin mövsümdə ilk üç matçda qələbə qazana bilməyən komanda “Mançester Yunayted”ə 8:2 hesablı məğlubiyyətə üzüldü. Uzun və ağrılı bir mövsüm kimi görünürdü, lakin son tarix əlavəsi olan Arteta “Arsenal”ın yarımmüdafiə xəttində çox ehtiyac duyulan beyin idi və o, komandanın taleyini dəyişməyə kömək etdi. Artetanın liderlik keyfiyyətləri dərhal gözə çarpdı və bu onun əvvəlcə “Topçuların” kapitanı, daha sonra baş məşqçi təyin edilməsi ilə nəticələndi.

Karlos Tevez

Tevez “Upton Park”a Xavier Maskerano ilə yanaşı gəldi, lakin Maskerano altı aydan sonra ayrıldı. Tevez isə “çəkicləri” Premyer Liqada saxlayan qolları vurmağa davam etdi. “Şeffild Yunayted” azarkeşləri razılaşmayacaqlar, amma etiraf edək ki, təhlükəli transferlər çox əyləncəlidir.

Eşli Koul

“Çelsi” pul qazanmaq üçün Koulun qiymətini beş milyon funt-sterlinqə endirir, müqaviləsinin bitməsinə bir il qalmış  klubdan ayrılmaq istəyən Vilyam Qallas isə əks istiqamətdə hərəkət edir. Bu indiyəqədərki ən yaxşı son tarix transferləri arasında olmalıdır. “Zadəganlar” Londonun qərbində dünyanın ən yaxşı sol cinah müdafiəçilərindən biri statusunu möhkəmləndirməyə davam edən Koulu uzun müddət idi ki, heyətinə qatmaq istəyirdi. Futbolçu klubdan ayrılandan sonrakı açıqlamasında, "Orada əla vaxt keçirdim və əlbəttə ki, köhnə oyunçular üçün darıxıram. Amma irəli getdim və bacardığım hər kuboku qazandım, ona görə də geriyə baxıb peşman olduğumu söyləməzdim. Orada çox yaxşı anlar keçirdim və əlbəttə, getdiyim yol bəlkə də təhlükəli idi, amma düşünürəm ki, onlar da mənə hörmətsizlik göstərdilər. Özümü də günahlandırmalıyam. Ola bilsin ki, mən hər şeyi yanlış şəkildə etmişəm. Amma indi geriyə baxanda bir çox tərəfləri günahlandıra bilərdim və bu, artıq 10 il əvvəldə qalıb” - ifadələrini ilətmişdi.  

Dimitar Berbatov

Son tarixdə həyata keçirilən ən maraqlı transfer dastanlarından biri 2008-ci ildə “Tottenhem”dən ayrılandan sonra “Mançester Siti” ilə ilkin razılığa gəlməsinə baxmayaraq, Berbatovun “Manchester Yunatyted”ə qoşulması idi. "Tottenhem" "Mançester Yunayted"dən "oyunçusunu narahat etməyə çalışaraq düzgün iş görmədiyi" barədə şikayətindən sonra Berbatovu “Mançester Siti”yə satmaq niyyətində idi. Ancaq “Old Trafford”a getməkdə israrlı olan hücumçu “Mançester Siti” ilə danışmaqdan imtina etdi və istəyinə çatdı. Çünki “Tottenhem” 30.75 milyon funt-sterlinqlik təklifi qəbul etməkdə tələsmişdi. Əvəzində "Mançester Siti" Robinyonu transfer etdi. Lakin bolqar futbolçu "Mançester Yunayted"lə böyük uğurlar - altı kubok və 2010/2011-ci illərdə "Qızıl buts"u qazandı.

Ueyn Runi

Ser Aleks Ferqüsson Runi haqqında, "Düşünürəm ki, biz bu ölkənin son 30 ildə gördüyü ən yaxşı gənc oyunçuya sahibik" - demişdi. Runinin “Mançester Yunayted”ə gəlişi günü klubun möhkəm sərmayə qazandığını söyləmək doğru olar - 13 il, 559 oyun, 253 qol, 16 kubok…

Klod Makelele

2003-cü ildə “Çelsi” Makeleleni “Real”dan 16.6 milyon funt-sterlinq qarşılığında transfer etdi. Makelelenin gedişini “Real” üçün böyük itki kimi dəyərləndirən onun komanda yoldaşı, əfsanəvi fransalı futbolçu Zinəddin Zidan açıqlamasında, "Bütün mühərriki itirdiyiniz zaman niyə “Bentli”nin üstünə bir qat qızılı boya vurursunuz?" - demişdi. Çünki klub Makelelenin əvəzinə Devid Bekhemi transfer etmişdi. 

Hüqo Lloris

“Tottenhem”lə 15 milyon avro dəyərində olan müqavilə imzaladıqda Lloris artıq Fransa millisinin kapitanı idi və Avropanın ən yaxşı qapıçılarından biri kimi tanınırdı. Həmin dönəmə qədər komandanın əsas qapıçı sayılan Bred Fridel Llorisin gəlişindən sonra qısa müddət ərzində “Tottenhem”in “1 nömrə”si kimi qaldı, lakin fransız sonradan Hotspur təmsilçisinin mübahisəsiz ilk seçimi oldu. Onun gəlişindən sonra ikinci plana düşən Fridel 2014-cü ildə “The Sun”a verdiyi açıqlamada, “Lloris “Tottenhem”lə müqavilə imzalayanda belə bir klubun 10-14 il, bəlkə də daha uzun müddət heyətdə qalacağı gözlənilən gənc qapıçıya layiq olduğunu söylədim. İnanıram ki, Hüqoda bacarıq var. O, uzun illər ərzində burada “1” nömrə ola bilər. Hüqo haqqında kifayət qədər yüksək danışa bilməsəm də o, peşəkardır və çox yaxşı oğlandır” - demişdi. Hüqo, indi tələbləri qarşılamaya bilər, amma “Tottenhem” üçün əla xidmətçi idi.

Rafael van der Vaart

Niderland millisinin keçmiş futbolçusu “Real”dan səkkiz milyon funt-sterlinq qarşılığında “Tottenhem”ə keçdi. Son anda Premyer Liqa üçün lazımi sənədləri doldurandan və müəyyən problemlər yoluna qoyulduqdan sonra onun transferinə icazə verildi. Həmin vaxt “Tottenhem”in baş məşqçisi olan Harri Rednep niderlandlının transferi ilə bağlı açıqlamasında, “Bu, son dəqiqə işi idi. Düşünürəm ki, o, bazar ertəsi günü 18 milyon funt-sterlinqə “Bavariya”ya gedirdi və birdən-birə qiyməti daha da ucuzlaşdı. Onlar mənə 16:00 radələrində bildirdilər ki, səkkiz milyon funt-sterlinqə kluba keçməyə hazırdır və bu qiymətə görə komandanı mütləq təkmilləşdirə biləcək ən yaxşı oyunçudur. Son tarix çox yaxınlaşdığına görə ödəniş aşağı düşdü” - demişdi. 

Rafinya

Braziliyalı ulduz, 2020-ci ilin son günündə Marselo Bielsanın çalışdırdığı “Lids”ə keçmək üçün həmin vaxt Çempionlar Liqasında mübarizə aparan “Renn”i tərk etdi. O, dərhal Premyer Liqada diqqəti cəlb etdi, bacarıqları ilə göz qamaşdırdı və vacib oyunçu olduğunu sübut etdi. Rafinya, “Lids”ə cəmi 17 milyon funt-sterlinqə başa gəldi, lakin bir neçə ildən sonra bu qiymətin təxminən üç qatı dəyərində “Barselona”ya satıldı. 

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ukrayna işığa həsrət qala bilər - YASNO çox çətin dövrün nə vaxt başlayacağını bildirdi

Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi

Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat

“Qafqaz Auto” məhkəmə qarşısında

Özəl xəstəxanalara nəzarət mexanizmi - Yeni qurum hansı işləri görəcək? (ŞƏRH)

Estoniya Rusiya aktivlərinin Kiyevə verilməsi haqqında qanun qəbul etdi

Bakının darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrin icrasına başlanılıb

Qarabağ Universitetinə mətbuat katibi axtarılır

Fidan Tofidi departament rəhbəri təyin edildi

Fidan Tofidi departament rəhbəri təyin edildi

Bolqarıstan "Qazprom"dan 400 milyon avro tələb edir

Nazirlikdən yarım milyonluq nəqliyyat sövdələşməsi

Qusarda ağacların kəsilməsinə görə bələdiyyə sədri həbs edildi

Sevdiyimiz, yoxsa gəlirli peşəni seçək?

Sabah güclü külək olacaq - SARI XƏBƏRDARLIQ

Ölkəyə gətirilən hibrid avtomobillərin qiyməti kəskin bahalaşıb

AK "Instagram" və "Facebook"la bağlı araşdırmaya başladı

Prezidentlər "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri ilə tanış oldu

Sumqayıtda mənzil qiymətləri niyə bahalaşır?

Belarus Azərbaycana birgə əczaçılıq müəssisələri yaratmağı təklif edib

Bu il Azərbaycanda 600 kiloqrama yaxın qızıl istehsal olunub – Rəqəmlərdə azalma

"Yapı Kredi Bank"ın kredit portfelinin tərkibi I rübdə necə dəyişib?

Ən ucuz qatlanan smartfon satışa çıxarıldı

Azərbaycanda bu kənddəki tarixi evlər bərpa olunacaq

Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşdı

Azərbaycan-Belarus sənədləri imzalandı (YENİLƏNİB)

Ölkədə kənd, meşə təsərrüfatı və balıqçılıqla məşğul olan 130 minə yaxın qadın sahibkar var

Türkiyəyə birdən çox telefon aparmaq olmayacaq - Yeni qadağa

“PAŞA Kapital İnvestisiya Şirkəti”ndə yeni təyinat

“PAŞA Kapital İnvestisiya Şirkəti”ndə yeni təyinat

Azərbaycanda sərnişin daşımaları 8%-ə yaxın artıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin