BAKU Azərbaycan
26.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
28529

“Toyların sayı xeyli azalıb. Əvvəllər orucluqdan sonra hər gün toy yazırdıq, indi heç o da olmadı. Ramazandan sonra aprelin 28-30-u normal toy oldu. Qalanları 50-70 nəfərlik idi. Qonaq sayı da azalıb. 80-100 nəfərlik toy edənlər artıb. Qonaq sayı az olan toylar da şadlıq sarayı üçün elə də gəlirli deyil. 500 nəfərlik toylar indi maksimum 250 nəfərlə keçirilir. Heç vaxt Azərbaycanda olmayan haldır”. Bu sözləri bizimlə söhbətində “Xudafərin” şadlıq sarayının administratoru Səyavuş Əsgərov söylədi.

“Neolit”in administratoru Rafət Şahmarov da əvvəlki kimi sifariş götürmədiklərini deyir: “Əvvəllər mart-aprel aylarında hər ay 15-18 toy tuturduqsa, bu il 4-5 toy oldu. 600-700 nəfərlik toylar yoxdur. 200-250, maksimum 400 nəfərlə edirlər. Ayda 500-600 nəfərlik maksimum bir toy olur”.

Başqa bir neçə administratorla da söhbətləşdik. Deyirlər ki, indi çox ailə qız-oğlan toyunu bir edir. Bu da ümumi toy sayına təsir göstərir. Qiymətlərlə bağlı da insanların narazılıqları var. Bəziləri mümkün qədər imici qorumaq şərtilə uyğun qiymət təqdim etməyə çalışdıqlarını bildirdilər, “qazanc yoxdur” dedilər.

Birinin isə qeydi belə oldu: “Əvvəllər 5 müraciətdən 3-4-ü ilə razılaşırdıqsa, indi 5-indən biri ilə razılaşanda papağımızı göyə atırıq”.

Nə etmək haqqında düşünürlər? Sualımıza cavabları təxminən eynidir: “Yayı gözləyirik”.

Əslində, durum məlumdur. Mərasim evinə çevrilən, yerində market açılan və s. şadlıq sarayları var. Bəs bu sektoru nə gözləyir?

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, toyların azalmasının bir neçə səbəbi var: “Ərzaq qiymətləri bahalaşır, şadlıq sarayları da müvafiq olaraq menyu qiymətlərini artıra-artıra gedirlər. Əhali də bunu qarşılaya bilmir. Ona görə oğlan-qız toyunu birləşdirirlər, yaxud daha az qonaqla ayrı-ayrı edirlər. Üstəlik, 300-500 nəfəri toyuna çağıran adam sonra onların toyuna getməli idi. İnflyasiya fonunda artıq adamlar görürlər ki, sonra o xərcləri qarşılamaq ciddi problemdir. Bunu görənlər az adam çağırır ki, özü də az toya getsin. Toy davranışında bu cür dəyişiklik varsa, cəmiyyət olaraq sevinməliyik. “Qonşudan geri qalma” prinsipi ilə ənənələr formalaşmışdı. Lazımsız ciddi istehlak israfı müşahidə olunurdu“.
X.Kərimli deyir ki, məlum sahəyə investisiya yatıran biznes adamları əslində, bunun olacağını görməli idilər: “Eyni ərazidə nə qədər şadlıq sarayı tikilib. O vaxt toylar çox idi, işləri də yaxşı gedirdi. Biznes qurularkən tələb-təklifin dəyişə biləcəyi proqnozlaşdırılmalıdır. Ən böyük günahları odur ki, sektorun potensialını, gücünü, perspektivini düzgün hesablaya bilməyiblər. Təbii ki, bazara gələnlər bu riskləri - bu günü də görməli idilər”.
İqtisadçı bu gün rəqabət yarandığını, qaliblərin bazarda qalacağını deyir: “Şadlıq sarayı çox, əhalinin alıcılıq qabiliyyəti isə aşağıdır. Artıq bu sahədə rəqabətlilik dövrü yaranıb. Müştərilər üçün üstünlükdür. Özlərinə uyğun və yaxşı olanı seçirlər. Rəqabətdə kim udacaqsa, sektorda qalacaq”.

Şadlıq sarayları həm də bir çoxları üçün iş yeri idi. X.Kərimli bildirdi ki, toy azdırsa, onsuz da orada çalışanların gəliri normal olmur: “Hansısa aktiv olmayan biznesin bağlanması iqtisadiyyat üçün yaxşıdır. Səmərəsiz məşğulluq iqtisadiyyata fayda gətirmir. Həmin insanlar özlərinə yeni iş tapacaqlar. İqtisadiyyat daha səmərəli şəkildə fəaliyyətini davam etdirəcək”.

İnvestorlara gəlincə isə, X.Kərimli onların fərqli sahələrə yönəlib yenə də biznes fəaliyyətlərini davam etdirə biləcəklərini qeyd edir: “Adamlar səhv hesablayıb investisiya qoyublar. İndi bazardakı durumdan dolayı səhvlərini bu və ya digər dərəcədə düzəltməyə çalışırlar. Onlar böyük investorlardır. Maliyyələri var. Perspektiv olmadığını görsələr, fərqli biznesə keçəcəklər. Bu da normal haldır”.

Marketoloq Seymur Quliyev bildirdi ki, düzgün marketinq strategiyası olan, uyğun qiymətlər təklif edənlər bazarda qala biləcəklər: “Ola bilər ki, əvvəlki qədər toy yoxdur, yaxud daha az qonaqla toylar edirlər. Bəs toy edənlər hansı şadlıq saraylarını seçirlər? Qiyməti daha münasib olanları. Bazarda qalmaq istəyənlər ilk olaraq keyfiyyəti salmadan, mümkün olduğu qədər qiymətləri aşağı edə bilərlər. Bu, insanları birinci cəlb edən məsələdir.

Eyni zamanda, düzgün marketinq strategiyası qurmalıdırlar. Oturub gözləmək yox, maraqlı, fərqli təkliflərlə çıxış etmək zamanıdır. Məsələn, qonaq sayı nə qədərdən çox olsa, ev sahibinə hədiyyə verə bilərlər - bal ayı, üzük... Həmin restoranda toyundan bir il keçən cütlükləri hansısa kampaniyaya dəvət edə bilərlər. Bütün hallarda qiymət məsələsini insanların cibinə uyğunlaşdırmalıdırlar”.

Mənbə: “Kaspi” qəzeti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bu MMC-nin külli miqdarda vergi borcu var

Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikiləcək

Azərbaycan hansı ölkələrdən xlor alır?

Azərbaycanda yeni tibb müəssisəsi tikilir - 18,5 milyon manata

Paytaxtda qurbanlıq heyvanları bu QİYMƏTƏ satırlar

"Amazon" insansı robotlarla qapıya çatdırılma dövrünü başladır

Tramp Maskı cəzalandırmaq üçün nə qədər irəli gedə bilər? - "Reuters"

Məşhur makaron markasının məhsulları geri çağırılır: Avropa Birliyindən XƏBƏRDARLIQ

2025-ci ilin ən yaxşı səyahət kameraları - SİYAHI, FOTOLAR

Bu kənddə evlərin təmirinə 8,8 milyon manat ayrıldı

Bakıdakı müəllimlər bölgə universitetlərində buna görə dərs demək istəmir

Bakıdakı müəllimlər bölgə universitetlərində buna görə dərs demək istəmir

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd Milli Məclisə təqdim olunacaq

Bir gündə bank kartlarından 8 min manat pul oğurlandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin