Aqrar
07.12.2023 / 15:21
11 ayda fermerlərə 3 milyon manata yaxın ödəniş edilib
38121
Bu ilin yanvar-noyabr aylarında Aqrar Sığorta Fondu zərər çəkmiş fermerlərə 2,742 milyon manat ödəniş edib.
Bu barədə Valyuta.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Məlumata görə, hesabat dövründə bitkiçilik təsərrüfatları üzrə 2,044 milyon manat, heyvandarlıq təsərrüfatları üzrə isə 698 min manat sığorta ödənişi verilib.
Xatırladaq ki, Fond 2021-ci ildə 1,7 milyon manat, 2022-ci ildə isə 2,3 milyon manat ödəniş edib. Başqa sözlə, bu ilin 11 ayında həyata keçirilən ödənişlər əvvəlki illərdən daha artıqdır. Buna səbəb ölkədə aqrar sığorta istifadəçilərinin sayının artması, eləcə də qeyri-sabit hava şəraiti və təbiət hadisələrinin çoxalmasıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay