Məcnun Məmmədov səfirlərlə görüşdü
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb.
Qonaqları salamlayan kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq dinamik inkişaf edir. Tərəflər aqrar sahədə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar.
Görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı sahəsində ən müasir texnologiyaların transferi məsələləri müzakirə olunub.
Həmçinin, kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Moldova Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko arasında görüş keçirilib.
Görüşdə Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyəti, komissiyanın bu ilin dekabrın 6-da Moldovada keçiriləcək beşinci iclası ilə bağlı məsələlər müzakirə olunub. Eyni zamanda, tərəflər iki ölkənin kənd təsərrüfatı, enerji, nəqliyyat, təhsil, turizm və digər sahələrdə əməkdaşlıq imkanları, bu sahələrdə imzalanmış və razılaşmada olan müqavilələr, gələcək əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay