26.01.2022 / 11:06
Pambığın fermerlərdən alış qiyməti növbəti dəfə artırılır
19037
"Bu il də pambıq şirkətləri ilə aparılan müzakirələrə əsasən, Azərbaycanda xam pambığın fermerlərdən alış qiyməti 50 manat artırılacaq".
“Report” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Salyanda pambıqçılıqla bağlı keçirilən müşavirədə deyib.
Onun sözlərinə görə, bununla da 2022-ci il məhsul yığımı mövsümündə şirkətlər pambığın hər tonunu sortundan asılı olaraq fermerlərdən 650-750 manata alacaqlar: "Bu son deyil, mövsümün gedişindən asılı olaraq pambıq şirkətlərinin alış qiymətini artırması məsələsinə bir daha baxılacaq".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay