"Aqrarkredit"in əmlakları 30% endirimlə satışa çıxarılır

Redaktor

18.12.2025 14:10
70

"Aqrarkredit"in əmlakları 30% endirimlə satışa çıxarılır

2026-cı ilin 7 və 15 yanvar tarixlərində "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansında olan müxtəlif növ daşınmaz əmlaklar və nəqliyyat vasitələri üzrə hərraclar keçiriləcək. 

Valyuta.az xəbər verir ki, 15 yanvar tarixində keçiriləcək hərraca Şəki şəhərindəki Salman Mumtaz küçəsində yerləşən 29.8 hektar torpaq sahəsi çıxarılacaq.

Bu torpaq sahəsinin ümumi sahəsi 4 718 000 m²-dir və start qiyməti 23 590 manat olaraq müəyyən edilib. Həmçinin, eyni küçədə 7.3 hektar sahəsi olan başqa bir torpaq sahəsi da satışa çıxarılacaq. Onun ümumi sahəsi 1 157 000 m²-dir və qiyməti 5 785 manat olaraq təyin edilib. Digər bir torpaq sahəsi isə 7.1 hektar olub, ümumi sahəsi 1 125 000 m²-dir və start qiyməti 5 625 manatdır. Bundan əlavə, Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsində yerləşən qeyri-yaşayış binası da hərraca çıxarılacaq. Bu binanın ümumi sahəsi 0.9279 hektardır və qiyməti 4 000 000 manat olaraq müəyyən edilib.

7 yanvar tarixində keçiriləcək hərraca isə "Audi A6" markalı 2012-ci il buraxılışlı nəqliyyat vasitəsi çıxarılacaq. Nəqliyyat vasitəsinin start qiyməti 14 350 manat, beh məbləği isə 1 435 manatdır. Bu avtomobil 3-cü dəfə 30% qiyməti aşağı salınmaqla təkrar satışa çıxarılır.

Eyni tarixdə, keçiriləcək bir başqa hərracda Bakı şəhərinin Nərimanov rayonunda yerləşən qeyri-yaşayış sahəsi satışa çıxarılacaq. Sahənin ümumi sahəsi 367,600 kv.m-dir və qiyməti 591 836 manat olaraq müəyyən edilib. Şəki rayonu, Daşüz kəndində yerləşən bir torpaq sahəsi üzrə icarə hüququ da satışa çıxarılır. İcarə hüququnun qiyməti 484 400 manatdır və icarənin illik məbləği 5 000 manatdır. Bu torpaq sahəsinin icarə hüququ 06.02.2053-cü ilədəkdir. Bu əmlak da 3-cü dəfə 30% qiyməti aşağı salınmaqla təkrar satışa çıxarılır.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bankların gecikməyə görə faiz borcundan faiz pulu tutması qanunidir? - VİDEO

18.12.2025

Ən yaxşı liderlər böhran zamanı yüksək riskli qərarları necə verirlər?

18.12.2025

Ultra-zənginlərin seçimi: 2025-ci ildə alınan bahalı 5 lüks daşınmaz əmlak bazarı

18.12.2025

Onların bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir

18.12.2025

Şirkət 1,8 milyard dollar qiymətləndirmə ilə 300 milyonluq investisiya alıb

18.12.2025

Unun topdansatış qiymətləri açıqlandı - FOTO

18.12.2025

İlon Mask açıqladı: Yer orbitində neçə peyk var?

18.12.2025

“Kontakt Home” 1,7 milyondan çox borc ödəməyə məcbur edildi

18.12.2025

Bu hospitalın dövlətə borcu 26,5 milyonu ötdü

18.12.2025

Çin avtomobillərinin əsas problemləri: Nələri bilmək lazımdır?

18.12.2025

30 saniyəlik reklam üçün 7 milyon?

18.12.2025

Şirkətlər bu oyuncaqların satışından milyardlarla dollar qazanıb

18.12.2025

ABB-yə məxsus avtomobillər satışa çıxarılır - QİYMƏTLƏR

18.12.2025

Gələn ildən xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə yeni giriş qiymətləri tətbiq ediləcək

18.12.2025

Bakıda camışların sayı azalıb

18.12.2025

Manatın insanların “cibində” qalma müddəti azalıb

18.12.2025

Beybutovun 4 milyonu kimdədir? - Cavid Hüseynli azadlığa buraxıldı

18.12.2025

Rüşvət alan bağça müdiri işdən çıxarıldı

18.12.2025

"Amazon" "OpenAI"a 10 milyardlıq investisiya planlaşdırır

18.12.2025

Onlara bayrama görə 1000 manat verildi

18.12.2025

Məzənnə

Yüklənir...