"100 manat bir il ərzində təxminən 5 manat 70 qəpik dəyər itirib"

Redaktor

22.12.2025 10:50
184

"100 manat bir il ərzində təxminən 5 manat 70 qəpik dəyər itirib"

Əhalinin böyük bir qismi hesab edir ki, pul əvvəlki dəyərini itirib. Xüsusilə də insanlar illər əvvəl 50 manatla edilən bazarlıqla bu gün eyni məbləğlə edilən alış-verişi müqayisə edərkən aradakı ciddi fərqi açıq şəkildə hiss edirlər. Keçmişdə gündəlik ehtiyacları rahatlıqla qarşılamaq mümkün olduğu halda, bu gün eyni məbləğlə daha az məhsul almaq mümkündür. Bu vəziyyət cəmiyyətdə “pulun dəyərsizləşməsi” fikrini formalaşdırır. 

İqtisadçı Xalid Kərimli Valyuta.az-a açıqlamasında bildirib ki, bu proses iqtisadiyyatda inflyasiya adlanır:

“İnflyasiya zamanı qiymətlər artır, lakin pulun nominal məbləği dəyişmir. Nəticədə isə pulun alıcı qabiliyyəti azalır. Yəni problem pulun üzərində yazılan rəqəmdə deyil, onun bazarda nə qədər məhsul və xidmət ala bilməsindədir”.

İqtisadçının sözlərinə görə, son illərdə, xüsusilə pandemiya dövründə inflyasiya yüksək olub. Belə ki, iki il ərzində qiymətlər iki rəqəmli səviyyədə artıb. Orta ərzaq qiymətləri isə bir il ərzində təxminən 15% yüksəlib.

“Bu il inflyasiya 5,7% təşkil edir. Bu isə o deməkdir ki, 100 manat bir il ərzində təxminən 5 manat 70 qəpik dəyər itirib. Yəni ötən il 100 manata alınan məhsulları indi 105 manat 70 qəpiyə almaq mümkündür. Eyni zamanda, ərzaq inflyasiyası 8,2% səviyyəsindədir. Bu da onu göstərir ki, bir il əvvəl 100 manatlıq ərzaq məhsulu indi 108 manat 20 qəpiyə başa gəlir. İllər keçdikcə isə inflyasiyanın təsiri ilə pul təbii olaraq daha çox dəyər itirir”.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Gələcəyin ən etibarlı peşələri: Süni intellekt onlara qalib gələ bilməyəcək

22.12.2025

Azərbaycanda elan olunmuş illərin siyahısı

22.12.2025

Azərbaycanda siqaretlər bahalaşır: Yeni ildən qiymətlər artırılacaq

22.12.2025

Bu xəstəxananın direktor müavini işdən çıxarıldı

22.12.2025

Gizlilik baxımından ən təhlükəli veb-brauzerlər - SİYAHI

22.12.2025

"OpenAI" "ChatGPT"nin ünsiyyət üslubunu fərdiləşdirilə bilən etdi

22.12.2025

Orxan Nəzərli özünə 2 yeni müşavir təyin etdi

22.12.2025

İndi alınması məsləhət görülən ən yaxşı AI kriptovalyutası

22.12.2025

Bayramda kiçik bizneslər üçün böyük fürsətlər var - Forbes

22.12.2025

“Azərbaycan Dəmir Yolları” ötən ili 1.8 milyard manat zərərlə başa vurub

22.12.2025

Dövlət Xidmətində iki yeni təyinat

22.12.2025

Çin Rusiyadan qızıl alır: Noyabr ayı satışları tarixi rekord qırıb

22.12.2025

"Samsung" "Galaxy S26"nın təqdimatını təxirə salır - Qiymət artacaq

22.12.2025

Direktor müavini təyin edildilər

22.12.2025

Atalıq məzuniyyətinin müddəti və ödənişi necə hesablanacaq? - Vacib Detallar

22.12.2025

İnsan resursları üzrə startap 500 min dollar investisiya aldı

22.12.2025
Şirkətlər niyə işçi götürməyəcəkləri halda vakansiya elanları paylaşırlar?

Şirkətlər niyə işçi götürməyəcəkləri halda vakansiya elanları paylaşırlar?

22.12.2025

"Binance" yeni kriptovalyutanı siyahıya salır

22.12.2025

Azərbaycanda bu şəxslərə vergi güzəşti tətbiq ediləcək - RƏSMİ

22.12.2025

Bağlanmış banklar “Bakı Metropoliteni”nin 3.7 milyon manatını qaytarmayıb

22.12.2025

Məzənnə

Yüklənir...