BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8114
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0524
  • 1 İngiltərə funt sterlinqi
    2.1209
27083

Novruz bayramı ilə əlaqədar təşkil olunan “Kənddən şəhərə” yarmarkası fəaliyyətə başlayıb. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunan yarmarka 11-19 mart tarixlərində fəaliyyət göstərəcək. 

Yarmarkaların təşkilində əsas məqsəd bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla təmin etmək və fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.

“Kənddən Şəhərə” Novruz yarmarkalarında satışa çıxarılacaq məhsullar yarmarkada iştirak üçün əvvəlcədən qeydiyyatdan keçən fermerlər tərəfindən alıcılara təqdim olunur. Yarmarkaya ümumilikdə 50 regiondan 82 fermer qatılıb. Fermerlər yarmarkada alıcılara 90-dan artıq çeşiddə kənd təsərrüfatı və qida məhsulları təklif edir. 

Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədi ilə yarmarkalarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərir. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.

“Kənddən Şəhərə” Novruz yarmarkalarında fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi, soyuducu və digər ləvazimat və avadanlıqlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edirlər. Məhsullarının daşınmasında çətinlik yaşayan fermerlərə isə təşkilatçı qurum tərəfindən loqistika dəstəyi göstərilib. 

“Kənddən Şəhərə” Novruz yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərir:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)
- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yeni gələn işçiyə daha çox maaş verilir?

Uçot dərəcəsinin azaldılması inflyasiyaya necə təsir edəcək?

Üç ayda kolbasa istehsalı 400 tona yaxın artıb

Yerli avtomobillərin istehsalının artması qiymətlərə necə təsir edəcək?

Cənub bölgəsi yeni turizm mövsümünə necə hazırlaşır? – ARAŞDIRMA

Sübhi Kazımov işdən çıxarıldı

Gələn il Azərbaycanda internetin sürəti 50 Mbit/s-yə çatacaq

Rəhbər öz komandasına, işçisi kimi deyil, öncə insan kimi yanaşmalıdır - Mütəxəssis

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaltdı

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaltdı

Dünyanın ən böyük kriptovalyuta birjasının rəhbəri cəzalandırıldı

“Aqrar Sığorta”da geri sayım davam edir - Yığımlar 2,2 mln. manatdan çox azalıb

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən yeni tədris ili üçün I siniflərə sənəd qəbulu başlayır

Avro ucuzlaşsa da, rubl bahalaşdı – Məzənnə

Bitcoin və Etherium 5 faizdən çox ucuzlaşıb - Kriptovalyutaların qiymətləri

Havada toz müşahidə olunur

Azərbaycan neftinin qiyməti cüzi bahalaşıb

Xırdalanda evlər ucuzlaşdı: Mənzillər kütləvi şəkildə satışa çıxarılır

Xırdalanda evlər ucuzlaşdı: Mənzillər kütləvi şəkildə satışa çıxarılır

İbtidai siniflər üçün əlavə yaz tətili başladı

Bakıda küləyin sürəti 20 m/s-dir - FAKTİKİ HAVA

BMW Çindəki zavoda milyardlarla sərmayə qoyacaq

Bakıda sənədsiz evlərin qiyməti ucuzlaşır? (AÇIQLAMA)

Vikipediya hələ də RKN-nin tələbi ilə 187 “qanunsuz” materialı silməyib

“Karvan” Ticarət Mərkəzindən maddi ziyan tələbi

Çinə məxsus eksklüziv "Galaxy C55" digər ölkələr üçün buraxılacaq

“Texnikabank”la “AAAF-İnşaat” arasında kredit qalmaqalı

L'Occitane səhmlərini geri alacaq və özəl şirkət olacaq

"QIZIL ULDUZ 2001"a protokol tərtib edildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin