BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
25011

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, ev 88, mənzil 5 ünvanında yerləşən Əhmədov Sabir Faiq oğluna məxsus “Xəngəland” kafesində yoxlama aparılıb.

Valyuta.az xəbər verir ki, yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki, 1 noyabr 2022-ci il tarixində 90-JB-457 dövlət qeydiyyat nişanlı, “Qazel” markalı yük avtomobilindən propan qaz balonlarının sözügedən obyektə daşınması haqqında daxil olmuş əməliyyat məlumatı və sakinlərin müraciətləri əsasında operativ yanğın-texniki müayinə keçirilməsi məqsədilə qanunamüvafiq qaydada qeyd olunan obyektdə yoxlama aparılıb və yanğın təhlükəsizliyi qaydalarının tələblərinin kobud şəkildə pozulduğu müəyyən edilib. Belə ki;

- obyektin yerləşdiyi mərtəbədə binanın ümumi istifadəsində olan, insanların təhlükəsiz təxliyəsi üçün nəzərdə tutulmuş dəhliz hissəsindən mətbəx otağına qanunsuz qaz xəttinin çəkildiyi və propan qaz balonlarının rezin boru vasitəsilə həmin xəttə birləşdirilərək yanğın təhlükəsizliyi və tikinti norma və qaydalarının tələblərinin kobud şəkildə pozulduğu;

- obyektin otaqlarında avtomatik yanğın xəbərdaredici qurğuların quraşdırılmadığı;

- insanların kütləvi toplaşdığı obyektdə ehtiyat təxliyə yolunun mövcud olmadığı;

- obyektin normaların tələblərinə uyğun sayda ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilmədiyi;

- elektrik təsərrüfatına profilaktik baxış keçirilmədiyi və elektrik naqillərinin izolyasiyasının gərginliyə qarşı müqavimətinin yoxlanılmadığı;

- tüstü bacalarının yağ qalıqları və digər yanar materiallardan təmizlənmədiyi;

- obyektin işçi heyətinin yanğın təhlükəsizliyi tədbirləri və yanğın zamanı davranış qaydaları haqqında təlimatlandırılmadığı aşkar olunub.

Onu da qeyd edək ki, sahibkar Sabir Əhmədova belə fəaliyyətin yanğın-partlayış hadisələrinin baş verməsinə real zəmin yaratması barədə dəfələrlə xəbərdarlıq edilməsinə və barəsində inzibati tədbirlər görülməsinə baxmayaraq, obyektdə kobud qayda pozuntularına hələ də yol verilir.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın və ya partlayış hadisəsi qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanlarla əlaqədar qanunvericiliyə uyğun olaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, ev 88, mənzil 5 ünvanında yerləşən Əhmədov Sabir Faiq oğluna məxsus “Xəngəland” kafesində işlərin və xidmətlərin göstərilməsinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib. Eyni zamanda, real təhlükə mənbəyi olan propan qaz balonlarının binadan kənarlaşdırılması təmin olunub.

Qeyd edək ki, ətrafda yaşayan vətəndaşlar Dövlət Yanğın Nəzarəti Xidmətinin bu qərarından razı qalıb, minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ölənə qədər işləyənlər – Onlar neçə saat artıq işləyiblər?

Rəis ifadəsi üçün Bakıya gətirilib – Gömrük İdarəsində əməliyyat

Rəis ifadəsi üçün Bakıya gətirilib – Gömrük İdarəsində əməliyyat

Hansı halda xaricdə əldə olunan gəlirlərə görə vergi öhdəliyi yaranmır?

Şənbə gününün hava proqnozu

Sağa və sola qırmızısı olmayan işıqforlar – şikayət və cərimə mənbəyi

Sağa və sola qırmızısı olmayan işıqforlar – şikayət və cərimə mənbəyi

Azərbaycanda 5 ulduzlu hotellərdə orta qiymət 46%-dən çox artıb

Kəlbəcər şəhərinin ümumi yaşayış fondu 488 min kvadratmetr təşkil edəcək

Hazırda ölkədə nə qədər qida duzu ehtiyatı var?

"Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması əsas məqsədimizdir" - Sahil Babayev

İçərişəhərə giriş məhdudlaşdırılacaq

Müəllimlərin sertifikatlaşdırma imtahanlarının vaxtı açıqlanıb

Türkiyədə illik inflyasiya 70%-ə yüksəlib

Kəlbəcər şəhərinin Baş Planının detalları açıqlanıb

BP və tərəfdaşları Azərbaycandakı layihələrə 85 mlrd. dollar sərmayə qoyub

Avropada işləməyin asan olduğu ölkələr - TOP 10

Yüksək faizli depozit kampaniyası davam edir ®

İş müsahibəsində əvvəlki iş yerimizdən dava ilə ayrıldığımızı deməliyik?

İki ayda xaricdən 40 min ədədə yaxın paltaryuyan maşın almışıq

“EasyCep” Azərbaycanda fəaliyyətini genişləndirir ®

B2B bizneslər üçün nəticə verən yanaşmalar

B2B bizneslər üçün nəticə verən yanaşmalar

Marketlərin qarşısında yük boşaldan avtomobillərə niyə cərimə yazılır?

Kimlər natamam və qısaldılmış iş vaxtından istifadə edə bilər?

Bitcoin və Etherium yenidən bahalaşır - Kriptovalyutaların qiymətləri

Avro və rubl bahalaşdı - Məzənnə

Bu ərazilərdə qaz olmayacaq

Azərbaycan neftinin qiyməti ucuzlaşmaqda davam edir

Yaz semestrində nə qədər tələbə təhsil krediti alıb?

Payızdan etibarən bu ölkədə dördgünlük iş həftəsi tətbiq ediləcək

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin