Xəbər
29.03.2021 / 17:45
İsmayıllıda gölü satışa çıxardılar - FOTOLAR
9850
İsmayıllı rayonunda Lahıcı qəsəbəsinə gedən yolun kənarında göl satışa çıxarılıb.
Valyuta.az-ın Hit.az-a istinadən verdiyi xəbərə görə, bu barədə elan saytlarının birində məlumat yerləşdirilib.
Məlumatda qeyd olunub ki, 88 sot sahəsi olan təbii göl 120 min manata satılır.
Gölün dərinliyinin 7-11 metr olduğu və turistik yerdə yerləşdiyi qeyd olunub.
Həmçinin gölün ətrafında yüngül konstruksiyalı evlərin tikilməsinə də icazə var.
Elanda gölün təcili və ucuz qiymətə satıldığı bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay