BAKU Azərbaycan
21.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8907
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0499
  • 1 İngiltərə funt sterlinqi
    2.2456
9760

"26 mart tarixində bir sıra KİV-lərdə və sosial media səhifələrində guya Dövlət Sər­həd Xidmətinin hərbi qulluqçularının ərzaq təminatı üçün alınmış ət kon­servlərinin Ukrayna bazarlarında satılması barədə materiallar yerləş­dirilib".

Valyuta.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzinin yaydığı məlumatda bildirilir.

"Bununla əlaqədar rəsmi olaraq bildiririk ki, bu materiallar həqiqətəuyğun deyildir və qərəzli xarakter daşıyır. Dövlət Sərhəd Xidməti tərəfindən ərzaq mallarının alınması qüvvədə olan qanun­vericiliyə əsasən, dövlət satınalma pro­sedurlarına uyğun həyata keçirilir", - məlumatda bildirilib.

Hərbi ekspert Üzeyir Cəfərovun Turana verdiyi xəbərə görə isə,  adıçəkilən konservləri Azərbaycan şirkətinin sifarişi əsasında hazırlayan Ukrayna şirkətinin direktoru Aleksandr Qrisunik  etiraf edir ki, məhz onların əməkdaşlarının səhvi ucbatından xarici alıcılar üçün nəzərdə tutulmuş məhsulun üzərinə saxlanc yerində daxili alıcılar üçün nəzərdə tutulmamış əlavə etiketlər yapışdırılıb.  Baş vermiş səhvə görə onlar üzrxahlıq edərək gələcəkdə belə halların baş verməməsi üçün sərt addımlar atacaqlarını bəyan ediblər. Yəni, məhsulu hazırlayan şirkət özü xarici alıcı üçün nəzərdə tutulmuş məhsulun üzərinə bilməyərəkdən daxili alıcı üçün nəzərdə tutulmuş daha bir etiket yapışdıraraq belə anlaşılmazlığın yaranmasına rəvac vermişdir.

 Ukraynadakı məsələnin Azərbaycan DSX-ə qətiyyən aidiyyatı və əlaqəsi yoxdur, - deyərək Cəfərov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib

Fitch Solutions: BP-nin AÇG-yə sərmayəsi Azərbaycanın neft ixracını artıracaq

Yeni manatın dizaynında sən də iştirak et - Mərkəzi Bankdan sorğu

Yeni manatın dizaynında sən də iştirak et - Mərkəzi Bankdan sorğu

Dünyanın ən böyük 20 bankı

Prezident Qarabağ Universitetinin açılışında (YENİLƏNİB)

AYNA Xocalı prospektində narazılıq yaradan nişanlanma xətlərində dəyişiklik edib

ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı 2 yeni hal

COP29-da bu iş yerləri bağlana bilər

"Əsrin Müqaviləsi"nin 30 ili tamam olur

Qumadası yaşayış massivində niyə məktəb və bağça yoxdur? (VİDEO)

COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək

Çindən avtomobil gətirənlərə xəbərdarlıq (VİDEO)

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd olunur

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Avro və rubl bahalaşdı - Məzənnə

Azərbaycan neftinin qiyməti 78 dolları ötüb

Stresədavamlı işçi - "Bəzi iş yerlərində belə tələbin qoyulması qanunidir"

Yuanın beynəlxalq ödənişlərdə neçənci yeri tutduğu üzə çıxdı

İqtisadçı Kopılova Rusiya iqtisadiyyatının üç problemini açıqladı

"Badamdar Estates" məcburi auditdən yayınıb?

Aİ-nin hansı ölkələri neft məhsullarının idxalından daha çox asılıdır?

DGK "Real Lift Quraşdırma" MMC-yə protokol yazdı

"Boeing" on minlərlə işçisini ödənişsiz məzuniyyətə göndərəcək

Bu ölkədə elektromobillərin sayı benzinlə işləyən maşınları keçdi - İlk dəfə

"Doktor Vidadi V.Əliyev" MMC-də sertifikasiyadan keçməyən işçilər çalışır?

Hakan Fidan: "Türkiyə BRİCS-i alternativ iqtisadi platforma hesab edir"

Avropa İttifaqında avtomobil satışları kəskin azalıb

Almaniya qazın qiymətinin baha olmasının səbəbini açıqladı

Valyuta tənzimi qaydalarını pozan şirkət məhkəmə qarşısında

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin