BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8907
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0499
  • 1 İngiltərə funt sterlinqi
    2.2456
9736

Türkiyənin Kayseri vilayətində yerli fermerlərin becərdikləri minlərlə ton kartof alıcı olmadığından anbarlarda çürümək üzrədir. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu məsələ ötən gün martın 25-də Böyük Millət Məclisindəki debatlarda qaldırılıb. Müxalifətdə olan İYİ partiyanın Aksaray millət vəkili Ayhan Erel Niğde, Kayseri və Aksarayda minlərlə ton kartofun anbarlarda çürümək üzrə olduğunu bildirib. Kəndlilərin probleminə diqqəti cəlb edib.

“Artıq anbarlarda kartof çürüməyə başlayıb. Bu ay içərisində, yəni bir-iki həftəyə alıcı tapılmasa zibilliyə töküləcək. Fermer mayası 1 lirəyə başa gələn kartofu 40 quruşa da satmağa hazırdır, amma alıcı yoxdur. Bu ay ərzində satış olmasa hesab edirəm ki, kəndlilər bu mövsüm kartof əkməyəcək”,-o bildirib.

Hakim AKP-nin Nevşehir millət vəkili Yücel Meneşke məsələ ilə bağlı söz alaraq deyib ki, kəndlilərin becərdiyi kartofun Azərbaycana və Gürcüstana satılmasını ən qısa zamanda başlatmaq üçün çalışmalar davam edir.

Qeyd edək ki, Azərbaycanda bu mövsüm yerli kartof istehsalı daxili tələbatı ödəməyə kifayət etməyib və artıq dekabr ayından etibarən ölkəyə Türkiyə də daxil olmaqla qonşu ölkələrdən kartof idxalı həyata keçirilir. Hazırda bazarlarda əsasən İran kartofu satışdadır və kiloqramı 70 qəpik-1 manat arasında dəyişir. Lakin tezliklə yerli istehsalçıların becərdiyi faraş kartof bazara çıxacaq və nəticədə köhnə kartofa tələbat kəskin azalacaq. Bu baxımdan Türkiyədən kartof idxalının nə dərəcədə mənfəətli ola biləcəyi sual altındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak etdi

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd olunur

Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Avro və rubl bahalaşdı - Məzənnə

Azərbaycan neftinin qiyməti 78 dolları ötüb

Stresədavamlı işçi - "Bəzi iş yerlərində belə tələbin qoyulması qanunidir"

Yuanın beynəlxalq ödənişlərdə neçənci yeri tutduğu üzə çıxdı

İqtisadçı Kopılova Rusiya iqtisadiyyatının üç problemini açıqladı

"Badamdar Estates" məcburi auditdən yayınıb?

Aİ-nin hansı ölkələri neft məhsullarının idxalından daha çox asılıdır?

DGK "Real Lift Quraşdırma" MMC-yə protokol yazdı

"Boeing" on minlərlə işçisini ödənişsiz məzuniyyətə göndərəcək

Bu ölkədə elektromobillərin sayı benzinlə işləyən maşınları keçdi - İlk dəfə

"Doktor Vidadi V.Əliyev" MMC-də sertifikasiyadan keçməyən işçilər çalışır?

Hakan Fidan: "Türkiyə BRİCS-i alternativ iqtisadi platforma hesab edir"

Avropa İttifaqında avtomobil satışları kəskin azalıb

Almaniya qazın qiymətinin baha olmasının səbəbini açıqladı

Valyuta tənzimi qaydalarını pozan şirkət məhkəmə qarşısında

Azərbaycandakı tarixi abidələrin bərpası üçün Erix Pumerə 7 milyon manat ödəniləcək

Avropa Rusiyadan qaz almasa, bu qış özünü təmin edə biləcək?

Aİ Macarıstanın büdcə ödənişlərindən 200 milyon avro tutacaq - FT səbəbi açıqladı

"Şəmkir Regional Kənd Təsərrüfatı" cərimələnib

Avropa Yaxın Şərqdən dizel alışını artırır

Bakı Tərcümə Forumu süni intellekt inqilabı əsrində dil sənayesinin gələcəyini araşdıracaq

"iPhone 16 Pro Max" Azərbaycanda 7350 manata satılır - Real qiymətindən baha

Kredit ödəyəndə diqqət edin: "MilliÖn" faiz tutur?

"Zarat İmport Export" gömrük qaydalarını pozub

“Finex Kredit”in zəifləməsi fonunda rəhbəri işdən çıxarılıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin