Xəbər
18.03.2021 / 11:24
2 milyonluq mənimsəmədə təqsirləndirilən sabiq rəisinə bəraət verildi
9393
Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakılift -2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin külli miqdarda mənimsəmədə ittiham edilən sabiq rəisi Ruslan Dilanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report” xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi iclasda hökm oxunub.
Hökmə əsasən, Ruslan Dilanova bəraət verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, R.Dilanov dövlət büdcəsindən yaşayış binalarında 71 ədəd liftin yenidən quraşdırılması və əsaslı təmiri üçün ayrılan 2 milyona yaxın vəsaiti mənimsəməkdə ittiham edilirdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay