Xəbər
17.03.2021 / 12:10
“Azəriqaz”da yeni təyinat
9294
“Azəriqaz” İstehsalat Birliyində yeni təyinat olub.
Birlikdən Valyuta.Az-a bildirilib ki, Baş direktor Ruslan Əliyevin imzaladığı əmr ilə Elçin Bilal oğlu Qocayev Birliyin İdarəetmə aparatının İstehlakçılara satılan qaza nəzarət şöbəsinə rəis təyin edilib.
Qeyd edək ki, bu təyinata qədər Elçin Qocayev Energetika Nazirliyi yanında Enerji Tənzimləmələri Agentliyində sektor müdiri vəzifəsində çalışıb. O, Azərbaycan Dövlət Neft Akademiyasının məzunudur. Əmək fəaliyyətinə Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyində mühəndis kimi başlayıb. 2006-2018-ci illərdə SOCAR-ın müxtəlif idarələrində, eləcə də “Azəriqaz” İB-də şöbə rəisinin müavini və şöbə rəisi kimi çalışıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay